Liman.az
Ağız qoxusu niyə olur?
- Dişlərdəki yemək qalıntıları: yeməkdən sonra dişlərdə və ağız boşluğunda yemək qalıntıları qala bilər. Yeməkdən sonra ağız düzgün təmizlənmədikdə mikroorqanizmlər inkişaf edərək ağız qoxusu yaradır.
- Diş xəstəlikləri: diqqət edilməyən ağız gigiyenası dişlərin çürüməsinə, mikroorqanizmlərin ərp yaratmasına, diş ətrafında iltihablanmaya və infeksiyalara, beləliklə ağız qoxusuna səbəb olur.
- Boğaz və badamcıq infeksiyaları: bakteriya səbəbilə yaranan boğaz və badamcıq infeksiyası ağız qoxusuna səbəb olur.
- Uzun müddət ac qalmaq: bədən uzun müddət ac qalanda keton adlı elementləri qana çatdırır. Bu proses zamanı ketonlar pis qoxulu kimyəvi maddələrə çevrilərək nəfəs yolu ilə bədəndən xaricə atılır. Bu səbəblə uzun müddət ac qalmaq ağız qoxusuna səbəb olur.
- Mədə və bağırsaq xəstəlikləri: xüsusilə reflüks xəstələrində və həzm sistemi yaxşı işləməyən insanlarda mədə və bağırsaqdakı qidalar yığılaraq qaz meydana gətirir. Bu da öz növbəsində ağız qoxusuna səbəb olur.
- Şəkər xəstəliyi (diabet): qan şəkərinin artması səbəbilə ağızdakı toxumalarda şəkər yığıla bilər. Yığılan bu şəkər pis qoxuya səbəb olur.
- Böyrək xəstəliyi: böyrəklərin öz funksiyalarını yerinə yetirməməsi səbəbilə bədəndən atılmalı olan zərərli maddələr ağız toxumalarında yığılaraq pis qoxu meydana gətirir.
- Boğaz və burun xəstəlikləri: boğaz əti və burundakı əyrilik səbəbilə tənəffüs yolunun daralması nəfəs alma prosesini çətinləşdirir. Burun yerinə ağızdan nəfəs alarkən ağızda quruluq meydana gətirir. Mikroorqanizmlər ağız quruluğu ilə çoxalır və ağız qoxusu yaradır.
- Siqaret və spirtli içki qəbulu: siqaret və spirtli içkilərin tərkibindəki bəzi maddələr ağız toxumalarında yığılaraq pis qoxu yaradır.
- Vitamin əskikliyi: xüsusilə də A vitaminin əskikliyi ağız toxumalarına təsir edir və mikroorqanizmlər çoxalır. Bu da ağız qoxusunun əsas səbəblərindən biridir.
- Dərmanlar: bəzi xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar ağız quruluğu yaradır, bəziləri isə vücudda parçalandıqdan sonra kimyəvi birləşmə yaradır. Hər iki hal da ağız qoxusunun yaranması üçün ideal şərait yaradır.
Körpələrdə ağız qoxusunun səbəbləri
Körpələrdə ağız qoxusu normal sayılsa da, bu hal uzun müddət davam edərsə, həkimə müraciət etmək lazımdır.
- Ağız quruluğu: körpələr və uşaqlar burun yerinə ağızdan daha rahat nəfəs aldıqları üçün ağızları tez-tez quruyur. Ağız quruluğu isə mikroorqanizmlərin çoxalmasına, bu da ağız qoxusuna səbəb olur.
- Diş çürüyü: diş çürükləri nəticəsində ağızda bakteriyalar çoxalır və ağız qoxusunu meydana gətirir.
- Qulaq, burun və boğaz infeksiyaları: boğaz, badamcıq, sinuslar və qulaqdakı infeksiyalar ağız qoxusuna səbəb ola bilər. Bu hallarda ağız gigiyenasına riayət etmək qoxunu aradan qaldırmaq üçün kifayət deyil. Əvvəlcə xəstəliyi müalicə etmək lazımdır.
- Ağız gigiyenasına diqqət edilməməsi: körpələrdə ağız boşluğunun gigiyenasına riayət etmək vacibdir. Bunun xaricində az yaşlı uşaqlara ağız gigiyenasını öyrətmək və bunu özlərinin bacarmasına təşviq etmək mütləqdir.
- Yad cisimlərin ağıza aparılması: körpələr oyuncaq və başqa əşyaları ağızlarına qoyub dişləyərək mikroorqanizmlərin çoxalmasına şərait yaradırlar. Bu da pis qoxuya səbəb olur.
Qidalar ağız qoxusuna necə təsir edir?
Ağız qoxusu üçün həll yolları axtarırsınızsa, diqqət etməli olduğunuz bəzi nüanslar var. Yeməkdən sonra ağızda yığılan qida qalıqları ağız qoxusuna səbəb olur. Limon, nanə, cəfəri, rozmarin, armud, alma, kök, turp və qatıq kimi bəzi qidalar ağız qoxusunu azaltmağa kömək edə bilər.
Ağız qoxusu kimlərdə rast gəlinir?
Ağız qoxusu böyrək çatışmazlığı, diabet, qaraciyər xəstəliyi kimi xroniki xəstəliyi olanlarda və diş sağlamlığı zəif olan insanlarda müşahidə olunur. Ancaq ağızda və ya tənəffüs yollarında hər hansı bir xərçəng toxuması varsa, ağız qoxusu şikayəti arta bilər. Buna görə də, əsas səbəbləri aradan qaldırmaq üçün həkimə müraciət etmək vacibdir.
Qoxunu aradan qaldırmaqda sizə yardımçı olacaq təsirli üsulların bəzilərini təqdim edirik.
1. Dişlərinizi fırçalayın
Dişləri gündə ən azı 2 dəfə 2 dəqiqə olmaqla fırçalayın. Qoxuya səbəb olan faktorlardan ən birincisi dişlə arasında yığılan və pis qoxuya səbəb olan qida qalıqlarının yaxşı təmizləməməsidir.
2. Dilin üstünü də təmizləyin
Çox vaxt dişləri fırçalayan insanlar dili təmizləməyi unudur. Buna görə fırça ilə dilin arxasını təmizləməyi unutmayın.
3. Bol su için və ac qalmayın
Su dilin qurumasının qarşısını alır və ağızdakı bakteriyaları azaldır. Ağız qoxusundan qurtulmaq üçün gündə ən azı 8 stəkan su içməlisiniz. Həmçinin gün ərzində ac qalmayın və tez-tez yemək yeyin.
4. Mixək çeynəyin
Ağızda hər hansı qoxu hiss edirsinizsə, bir neçə mixək çeynəyin.
5. Qatıq yeyin
Qatıq ağzınızın pH səviyyəsi balanslaşdırılır, bakteriya və həddindən artıq turşu əmələ gəlməsinin qarşısı alınır. Səhər yeməyində yarım kasa qatıq yeyərək günə başladığınız zaman ağız qoxusu problemi aradan qalxacaq.
6. Darçın istifadə edin
Darçın ağız qoxusunu aradan qaldırmağın ən təsirli üsullarından biridir. Darçınlı içkilər içmək və ya darçın çeynəmək ağızdakı bakteriyalarla mübarizə aparmaqda və qoxunu aradan qaldırmaqda sizə kömək edəcək. Darçından yeməyə əlavə edərək də istifadə edə bilərsiniz.
7. Qarqara etmək
Yatmazdan əvvəl duzlu və içinə azca yod damcıladılmış su ilə qarqara edin. Bu səhər hiss etdiyiniz qoxu problemini zamanla azaldacaqdır.