İqtisadçı ekspert Xalid Kərimli bildirib ki, yanvarın 1-dən minimum əməkhaqqı artırılacaq, noyabrın əvvəlində əməkhaqqının neçə faiz artdığı dəqiq bilinəcək:
“Dövlət büdcəsi təqdim olunub. Dövlət büdcəsindən maliyyələşən təşkilatların əməkhaqqının artımı nəzərdə tutulub. Yanvarın 1-dən minimum əməkhaqqı artırılacaq. Haradasa 10 -15 faiz artırılmasını gözləyirəm. Vahid tarif cədvəli ilə əməkhaqqı alan şəxslərin də maaşı avtomatik qalxmış olacaq. Bütün bunların hamısı dövlət büdcəsindən maaş alanlar üçündür. Özəl sektorda mimum əməkhaqqı alan şəxsləri maaşı artacaq. Bu, məcburidir. Amma özəl sektorda nisbətən yuxarı əmək haqqı alan şəxslərdə artım olmayacaq. Noyabrın əvvəlində əməkhaqqının neçə faiz artdığını dəqiq biləcəyik. Ona görə də vahid tarif cədvəli ilə əmək haqqı alan şəxslərdə artım olacaq. Vahid tarif cədvəli ilə əməkhaqqı almayan şəxslərin də hökumət prezidentin fərmanı ilə maaşında artım edəcək. Çünki dövlət büdcəsindən hər hansı qismin artıb hansınınsa artmaması gözlənilən deyil. Amma ümumi şəkildə bunun özəl sektora təsiri belə olacaq ki, mimum əməkhaqqı alan şəxslərin maaşına birbaşa təsir olacaq. Digərlərinə təsiri isə dolayı yolla bilər. Amma birmənalı olaraq özəl sektor mimimum əməkhaqqı tələbinə tabe olmalıdır. 700-800 manat verdiyi işçinin əmək haqqını qaldırmağa məcbur deyil”.