Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Hansı məzunlar əsgərliyi universitetdə çəkəcək? – Açıqlama

Hansı məzunlar əsgərliyi universitetdə çəkəcək? – Açıqlama

16/10/2024 13:41
Share Facebook Telegram WhatsApp Copy Link

Universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər.

Liman.az xəbər verir ki, bu barədə İKT üzrə mütəxəssisi Osman Gündüz Müdafiə Nazirliyinin hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq etməsi ilə bağlı qərarını şərh edərkən bildirib.

“Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.

Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər.

Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar”, – ekspert bildirib.

O.Gündüzün sözlərinə görə, bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir.

“Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır. Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər”, – o deyib.

XATIRLATMA:

Bu məzunlar əsgərliyini universitetdə çəkəcəklər

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb.

Liman.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə nazirlikdə hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir.

Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.

Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, həmçinin cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə beynəlxalq reytinqi (“Times Higher Education (THE) World University Rankings” və ya “Academic Ranking of World Universities” (Shanghai)) 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisəsinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.

Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar Orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcək.

Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcək.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10
ƏSAS MANŞET

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14
Hamı üçün

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.