xamnei
Dünya
19.08.2026 | 14:29

İran ali rəhbəri Xameneinin yeznəsi Xərrazi həbs olundu

Radikal və sərt açıqlamaları ilə İranı siyasi lərzəyə salan İran “Hizbullah” təşkilatının baş katibi Ayətullah Seyid Məhəmməd Baqir Xərrazi (Mohammad-Bagher Kharrazi) həbs edilib.

Seyid Məhəmməd Baqir Xərrazi Qum xüsusi ruhani məhkəməsinin qərarı ilə həbs edilib. Onun milli təhlükəsizliyə qarşı fəaliyyət ittihamı ilə saxlanıldığı bildirilir.

Xərrazinin həbsi indiyədək rəsmi şəkildə təsdiqlənməyib.

Qeyd edək ki, İran “Hizbullah” təşkilatının baş katibi Məhəmməd Baqir Xərrazi bir müddət əvvəl vidoepaylaşımında geniş ictimaiyyətə çağırış edərək hicaba riayət etməyənlərə qarşı sərt davranmağı, hətta öldürmək barədə fətva verib. Bundan əlavə olaraq Xərrazi mövcud Məsud Pezeşkian hökumətini sərt şəkildə tənqid edib. O Prezident Pezeşkian hakimiyyətini “dinsiz”, “kloun”, “ABŞ-nin və şeytanın muzdurları”, “şeytani hökumət” adlandırıb. O, iddia edib ki, bu hökumət dindən uzaqlaşdığı üçün ölkədə hicabsızlıq yayılıb. Xərrazi eyni zamanda parlament sədri Məhəmməd Baqir Qalibafı “İslamı anlamamaqla” ittiham edib. Bununla kifayətlənməyən Xərrazi ölkədə hakimiyyət çevrilişi barədə çağırışlar edib.

Onun sözügedən videosunun yaratdığı kütləvi hiddətdən sonra hakimiyyət onun bu açıqlamalarını dövlətin təhlükısizliyinə ciddi təhdid kimi dəyərləndirib. Bundan sonra Xüsusi Ruhaniyyət Məhkəməsi Xərrazi barəsində cinayət təqibinin başladıldığını bəyan edib.
Onu da xatırladaqki, Xərrazi də sonradan geri addım ataraq videopaylaşımını silib və bunu saxta video adlandırıb.

İran “Hizbullah” lideri Xərrazi Xamenei ailəsinin yeznəsidir.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN