Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Bir ömür yadda qalacaq, əlimizdən tutacaq “Karnegi Klub” sehri

Bir ömür yadda qalacaq, əlimizdən tutacaq “Karnegi Klub” sehri

13/11/2024 19:11
Share Facebook Telegram WhatsApp Copy Link

Filmdə deyildiyi kimi, ölü gələr, diri gedər. Harada? Yox, hamam deyil. Deyəcəyəm…

Həyəcanlandım, dərs otağına yenicə daxil olmuşdum, elə bildim ki, həyəcanımı atmaq, inkişaf etmək üçün gəldiyim yerdə ilk dəqiqələrdən auditoriyanın önünə çıxacağam. Həyəcanımın səbəbi səhnədə qoyulan stul idi. Yanılmışdım…

Nələr oldu, nələr?

2 ay ərzində sanki bağçadan başlayıb doktoranturada yekunlaşdıq. Danışmaqla, ümumiyyətlə, arası olmayandan, səsi çıxmayandan tutmuş, yaxşı danışıb da, korrektələrə ehtiyacı olana qədər. Elə bilirəm ki, hamının şəxsi inkişafında xeyli dəyişiklik oldu. Obrazlı desək, lal körpələr idik, dil açdıq, hissiyatsız idik və ya az emosional idik, formaya düşdük.

Söhbət “Karnegi Klub”dan və bizim əziz ustadımız Nəcəf müəllimdən gedir. Əminəm ki, öyrəndiklərimiz bizə elə üstünlüklər və fürsətlər verəcək ki, təlimdə boxçamıza yığdığımız ləl-cəvahirat bizi sürətlə irəliyə aparacaq.

Yorğun gəlib gümrah çıxdıq.

Roldan-rola girdik, əsəbi, emosional, laqeyd obrazları canlandırdıq, həyəcanımızı idarə etməyin texnikalarını öyrəndik və 50 nəfərin qarşısında özümüzü sınağa çəkdik. Əvvəlcə həyəcandan əsdik, sonra ürəklənib kükrədik. “Adə, bir az diri oynayın da” şüarı altında dirildik. Hətta göz yaşı tökənlər, burnunu çəkənlər oldu. Dərsin bir hissəsi idi. Bu dəfə rola girmədən belə hissləri yaşadıq.

Dostlar qazandıq, and içdik

Müxtəlif, rəngarəng sferalardan və yaş qrupundan tələbələrlə xoş ünsiyyət yaşadıq, bu bizi daha da ruhlandırırdı. Dərslərimizə məsuliyyətli yanaşmağımıza da təkan verirdi. Spikerlər də seçildi, seçildi ki, bu sevimli ortamı uzunömürlü etsin, yenidən bir yerə toplaşa bilək, öyrəndiklərimizi təravətli saxlaya bilək… And içməyə gəldikdə isə bunu tam dilə gətirməsək də, niyyətimizi belə qoyduq – ayrılmayaq, ayrı düşməyək.

Nəcəf müəllim – Dr. Nəcəf Allahverdiyev

Bir çoxları sosial mediadan tanıyır, ən çox 40 gün yalnız su içməyi ilə, yəni su orucu ilə yadda qalıb.

Amma biz xoşbəxtik ki, Nəcəf müəllimi yaxından tanıdıq və tələbəsi olduq. Onun dərsləri təkcə quru dərsdən ibarət deyildi, özü demişkən, nəvələri var, amma 21 yaşındadır. Xəyallarda olan valideyn obrazında övladlarına sevgisini göstərdi. Nə xoşbəxtlik yaşadıq bilirsinizmi? Gərək dərslərə qoşulasınız ki, o zövqü alasınız. Qətiyyən reklam etmirəm, sizə xoşbəxtliyi, zövqü, istirahət edərək yüksəlməyi tövsiyə edirəm. Həyatınız “Nəcəf müəllimə qədər və Nəcəf müəllimdən sonra” mərhələsinə bölünəcək.

Yaradana təşəkkür edirəm ki, Nəcəf müəllim kimi insan yaradıb və bizə onun tələbəsi olmağa fürsət verib.

İnanın ki, az yazmışam, bir yüksəliş iksirinin (sehrli qarışım) dadını yazı ilə nə qədər ifadə edə bilərəm ki? Gərək yaşayasınız, zövq alasınız…

Karnegi Klub | Təlim Mərkəzi və Dr. Nəcəf Allahverdiyevlə olan xatirəmizdən…
Hörmətlə jurnalist Samir Mirzə
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Pozitiv

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30
Örnək

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09
Pozitiv

“Advent təqvim”lə müştərini sevindirin

11/12/2024 17:19

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.