Bərdədə təhsil sektorunun müdiri Nicat İsmayılov vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, N.İsmayılov bu gün qəfil ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, N.İsmayılov 2025-ci ilin oktyabrında Bərdə rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib. Bundan əvvəl Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin direktoru və digər təhsil müəssisələrində müəllim və direktor vəzifələrində çalışıb.