Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Qəza göstərdi ki, məsələ nə cərimədir, nə də zolaq – Tovuzdakı faciə

Qəza göstərdi ki, məsələ nə cərimədir, nə də zolaq – Tovuzdakı faciə

28/11/2024 10:10
Share Facebook Telegram WhatsApp Copy Link
Nəqliyyat eksperti Ərşad Hüseynov:

Dünən axşam Tovuzda baş verən faciəvi qəza çılpaq həqiqəti bir daha göstərdi. Dünya mediasının da gündəminə düşəcək bu qəza təkrarən göstərdi ki, yol-nəqliyyat sahəsində əsas problem nə taksi məsələsi, nə avtobus zolağı məsələsi, nə cəriməni artırmaq, nə cərimədən yayınmaq üçün yollar axtarmaq məsələsidir. Əsas məsələ və əsas hədəf real yol hərəkəti təhlükəsizliyi olmalıdır.

Təhlükəsizlik sahəsində atılmalı olan real addımlar da 2018-ci ildə qəbul edilən, icra müddəti ötən il bitən və kağız üzərində qalan Dövlət proqramında idi.

Bu proqramda sürücü olmaq işinə yenidən baxılmasından başlamış dünyagörüşünü dəyişən, həqiqi təhlükəsiz davranış mədəniyyəti formalaşdıra bilən maarifləndirməyə qədər hər şey yazılmışdı.

Bir daha vurğulamaq istəyirəm ki, bu iş cərimələri artırmaqla, daha çox cərimə yazmaqla, yeni terminlərdən istifadə edərək gözəl çıxışlar etməklə düzəlməyəcək. Yanaşmalar dəyişməlidir, real iş görülməlidir. Dünyada bu problemdə əsaslı dönüşə nail olmuş ölkələrin təcrübəsində sınaqdan keçmiş həqiqi işlər görülməlidir. Həmin işlər çoxdur, hamısı da Dövlət proqramında yazılmışdı.

Bir qəzada 5-i say-seçmə hərbi qulluqçu olmaqla 6 nəfərin həlak olması, 1 nəfərin ağır yaralanması (təəssüf ki, 13 yaşlı bu yeniyetmənin də həyatının risk altında olduğu qeyd edilir) çox ağır nəticədir. Bu, az qala, ciddi bir döyüş əməliyyatının itkisidir. Ən ağrılısı odur ki, bütün bu itkilər olmaya da bilər.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Olmaz olsun

100 mindən çox xərcləndi, telefona görə boşandılar – Vəkil

25/11/2024 13:50
Olmaz olsun

Türkiyədə 70 kiloqram qızılla saxlanılan azərbaycanlı polkovnik-leytenant imiş

23/11/2024 15:28
Olmaz olsun

“Soyunmayan “ulduz”ları toya buraxmırlar”

08/11/2024 11:36

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.