Ankarada dəniz məhsulları restoranının sahibi olan iki qardaş menyularına ahtapot dönəri daxil ediblər.
Onlar əvvəlcə ahtapotları qaynar suda saxlayıb, sonra isə xüsusi kərəyağlı sous ilə hazırlayırlar.
Qardaşlar bu təcrübənin uğurlu nəticə verdiyini bildiriblər:
“Həmişə araşdırma aparırıq, ‘Başqa nə edə bilərik?’ deyə düşünürük. Əvvəlcə özümüz dadırıq, sonra müştərilərimizə təqdim edirik. Çox müsbət reaksiyalar alırıq. Bu dəfə də ağlımıza “ahtapottan döner” ideyası gəldi”.
© Milli.Az