Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » “Onu əvəz etmək həm bahalı olacaq, həm ağrılı”

“Onu əvəz etmək həm bahalı olacaq, həm ağrılı”

09/10/2024 10:02
Share Facebook Telegram WhatsApp Copy Link

“İnsan bədənində ən sakit, dinməz və lal orqan qaraciyərdir. Heç qayğı göstərməsən, daim yükləsən, incitsən heç vaxt səsini çıxartmayacaq. Amma günlərin bir günü başını yerə qoyacaq və onu bərpa etmək mümkün olmayacaq. Nəticədə ən yaxşı çıxış yolu transplantasiya olacaq. Bu isə həm bahalı prosesdir, həm də əvvəlki kimi funksionallığın tam bərpası mümkünsüzdür”.

Liman.az xəbər verir ki, bunu insan resursları üzrə mütəxəssis Roman Süleymanov deyib. O, peşəkar, həmişə öz işini yüksək səviyyədə icra edən əməkdaşları şirkətin qaraciyərinə bənzədib:

“Bu tibbi məlumatın linkedinə nə aidiyyəti var?” soruşa bilərsiniz. Mən ideal, peşəkar və əxlaqlı, zəhmətkeş, həmişə öz işini yüksək səviyyədə icra edən əməkdaşları şirkətin qaraciyərinə bənzədirəm. Onları yüklədikcə qayğı da göstərmək lazımdır. Vaxtı-vaxtında təqdir etmək (recognize), maddi və qeyri-maddi motivasiyaları, iş-həyat balansını və digər şeyləri təmin etmək lazımdır ki, əməkdaş günlərin bir günü qaraciyər kimi “başını yerə qoymasın”. Yoxsa, onu əvəz etmək həm bahalı olacaq, həm ağrılı, həm də bərpası uzun çəkəcək. Odur ki, kritik funksiyları icra edən belə əməkdaşlara xüsusi diqqət olmalıdır. Əgər onlar sakitcə başını salıb işləyirsə, gəlib maaş artımı, vəzifə artımı tələb etmirsə, bu o demək deyil ki, əməkdaşı hər şey qane edir və rəhbərlər hər hansı bir tədbir görməməlidir.

Menecer olaraq, narazılıq edə bilərik ki, “əşi əməkdaş da heç olmasa bir dəfə eyham vuraydı. Axı indiyə qədər kim nə istəyib etmişəm və s. və i.” Amma unutmayaq ki, hər kəs cəsarətli və ektrovert olmur. Bəzən kritik rolda olan əməkdaşın bazarda dəyəri də yüksək olur və o maaş davası döymür, əvəzində digər şirkətlərin qapısını döyür. Odur ki, bu cür əməkdaşlara qarşı diqqətli və ehtiyatlı davranmalı, onları küsdürməməli və vaxtlı-vaxtında müraciət etməsələr da tədbirlər görməliyik”.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10
ƏSAS MANŞET

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14
ƏSAS MANŞET

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.