Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » İşdə göz yorğunluğunu necə aradan qaldırmaq olar? – Tövsiyələr

İşdə göz yorğunluğunu necə aradan qaldırmaq olar? – Tövsiyələr

11/10/2024 12:18
Share Facebook Telegram WhatsApp Copy Link

Texnologiya günümüzün ayrılmaz bir parçasına çevrilib. Vaxtımızın çoxunu komputer və telefon ekranlarına baxaraq keçiririk. Bu isə sağlamlığımıza, əsasən də gözlərimizə mənfi təsir göstərir. Rəqəmsal əsrdə göz yorğunluğu bir çox insanlar üçün ümumi problemə çevrilib. Kompüter ekranlarına, mobil cihazlara və digər rəqəmsal displeylərə sərf etdiyimiz saatlar gözlərimizin bulanıq görməsinə və ağrımasına səbəb olur.

Liman.az Sfera.az-a istinadən bildirir ki, iş saatlarında göz yorğunluğunu azaltmaq üçün bəzi praktik məsləhətlərə riayət etmək lazımdır. Bu yorğunluğu aradan qaldırmağın ən sadə və təsirli üsullarından biri 20-20-20 qaydasına riayət etməkdir. Hər 20 dəqiqədən bir 20 saniyəlik fasilə verərək 20 fut (təxmini 6-7 metr aralığındakı məsafə) uzaqlıqdakı bir əşyaya baxmaq lazımdır. Yanlış displey parametrləri göz yorğunluğuna səbəb olan əsas faktorlardan biridir.

Yorğunluğu azaltmaq üçün komputer ekranının parlaqlığını və kontrastını iş yerindəki işıqlandırmaya uyğunlaşdırmaq lazımdır. Çox parlaq və ya tutqun ekranlardan istifadə etmək məsləhət görülmür.

Bir çox cihazlarda mavi işığın təsirini azaldan “mavi işıq filtri” və ya “gecə rejimi” var. Bu parametr axşamlar xüsusilə faydalıdır, çünki yorğunluğu azaldır və daha yaxşı yuxuya kömək edir.

İnsanlar ekrana fokuslandıqda daha az göz qırpırlar. Lakin ekrana baxarkən tez-tez göz qırpmaq lazımdır. Bu, gözün quruluğunun aradan qalxmasına səbəb olur. Göz yorğunluğunu azaltmaq üçün ekran vaxtına müntəzəm fasilələr vermək vacibdir.

Hər saatda 5-10 dəqiqə kompüterdən uzaqlaşmaq lazımdır. Həmin müddətdə sadə göz məşqləri də etmək məsləhət görülür.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

80 qəpiyə satılan məhsulun möcüzəvi faydaları

27/11/2024 15:40
ƏSAS MANŞET

Yaxşı işçilərə məxsus xüsusiyyətlər: iş tapma şansınızı artıra bilər

14/11/2024 11:03
Şux qalın

Streslə effektiv mübarizə – 4 vacib məsləhət

11/11/2024 09:58

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.