Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » AQC-nin Bank Ekspertlər Şurasının ilk yığıncağı keçirilib

AQC-nin Bank Ekspertlər Şurasının ilk yığıncağı keçirilib

26/11/2024 16:14
Share Facebook Telegram WhatsApp Copy Link

Şuranın rəhbər vəzifələrinə təyinatlar olub

Liman.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Bank Ekspertlər Şurasının təsis yığıncağı keçirilib.

Yığıncaqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun təqdimatı ilə Bank Ekspertlər Şurasının sədri, sədrin müavinləri və katibi vəzifələrinə təyinatlar təsdiqlənib. Belə ki, “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hikmət Sadıqov Bank Ekspertlər Şurasının sədri, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan Quliyev və Expressbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Samir Nəsibov Şuranın sədrinin müavinləri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra aparatının üzvü Ziya Mustafa isə Şuranın katibi vəzifələrinə təyinat alıblar.

Yığıncaqda yeni təyinatlarla yanaşı Bank Ekspertlər Şurasının Əsasnaməsi qəbul olunub, Şuranın fəaliyyət istiqamətləri ilə də bağlı müzakirələr aparılıb. Şura üzvləri Azərbaycan Respublikasının Qiymətləndiricilər Palatasının sədri vəzifəsinə seçkilərdə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruca uğurlar arzulayıblar.

Qeyd edək ki, Bank Ekspertlər Şurasının Əsasnaməsinə əsasən, Şura ölkənin kommersiya banklarında çalışan, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkil etdiyi sertifikasiya kurslarında iştirak edən qiymətləndiricilərdən təşkil olunur. Bank Ekspert Şurası müəyyən edilmiş kvotaya müvafiq olaraq Cəmiyyətin idarə olunması prosesində iştirak edir. Eyni zamanda, Şura üzvləri qiymətləndirmə və bank sektorları arasında münasibətlərin inkişafı, peşəkar təmasların artırılması, şəffaflığın təmin olunması istiqamətində təşəbbüslər irəli sürür, fəaliyyət planının və yol xəritəsinin hazırlanmasında yaxından iştirak edirlər.

Şuranın yığıncaqları ayda bir dəfədən az olmayaraq keçirilir. Yığıncaqda Şuranın üzvləri Cəmiyyətin sədrinin təqdimatı əsasında 2 il müddətinə Şuranın sədrini, sədrin müavinlərini və katibi seçirlər. Şuranın üzvləri üçün say məhdudiyyəti nəzərdə tutulmur və Şura üzvlərinin təşəbbüsü ilə Cəmiyyətin sədrinin bank sektorunda fəaliyyət göstərən mütəxəssisləri Şuraya cəlb etmək hüququ var.

Xatırladaq ki, sözügedən platforma Azərbaycan bank və qiymətləndirmə sektorlarının tarixində ilk hadisədir. Bundan sonra hər iki sektor yarana biləcək problemləri birlikdə müzakirə etmək imkanı əldə edəcəklər.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52
Liman

Əsədin İrana xəyanətini sübut edən şokedici sənədlər – Foto

13/12/2024 10:19
Liman

Harvardı atıb Bəşərlə Suriyaya gələn Əsma nələr edib?

12/12/2024 12:16

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.