Lent
18.10.2024 | 14:55

Azərbaycanda ən çox ölümə səbəb olan xəstəlik açıqlandı

Bütün ölüm hadisələrinin 65%-i ürək-damar patologiyasından baş verir.

Liman.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, hansı bölgədə hansı patologiyanın çox olmasına nəzər salmalıyıq: “Səhiyyə Nazirliyində bu statistika var. Bölgələr üzrə səhiyyə xəritəsi yoxdur. Amma Səhiyyə Nazirliyində olan məlumatlar əsasında hansı bölgədə hansı xəstəliyin daha çox yayılmasına baxmaq olar”.

Admin
Müxbir
Admin
BİZİ İZLƏYİN