Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Deputatlardan pensiya təklifi, spikerdən irad, nazirdən açıqlama

Deputatlardan pensiya təklifi, spikerdən irad, nazirdən açıqlama

27/11/2024 14:12
Share Facebook Telegram WhatsApp Copy Link

Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deputatlar qadınların pensiya yaş həddinin aşağı salınmasını hökumət qarşısında qaldırıb.

Deputat Aydın Mirzəzadə:

“Qadınların yaş həddinin tədricən bir neçə yaş aşağı endirilməsi məsələsinə baxmasını hökumətə təklif edirəm”.

Deputat Ceyhun Məmmədov

“Gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılmalıdır. Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”.

Deputat Vüqar Bayramov

“Pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Nəticədə çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar”.

Deputat Əli Məsimli də qadınların pensiya yaş həddinin aşağı salınmasını hökumət qarşısında qaldırıb.

Spiker Sahibə Qafarovadan deputatlara irad: “Sizə qulaq asdıqca…”

“Sizə qulaq asdıqca adamı dəhşət bürüyür. Elə bil ki, ölkə bütün uçuruma gedir. Sosial sahə ilə bağlı kifayət qədər işlər görülür. Nəyə görə heç biriniz bu barədə danışmırsınız?! Yadınıza salın bütün işləri! Onları da qeyd edin. Nə üçün bu haqda danışmırsınız?”

Əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev

Əgər pensiyanı böyük həcmdə artırsaq, o zaman pensiya sistemi çökər

Azərbaycanda pensiya sisteminə amnistiya tətbiq edilib və bunun nəticəsidir ki, 1 qəpik pensiya kapitalı olmayan şəxs pensiya ala bilir.

Əgər bu amnistiya tətbiq olunmasaydı, o zaman çox sayda insan pensiya ala bilməzdi.

Bu səbəbdən də pensiyanı böyük həcmdə artırmaq mümkün deyil. Əgər pensiyanı böyük həcmdə artırsaq, o zaman pensiya sistemi çökər.

Pensiyaların inflyasiyadan 3 dəfə artıq indeksasiyası aparılır. Bu, Azərbaycan hökumətinin ən mütərəqqi addımıdır. Pensiya sistemi sığorta sistemidir.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14
Hamı üçün

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36
Hamı üçün

Messi Bakıda haralara getdi? – Foto, Video

12/12/2024 09:50

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.