Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində daha 18 məşhur barəsində saxlanılma qərarı verilib.
Saxlanılan şəxslər arasında məşhur aktyorlar Aras Bulut İynemli, Nilperi Şahinkaya, Melis Sezen, Melis İşiten, Yeliz Yeşilçimen, Hazal Filiz Küçükköse, həmçinin repçi Sefo (Seyfullah Sağır) yer alıb.
Siyahıda Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq futbolçusu Hasan Şaş, eləcə də Anıl Durmuş, Volkan Akçıray, Hande Demir, Zeynep Akçıray, Sezer Çakır, Sayat Zurnacı və Eda Güzəlcik də var.
Xatırladaq ki, Türkiyədə narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində bir çox məşhur simalar saxlanılıb.