Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Saqqız plomblara zərər verir? – Stomatoloq miflərdən və həqiqətlərdən danışdı

Saqqız plomblara zərər verir? – Stomatoloq miflərdən və həqiqətlərdən danışdı

09/10/2024 09:28
Share Facebook Telegram WhatsApp Copy Link

Saqqız çoxdan həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsul haqqında bir çox miflər və yanlış fikirlər mövcuddur. Bəzi insanlar əmindirlər ki, saqqız diş plombları üçün təhlükəlidir və heç bir faydası yoxdur. Bu, həqiqətən belədirmi?

Oxu.az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, rusiyalı tibb elmləri doktoru Oles Şevçenko bu məsələyə aydınlıq gətirib və saqqız haqqında üç əsas mifi təkzib edib.

Onun sözlərinə görə, ən populyar yanlış fikirlərdən biri saqqızın plombların düşməsinə səbəb olması ilə bağlıdır.

“Əgər plomb düzgün qoyulubsa, saqqız ona zərər verməyəcək. Əgər dişin bərpası keyfiyyətsiz aparılıbsa, plomb istənilən mexaniki təsirdən – saqqız və ya bərk qida olsun – zədələnə bilər. Saqqızın özü bu riski artırmır”, – deyə həkim bildirib.

Stomatoloq, həmçinin saqqızın dişlərin və ağız boşluğunun sağlamlığına heç bir müsbət təsir göstərmədiyi iddiasının da həqiqətə uyğun olmadığını vurğulayıb.

“Saqqız tüpürcək ifrazı prosesini stimullaşdırır ki, bu da ağızı ərpdən və qida qalıqlarından təmizləməyə kömək edir, həmçinin diş daşının əmələ gəlməsinin qarşısını alır”, – deyə o bildirib.

Mütəxəssis bundan başqa saqqızın koqnitiv qabiliyyətlərə müsbət təsir göstərdiyini, insanın stres və narahatlıq səviyyəsini azaltmağa kömək etdiyini vurğulayıb.

Beləliklə, Şevçenkonun fikrincə, saqqız nəinki zərərli deyil, həm dişlərin və mədənin sağlamlığı, həm də psixoloji tarazlıq üçün faydalıdır.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

80 qəpiyə satılan məhsulun möcüzəvi faydaları

27/11/2024 15:40
Şux qalın

Streslə effektiv mübarizə – 4 vacib məsləhət

11/11/2024 09:58
Şux qalın

Ağızdan gələn qoxu, həll yolu, pis iyi aradan qaldırmaq

04/11/2024 16:35

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.