Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » İran və İsrail: onları oxşar edən nədir? – Əkrəm Həsənov

İran və İsrail: onları oxşar edən nədir? – Əkrəm Həsənov

09/10/2024 10:56
Share Facebook Telegram WhatsApp Copy Link

Əksəriyyətimiz elə bilirik ki, İsrail Qərb ölkələri kimi liberal-demokratik dövlətdir. Əslində isə İran kimi klerikal, yəni dini dövlətdir (dünyəvi deyil, din dövlətdən ayrı deyil). Ümumiyyətlə, İranla İsrail qədər bir-birinə oxşar dövlət yoxdur. Hər ikisi dinlə liberal-demokratik dəyərlərin sintezindən ibarət dövlət quruluşuna malikdir. İrandan fərqli olaraq İsrailin heç konstitusiyası da yoxdur. Hər ikisində seçkili parlament var və orada ölkədə yaşayan bütün icmaların nümayəndələri var. Lakin İran kimi İsraildə də parlamentin qəbul etdiyi qanunlarla yanaşı dini normalar da hüquq mənbələrindən biridir. İsraildə hətta qeyri-dini nikahların qeydiyyatı da mümkünsüzdür. Yəni dünyəvi nikah institutu yoxdur: ateist orada rəsmi evlənə bilməz.

Ümumən başda farslar olmaqla iranlıların yəhudilərlə (hər ikisi bəşərin ən qədim dövlətçi xalqlarındandır) heç vaxt problemi olmayıb. Əksinə, İran şahı Kir eramızdan əvvəl yəhudiləri Babil əsirliyindən qurtardığı və vətənlərinə qaytardığı üçün adı Bibliyada müqəddəs insan kimi çəkilir (yəhudi dinində heç bir başqa yadelli bu şərəfə layiq görülməyib). Sonradan da yəhudilərlə iranlılar həmişə sülh şəraitində yaşayıb. O cümlədən Azərbaycanda yaşayan dağ yəhudilərinin ana dili fars dilinə yaxın olan tat dilidir. İranın özündə indi də minlərlə yəhudi yaşayır.

Beləliklə, mövcud konflikt nə milli, nə də dini ədavət xarakterini daşımır. Bu, iki oxşar dövlət modelinin rəqabətidir. Qısa zaman kəsiyində hər ikisi bu modeli qurublar. Hər iki xalq işgüzar, kreativ və elmə meyllidir. Bunun sayəsində müasir texnologiyalar baxımdan da xeyli inkişaf edbilər (İsrailə Qərb dəstək verdiyi üçün bu məsələdə İranı qabaqlayır). Yəni hər mənada bir-birinə layiqli rəqiblərdir.

Hüquqşünas, ictimai fəal Əkrəm Həsənov
Liman.az

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Düşündürən

Əsədin təəccübü: Restoranda olanlar – Xəbər vardı ki…

11/12/2024 17:11
Hamı üçün

Startap ideyası: uğurlu olub-olmadığını necə bilək?

10/12/2024 11:14
Hamı üçün

Şikayətçilik insanlarımızı yeyib bitirir – Video

27/11/2024 12:25

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.