Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Şəcərə və soyun haqqında öyrənməyin qaydası

Şəcərə və soyun haqqında öyrənməyin qaydası

22/11/2024 14:32
Share Facebook Telegram WhatsApp Copy Link

Tədqiqatçı Rəzzaq Xansuvar ÖlkəAz-a açıqlamasında bildirib ki, şəxslər birbaşa Milli Arxiv İdarəsinə müraciət etsə də, dərindən məlumat ala bilməyəcəklər:

“2011-ci ildən biz bir qrup tədqiqatçı ilə birlikdə bu işlə məşğuluq. Hətta bölgələr və soy şəcərələri haqqında kitab da çap etmişik. Yəni soy ağaclarının araşdırılması, DNT analizlər və s. soy-köklə bağlı nə varsa, onu bizim qrup araşdırır. Biz bunu təkcə Azərbaycan arxivindən araşdırmırıq. Əcdadlarınızın miqrasiya xəttinə baxırıq – lazımdırsa, Osmanlı, Rusiya və ya İran arxivlərinə – biz soy şəcərəsini qura bilək. Bu 16-17-ci əsrləri də əhatə edə bilər. Bu baxır sizin əcdadlarınız haqqında orada hər hansı bir informasiya olub-olmamasına.

Minimum xanlıqlardan əvvələ qədər olan dövrdə əcdadlarınızı tapa bilirik. Onların adları, məşğuliyyəti, qardaşlarının adları orada göstərilir. Təəssüf ki, mənbələrdə qadın adları yoxdur. Yalnız 1842-ci ildə müəyyən siyahıyaalınmalarda qadın adları qeyd olunub, amma əgər bəy, xan və yaxud ruhani nəslindəndirsə, o haqda daha dərin araşdırmaq olar”.

Tədqiqatçı deyib ki, araşdırmanın müddəti və qiyməti regiondan asılı olaraq dəyişir:

“Araşdırma üçün 4 ay, bəzən isə daha geniş araşdırmalar üçün illər tələb olunur. Sonda biz “pdf şəcərə” hazırlayırıq. Bununla yanaşı, sənədlərdən də əsas məqamları, varsa, fotoşəkilləri sizə təqdim edirik. Məlumatların hansı arxivlərdən götürüldüyü də qeyd olunacaq. Bizə, sadəcə, babanızın atası haqqında ilkin informasiya verirsiniz. Araşdırma zamanı təvəllüdlər, məşğuliyyətlər zümrə və s. üzə çıxır.

Bu xidmətlər təbii ki, ödəniş qarşılığında edilir. Çünki biz də arxivlərə ödəniş etməliyik. Məbləğ regiondan asılı olaraq dəyişir. Əgər Qərbi Azərbaycan ərazisini araşdırırıqsa (Göyçə mahalı, Dərələyəz, İrəvan və s.), həmin məlumatlar Ermənistan arxivlərində var. Bu zaman əməkdaşlarımız Rusiya ilə danışır, onlar həmin məlumatları Ermənistan arxivlərindən götürürlər. Buna görə də araşdırmanın qiyməti dəyişkən olur. İldən-ilə arxivlərə edilən ödənişlərin də qiymətində artım baş verə bilir. Ona görə də konkret qiymət aralığı demək bir qədər çətindir.

Çünki orada arxivlərin qiyməti çox bahadır. Əgər araşdırdığımız adam Qarabağ, cənub bölgəsi və ya Azərbaycanın şimaldandırsa, bu zaman qiymət bir qədər aşağı olacaq”.

R.Xansuvar Milli Arxiv İdarəsində məlumatların 1800-cü illərin əvvələrinə qədərki dövrü əhatə etməsinə baxmayaraq, xanlıq dövrünü necə araşdırdıqları ilə bağlı məsələyə də aydınlıq gətirib:

“İndiki Azərbaycan coğrafiyasına aid olanlar bizim arxivlərdə 19-cu əsrin əvvəllərinə kimi qeyd olunub. 1700-cü illərə baxmaq üçün hissəli arxivlər var. Məsələn, 1720-ci illərin siyahıyaalınması, torpaq sənədlərinə baxaraq da şəcərəni çıxara bilirik.

O vaxtı insanlara torpaq bağışlananda və ya vərəsəlik göstəriləndə ulu babalarının adları yazılırdı. Yəni bu torpaq-filan əcdaddan gəlib çatıb. Həmin sənədlər də xanlıq dövrünə və ondan sonrakı dövrə aid olur.
Bəzən də olur ki, 1820-ci ilə aid bir sənəddə 1710-cu ilə kimi olan dövrə aid informasiyalar yer alır”.

Tədqiqatçı Türkiyədə soy ağacını öyrənmək üçün yaradılan məlumat bazası olduğu kimi, Azərbaycanda da soy-kökü ilə bağlı belə bazanın yaradılıb-yaradılmayacağı barədə danışıb:

“Türkiyədə olan o saytda informasiya dolğun şəkildə deyil. Müəyyən bir dövr haqqında məlumat əldə edə bilərsən. Yenə də nəyisə öyrənmək lazım olanda Türkiyə arxivində axtarmalısan.

Biz özümüz də bu işlərdə maraqlıyıq ki, ölkəmizdə şəcərə bazası qurulsun. Son illərdə şəcərəsi ilə bağlı maraqlananların sayı xeyli artıb. 2011-ci ildə 3-4 aydan bir 4-5 nəfər maraqlanırdısa, indi bir ay ərzində 10-20 nəfər maraqlanır.

Özüm belə təkliflər irəli sürmüşəm. Bizim fikrimiz elektronlaşdırılan arxivləri bir araya yığaraq böyük bir baza yaratmaqdır. Beləliklə, istənilən azərbaycanlı həmin bazadan istədiyi məlumatları axtarıb tapa bilər.
Bunları baza kimi yığmaq lazımdır. Mən 5 il əvvəl Azərbaycan arxivində çalışanda bu cür elektronlaşma işləri gedirdi, amma təəssüf ki, hələ heç bir şey yekunlaşmayıb. Sadəcə, indi bizim əlimizdə pdf kitablar var. Onları birləşdirib sayt yaratmaq olar.

Əgər dövlət tərəfindən belə bir baza yaradılmasa, planımızda var ki, Azərbaycan üçün belə bir sayt yaradaq və insanlar babaları haqqında məlumatlara baxa bilsinlər. Yəqin ki, bu müəyyən ödəniş müqabilində olacaq”.

LiMAN.AZ

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14
Hamı üçün

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36
Hamı üçün

Messi Bakıda haralara getdi? – Foto, Video

12/12/2024 09:50

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.