laçın
Ölkə
12.08.2026 | 15:18

"Laçın" yazısının hazırlanması üçün yarım milyon manat xərclənə bilər

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi (PHŞ) Laçın şəhərində “Laçın” yazısının tikintisi ilə bağlı açıq tender elan edib.

Tenderin ehtimal olunan qiyməti 489 min 667.98 manat təşkil edir.

İşlərə ekskavator bazasında hidroçəkiclə 6-cı qrup qayalıq qruntların yumşaldılması, sındırıcı çəkiclərlə 6-cı qrup qayalıq qruntların qazılması, çalovunun tutumu 0.5 m³ olan ekskavatorlarla qruntun özüboşaldan avtomobillərə yüklənməsi, 17 tonluq yükün 5 kilometr məsafəyə daşınması və 5-6-cı qrup qruntun töküntü yerində işlərin yerinə yetirilməsi daxildir.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN