ABŞ-nin aviasiya qurumları Prezident Donald Trampın göyərtəsində olduğu “Marine One” helikopterinin uçuşu zamanı dispetçerlərin kommersiya reyslərini dayandırmamasının səbəblərini araşdırırlar.
Bu barədə “Wall Street Journal” məlumat yayıb. Bildirilib ki, helikopter Ağ Evdən Los-Ancelesə yola düşüb. Təhlükəsizlik qaydalarına əsasən, dispetçerlər “Marine One”ın uçuşu müddətində Vaşinqton Milli Hava Limanı ərazisində hava hərəkətini məhdudlaşdırmalı idilər.
ABŞ Federal Mülki Aviasiya İdarəsindən bildirilib ki, helikopterlə sərnişin təyyarəsi arasındakı minimum məsafə tələbi pozula bilərmiş. İlkin məlumatlara görə, hava gəmiləri icazə verilən hüdudlarda olub və təhlükəli yaxınlaşma halı qeydə alınmayıb.
Bununla belə, Ağ Evin nümayəndəsi Kuş Desai Tramp üçün heç bir təhlükə yaranmadığını vurğulayıb. O, prezident helikopterinin heyətinin peşəkarlıq və hazırlıq səviyyəsinin yüksək olduğunu diqqətə çatdırıb.