Ölkə
23.08.2026 | 20:08

100 illik ziyarətgahı qanunsuz qazdılar - Sümüklər çıxdı

Cəlilabad rayonunun Seyidbazar kəndində inanclı insanların uzun illərdən bəri ziyarət etdiyi ərazidə müəmmalı qazıntı işləri aparılıb.

“Qafqazinfo” xəbər verir ki, kənd sakinləri 100 ildən artıqdır inanc yeri kimi tanınan məkanda torpağın qazıldığını aşkar ediblər. Oradan sümük qalıqlarının çıxdığını deyirlər.

Məlumata görə, ərazi rəsmi olaraq dövlətin tarixi-mədəniyyət abidələri siyahısında olmasa da, yerli əhali üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Qazıntını kimin aparması hələlik məlum deyil. Diqqətçəkən məqam isə odur ki, ziyarətgahda sakinlərin qoyduğu nəzir və maddi vəsaitlərə toxunulmayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında araşdırma aparılır.





Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN