Rəsmi
04.08.2026 | 17:16

Prezidentdən 3 yeni təyinat - SƏRƏNCAM

Anar Mehti oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Liman.Az” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Qeyd edək ki, N.Cahidzadə bundan əvvəl, 2024-cü il fevralın 21-dən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

***

Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə bu vəzifəyə Nurlan Rauf oğlu Hacıyev təyinat alıb.

Redaktor Azerbaijan
Müxbir
Redaktor Azerbaijan
BİZİ İZLƏYİN

OXŞAR XƏBƏRLƏR

Oxşar xəbər tapılmadı.