Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » “Masallı” yetirməsi Barselonadakı futbol akademiyasına transfer olundu

“Masallı” yetirməsi Barselonadakı futbol akademiyasına transfer olundu

15/10/2024 00:25
Share Facebook Telegram WhatsApp Copy Link

2020-ci ildən fəaliyyət göstərən “Masallı” PFK-nın yetirməsi İspaniya futbol akademiyasına transfer olunub.

Bu barədə Liman.az-a klubun prezidenti Mirələm Həşimov məlumat verib.

Belə ki, 2009-cu il təvəllüdlü Masallı rayon Tatyanoba kənd sakini Kiçibəyov Əli Fariz oğlu İspaniyanın Barselona şəhərində yerləşən “Marcet” futbol akademiyasına transfer olunub.

“Masallı” PFK 2023/2024 mövsümündə sözügedən futbolçu “Turan Tovuz” komandasına transfer edib.

Bildirilir ki, ASTA (Azerbaijan Sport Talents Academy) Futbol Akademiyası ilə İspaniyanın Barselona şəhərində yerləşən “Marcet” Futbol Akademiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsinə əsasən, 2008-2009-cu il təvəllüdlü 51 futbolçu arasında aparılmış seçimlərin nəticələri məlum olub.

15 futbolçu Barselonaya yollanaraq 4 il ərzində ASTA-nın maliyyə dəstəyi ilə “Marcet”də təlim keçəcəklər. Uşaqlar səfərdən öncə 2 aya yaxın hazırlıq prosesində ispan dilini də öyrəniblər.

“Marcet” Futbol Akademiyasının məşqçiləri Rivero Karlos Arias və Ragel Marmol Felipe iyunun 30-dan iyulun 2-dək Bakı Olimpiya Stadionunda ASTA-nın təklif etdiyi futbolçuları sınaqdan keçiriblər. Yeniyetmə idmançıların “Marcet” Futbol Akademiyasında təlimlərə cəlb edilməsi ASTA-nın prezidenti Rafael Bünyatovun təşkilatçılığı ilə baş tutub.

Qeyd edək ki, sözügedən transfer Masallı tarixində ilk dəfə həyata keçən hadisə kimi yadda qalıb.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Pozitiv

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30
Pozitiv

“Advent təqvim”lə müştərini sevindirin

11/12/2024 17:19
Liman

Adnan Əhmədzadə futbol klubu alır

03/12/2024 15:57

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.