Əsas məzmuna keç
sxx9ts5uxzgtgvoq3tjcnfkhaxafmcb6uskyke9v_1200
Şou
05.09.2026 | 19:45 982

Məşhur türkiyəli aktyor evində ölü tapıldı

Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonundakı evində ölü tapılıb.

Aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib.

Qapını döysə də, cavab almadıqdan sonra özündə olan açarla mənzilə daxil olub.

Özlem E. aktyoru qonaq otağındakı kresloda hərəkətsiz vəziyyətdə tapıb. Onun nəfəs almadığını və bədəninin soyuq olduğunu görən qadın təcili yardım çağırıb. Hadisə yerinə polis və tibbi yardım qrupları göndərilib. Həkimlər aktyorun öldüyünü müəyyən ediblər.

Sevgilisinin sözlərinə görə, 51 yaşlı Serhat Kılıç limfa xərçəngindən əziyyət çəkirdi.

Polis aktyorun ölümü ilə bağlı araşdırmaya başlayıb. Ölüm səbəbinin ekspertiza nəticəsində müəyyənləşdiriləcəyi bildirilir.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

Şərhlər

Hələ şərh yoxdur

Bu xəbərə ilk şərhi siz yazın.