Lent
31.03.2022 | 15:05

“Ramazan sevinci” Hacı Şahinin təqdimatında

Bu ilin Ramazan ayı boyunca ilahiyyatçı Hacı Şahin Həsənli “Ramazan sevinci” adlı proqramla Xəzər TV-nin efirində çıxış edəcək. Bu barədə din xadimi öz hesabında məlumat verib.

Proqram aprelin 2-dən etibarən hər gün həftəiçi saat 11:25-də, şənbə və bazar isə saat 15:15-də yayımlanacaq.

Məlumata görə, ilahiyyatçı mübarək aya aid müxtəlif mövzulara toxunacaq.

Admin
Müxbir
Admin
BİZİ İZLƏYİN