ABŞ və İran arasında danışıqların nəticələrinin 48 saat ərzində məlum olacaq.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Bu barədə 48 saat ərzində biləcəyik”, – o vurğulayıb.
Tramp onu da bildirib ki, İran yenidən geri çəkilərsə, çətin duruma düşəcək. “Onlar bunu bilir və başa düşürlər”, – o qeyd edib.
O, Hörmüz boğazının artıq qismən açıq olduğuna əminlik verib. Tramp əlavə edib ki, “boğaza tam nəzarət edirik”.
“Axios”un yazdığına görə, İran və Oman Hörmüz boğazında gəmiçiliyin bərpası üçün müvəqqəti razılığa gəlməyə yaxındırlar və ABŞ bu razılaşmanı 5 avqustda elan etməyi planlaşdırır.