Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Prezidentlər nə yeyir? – Aşpazları danışır

Prezidentlər nə yeyir? – Aşpazları danışır

09/10/2024 09:59
Share Facebook Telegram WhatsApp Copy Link

Məşhur siyasətçilərin və kral ailələrinin aşpazları onların üstünlük verdiyi yeməklərdən danışıblar.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşhur aşpazların ildə bir dəfə toplaşdığı “Chefs de Chefs” klubunun iclasında kulinariya yenilikləri müzakirə olunur.

Hər il bu klub dünyanın hər yerindən dövlət başçılarının aşpazlarını bir araya gətirir. Təşkilat 1977-ci ildən fəaliyyət göstərir.

Ağ Evdə 25 il çalışmış aşpaz Kris Komerfordun sözlərinə görə, Co Bayden və Kamala Harrisin oxşar üstünlükləri var. Onlar ağır iş günündən sonra sadə və qidalı yeməklərə üstünlük verirlər. Aşpaz deyir ki, onlar pomidor sousu ilə makaron sevirlər.

İtaliya prezidenti Sercio Matarellanın aşpazının dediyinə görə, prezidentin menyusunda praktiki olaraq heç bir xarici yemək yoxdur, pizzanı çox sevir.

İngiltərə kral ailəsinin aşpazı Mark Flanaqanın dediyinə görə, kraliyyət ailəsi çox vaxt balıq və tərəvəz yeyir. O, təhlükəsizlik baxımından Kral III Karlın ən sevimli yeməyinin adını çəkməsə də, yeməklərə çox maraq göstərdiyini və italyan mətbəxini çox sevdiyini qeyd edib.

Monako şahzadəsi Albertin aşpazının dediyinə görə, o, yarı italyan, yarı fransız hesab edilən Riviera mətbəxini sevir.

Rusiya prezidenti Vladimir Putin səhərlər sıyıq yeməyi sevir. Rusiya prezidentinin menyusuna təzə tərəvəzlərdən, kəsmikdən və baldan hazırlanan salatlar da daxildir. Ət və balıq arasında seçim olsa, balığa üstünlük verir. Quzu ətini sevir.

May ayında Çin prezidenti Si Cinpinin Putinə verdiyi ziyafətdə Rusiya prezidenti Çin mətbəxinin yeməkləri arasında Pekin ördəyini xüsusi qeyd etdiyini bildirib.

Türkiyənin məşhur aşpaz-qəssabı Cüneyt Asan 25 ildən çoxdur Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazıdır. O bildirib ki, Ərdoğanın yemək seçimində heç kaprizi yoxdur: “Bütün yeməkləri də həkim nəzarəti altında hazırlanır. Əsasən, ət yeməyini, antrikotu və quzu ətini sevir”.

Liman.az

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Vau

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06
ƏSAS MANŞET

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Vau

Flavinyo: “Neftçi”nin tarixini məhv etdilər

07/12/2024 14:56

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.