Lent
12.12.2024 | 09:50

Messi Bakıda haralara getdi? - Foto, Video

Dekabrın 11-i ənənəvi olaraq, Azərbaycanlı iş adamı Adnan Əhmədzadə futbol əfsanəsi Lionel Messi və onun komanda yoldaşlarını Bakıda qarşılayıb.

Heydər Əliyevin xatirəsini anıblar

Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Bakıdakı Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Onlar ümummilli liderin xatirəsini anıb, məzarı önünə əklil qoyublar.

Bakıda Qarabağ atları ilə tanış olublar

Onlara Qarabağ atlarının özünəməxsusluğu nümayiş etdirilib.

Prezident İlham Əliyevin nəvələri ilə görüşüb.

Heydər Əliyev Mərkəzində

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər.

Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası – ilmələrin rəqsi” adlı xalça kolleksiyası, “Klassik avtomobil sərgisi” və digər ekspozisiyalarla tanış olublar.

Şam yeməyi təşkil olunub

 

View this post on Instagram

 

A post shared by BAKU NEWS (@baku.es)

Fanatları ilə görüş

Lionel Messi:

“Bakıya səfərimdə Azərbaycanın zəngin mədəniyyəti və insanları ilə tanış olmaq imkanı qazandım. Mən özümün və komanda yoldaşlarım adından bu görüşün təşkilinə görə hər kəsə təşəkkür edirəm. Dəstək və qonaqpərvərlik çox yaxşı idi. Çox sağ olun!”

Dekabrın 11-1 futbolçuları hava limanından iş adamı Adnan Əhmədzadə yola salıb.

Liman.Az

Admin
Müxbir
Admin
BİZİ İZLƏYİN