Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Şux qalın
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » “Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır” – Psixoloq

“Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır” – Psixoloq

09/10/2024 11:32
Share Facebook Telegram WhatsApp Copy Link

“Məndən soruşurlar ki, Azərbaycan qadını haqda nə deyə bilərsiniz? Həmişə deyirəm ki, ən dəyərsiz, özünə hörmət qoymayan, yer üzündəki canlılardan ən aşağı hesab olunan bir varlıqdır. Bəzilərinin aşağı varlıq kimi qəbul olunmamasının səbəbi atasının imkanlı olmasıdır”.

Bu sözləri “Yeni Sabah”a tanınmış psixoloq Samirə Bağırova cəmiyyətdə gündən-günə artan qadın qətlləri ilə bağlı danışarkən bildirib və fikirlərinə belə davam edib:

“Bir neçə ay öncə hündür mərtəbəli binadan atılan qızın hadisəsinə insanların “özü günahkardır, yəqin nə isə zibili olub” kimi şərhlər bildirməsi və bir il ərzində baş verən qadın qətllərinin sayı onu göstərir ki, ölkəmizdə hələ islamdan öncə qızları diri-diri tonqala atma rutinləri keçirən, vəhşi tayfadan fərqimiz yoxdur. Müxbirlərimiz, xəbər portallarımız Türkiyədə baş verən qadın zorakılıqlarından ağız dolusu danışırlar, amma öz ölkələrində baş verən qadın qətliamına susurlar”.

Samirə Bağırova ölkəmizdə qadınların qadınlarla qəribə bir düşmənçiliyinin olduğunu vurğulayıb:

“Valideynlər qız uşaqlarının üstünə düşüb tərbiyə edirlər, amma oğlan uşaqlarının nazını çəkirlər. Hərçənd ki, tam əksi olmalıdır. Çünki qız zatən qızdır. Mədəniyyəti aşıladın vəssalam, tərbiyəsi yerində olacaq. Analar bu xalqın qızlarına düşmən kəsilən oğullar yetişdirirlər. Qadınların daxilində həmcinsinə qarşı qəribə, anlaşılmaz bir aqresiya, nifrət var. Düzgün yoldaş seçməklə deyil, bu məsələlər. Düzgün oğlan uşağı yetişdirmək lazımdır. Dövlət isə qadın qətllərinə qarşı ciddi, daha sərt qanunlar hazırlamalıdır. Televiziyada çalışan qadınlardan tutmuş, məşhur blogerlər, müxbirlər və digər bütün sahələrdə çalışan və daha aktiv sosial həyat sürən xanımlar isə birlik nümayiş etdirməli, qrup yaratmalı və qadına şiddətə qarşı üsyana qalxmalıdırlar. Türkiyəni örnək gətirən, öz qadının ölüsünə söz qoşan millətik”.

Liman.az

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

ƏSAS MANŞET

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10
Hamı üçün

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36
Olmaz olsun

Qəza göstərdi ki, məsələ nə cərimədir, nə də zolaq – Tovuzdakı faciə

28/11/2024 10:10

Məşhur Kabi Leym Məkkədə – Foto

23/12/2024 09:30

Psixoloji məsələlər şou formata çevrilməməlidir – İlqar Kamil

19/12/2024 12:10

Qadınlara qadağan olan 5 bölgə – Foto

19/12/2024 10:06

Ramiz Rövşənin seçmə şeirləri

18/12/2024 10:20

10 saata 46 min manat: Tiktokun görünməyən tərəfi

18/12/2024 10:14

Yanğınsöndürən maşınlar hansı ölkədən alınır? – 1,3 milyon manat

18/12/2024 10:01

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52

Sıfırdan biznes qurdu: sənaye nümunələri istehsal edirlər

14/12/2024 15:09

Əsgərliklə bağlı yeniliklər: Kimlər getməyəcək – Siyahı

13/12/2024 15:36

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Type above and press Enter to search. Press Esc to cancel.