Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Mayk Tayson və Cek Pol: Netflix çökdü, qalib bəlli oldu

Mayk Tayson və Cek Pol: Netflix çökdü, qalib bəlli oldu

16/11/2024 11:54
Share Facebook Telegram WhatsApp Copy Link

Jake Paul vs. Mayk Tayson – Mayk Tayson və Cek Pol

Hələ aylar öncə boks üzrə keçmiş mütləq dünya çempionu amerikalı Mayk Tayson ilə həmyerlisi bloger və boksçu Cek Polun rinqə çıxacağı barədə anons verilirdi.

Bu döyüş barədə məlumat bütün dünyada marağa səbəb oldu.

Döyüşün yay aylarında keçirilməsi nəzərdə tutulsa da, Mayk Taysonun səhhətində yaranan problem qarşılaşmanın təxirə salınmasına səbəb olmuşdu.

“Qan qusdum”

“Bir gün özümü pis hiss etdim və hamama getdim. Bunun necə baş verdiyini xatırlamıram, amma qan qusdum. Hamamın döşəməsinə düşdüm və qalxa bilmədim. Məndə mədə xorası var idi.

Həkimlərlə söhbətimi xatırlayıram. Onlardan soruşdum: “Mən öləcəyəm?” Mənə dedilər ki, başqa variantlar var. Sonra daha çox narahat olmağa başladım”, – deyə Mayk xatırlayır.

Mayk Tayson üzləşmədə Ceyk Polu şapalaqladı

Ağır çəki kateqoriyasında çıxış edən 58 yaşlı amerikalı peşəkar boksçu Mayk Tayson boks döyüşündən əvvəl üzləşmə mərasimində 27 yaşlı videobloger Ceyk Pola şapalaq vurub.

Sosial şəbəkələrdə bəzi istifadəçilər Mayk Taysonun Polun ayağına basdığına görə yox, özünü meymun kimi göstərərək yanına gəlib irqçi hücuma keçdiyi üçün onu şillələdiyini şərh ediblər.

Tayson onun bu hərəkətini hörmətsizlik və təhdid kimi dəyərləndirərək vurduğunu bildirib.

“Qoy bu sizə və indi sizinlə olan hər kəsə dərs olsun. İstedadsız YouTubersən. Daha çox istəyirsənsə, çıxdığın çuxura qayıtma”, – Tayson bildirib.

Jak Pol isə deyib ki, onu matçda parçalayacaq. “O ölməlidir” – deyib.

Netflix bütün dünyada çökdü

Cek Pol və 58 yaşlı əfsanəvi boksçu Mayk Tayson arasında baş tutacaq möhtəşəm boks görüşü bokssevərlər tərəfindən böyük həyəcanla gözlənilirdi. Bu yarış Netflix-də canlı yayımlananacaqdı. Lakin bokssevərlərin tarixi anı izləməsinə az qalmış Netflix ciddi probemlə üzləşib.

Downdetector platformasının məlumatlarına görə, saat 4:20-dən başlayaraq Netflix istifadəçilərinin şikayətlərində ciddi artım müşahidə olunub. Platformaya daxil olmaqda çətinlik çəkdiklərini bildirən istifadəçilər, xüsusən də son matçda əlaqə problemi ilə qarşılaşdıqlarını bildiriblər. Saat 5:20-dən etibarən şikayətlər azalmağa başlasa da, saat 5:50-dən etibarən 100 mindən çox insan Netflix-ə daxil ola bilmədiyini bildirib. Bu səbəbdən də insanlar yarışı izləyə bilməyiblər.

Mayk Tayson Cek Pol yarışı başa çatdı

Dünyanın səbirsizliklə və həyəcanla izlədiyi Mayk Tayson və YouTuber Cek Pol arasında keçirilən tarixi boks yarışı başa çatıb.

58 yaşlı əfsanəvi boksçu Mayk Tayson tarixi boks matçının keçiriləcəyi Texas ştatının Arlinqton şəhərindəki 80 min tamaşaçı tutumlu ATT Stadionuna üzərində “Iron Mike (Demir Mike)” yazılmış gödəkçə ilə daxil olmasının paylaşımını edib və bu da qısa zamanda dünya mediasında ciddi reaksiyaya səbəb olub.

Yarış başlayan zaman Pol rinqə avtomobillə çıxıb. Ondan fərqli olaraq Tayson rinqə sadə bir giriş edib.

Boks tarixinin əfsanəsi Mayk Tayson 58 yaşına baxmayaraq 8 raund boyunca axıra kimi mübarizə apardı.
O, hakimin qərarı ilə Ceyk Pola xal hesabı ilə məğlub oldu (78-74).

Fantastik bilet qiymətləri

Ceyk Paul və Mayk Taysonun çıxacağı matçın VİP yerin bilet qiyməti 2 milyon dollara satışa çıxıb.

VİP yerin sahibləri boksçularla tanış olma şansına sahib olublar. 80 minlik arenada kənar yerlərin qiyməti 10-50 min dollar aralığında idi.

Liman.az

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Vau

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06
ƏSAS MANŞET

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Vau

Flavinyo: “Neftçi”nin tarixini məhv etdilər

07/12/2024 14:56

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.