Author: Admin

“Barselona”nın hücumçusu Robert Levandovski “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun 39 yaşındakı çıxışından danışıb. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu mövsüm Ronaldo “Əl-Nasr”ın heyətində bütün turnirlərdə 9 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. “Kriştiano futbol tarixində çoxlu səhifələr yazıb və daim ətrafındakı hər kəs üçün həddi qaldırıb. Buna göz yummaq olmaz. O, artıq hər şeyə, ya da demək olar ki, hər şeyə nail olsa da, tezliklə 40 yaşını tamamlayacaqsa da, meydanda əsəbiləşən və əsəbiləşdikcə hələ də ambisiyalarının olduğu aydındır. Bu, onun böyük ambisiyalarından xəbər verir. Hələ də arzusu var. Onun fiziki durumu çox yaxşı görünür. Bu, onun seçdiyi…

Daha çox

MDB dövlət başçılarının Moskvada keçirilən sammitində maraqlı anlar yaşanıb. Sammitin gündəliyi geniş idi, hətta Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə yanaşı, “kvadrober” hərəkatından da söhbət açılıb. “Kommersant” nəşrinin xüsusi müxbiri Andrey Kolesnikov sammitdən, daha doğrusu, sammitin rəsmi tərəfləri ilə yanaşı, qeyri-rəsmi tərəflərindən ənənəvi reportaj hazırlayıb. Reportajın maraqlı məqamlarını təqdim edirik: – Nümayəndə heyətlərinin üzvləri iclas zalında ikitərəfli danışıqların başlanmasını gözləyərkən, prezidentin köməkçisi Yuri Uşakov jurnalistlərə tuş gəldi. O istəməsə də, prezident Putinin 72 yaşının tamam olması münasibəti ilə MDB ölkələrinin liderlərinə verilən qapalı şam yeməyindən danışmağa məcbur oldu. Çünki şübhəli məqamlar vardı, misal üçün, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin şam yeməyində iştirak etməməsi,…

Daha çox

“İnsan bədənində ən sakit, dinməz və lal orqan qaraciyərdir. Heç qayğı göstərməsən, daim yükləsən, incitsən heç vaxt səsini çıxartmayacaq. Amma günlərin bir günü başını yerə qoyacaq və onu bərpa etmək mümkün olmayacaq. Nəticədə ən yaxşı çıxış yolu transplantasiya olacaq. Bu isə həm bahalı prosesdir, həm də əvvəlki kimi funksionallığın tam bərpası mümkünsüzdür”. Liman.az xəbər verir ki, bunu insan resursları üzrə mütəxəssis Roman Süleymanov deyib. O, peşəkar, həmişə öz işini yüksək səviyyədə icra edən əməkdaşları şirkətin qaraciyərinə bənzədib: “Bu tibbi məlumatın linkedinə nə aidiyyəti var?” soruşa bilərsiniz. Mən ideal, peşəkar və əxlaqlı, zəhmətkeş, həmişə öz işini yüksək səviyyədə icra edən əməkdaşları…

Daha çox

Məşhur siyasətçilərin və kral ailələrinin aşpazları onların üstünlük verdiyi yeməklərdən danışıblar. Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşhur aşpazların ildə bir dəfə toplaşdığı “Chefs de Chefs” klubunun iclasında kulinariya yenilikləri müzakirə olunur. Hər il bu klub dünyanın hər yerindən dövlət başçılarının aşpazlarını bir araya gətirir. Təşkilat 1977-ci ildən fəaliyyət göstərir. Ağ Evdə 25 il çalışmış aşpaz Kris Komerfordun sözlərinə görə, Co Bayden və Kamala Harrisin oxşar üstünlükləri var. Onlar ağır iş günündən sonra sadə və qidalı yeməklərə üstünlük verirlər. Aşpaz deyir ki, onlar pomidor sousu ilə makaron sevirlər. İtaliya prezidenti Sercio Matarellanın aşpazının dediyinə görə, prezidentin menyusunda praktiki olaraq heç…

Daha çox

Son zamanlar əksər avtomobil modellərinin ehtiyat hissələrinin qiymətində ciddi bahalaşma müşahidə olunur. Xüsusən, Asiya (Cənubi Koreya, Yaponya) və Çin markalarının “zapçast”larında qiymət artımı özünü daha aydın şəkildə biruzə verir. Satış saytlarına nəzərə saldıqda, ən ciddi artım müxtəlif işıq lampalarında, əyləc detallarında və şinlərdə özünü göstərir. Digər tərəfdən, mühərrik avadanlıqlarında və avtomobil yağlarında da bahalaşma var. Liman.az xəbər verir ki, yenisabah.az bazardakı vəziyyəti və tendensiyanın səbəblərini araşdırıb. Ehtiyat hissələrinin satışı ilə məşğul olan sahibkarlar qiymət artımını müxtəlif səbəblərlə izah ediblər. Əsas səbəb isə hissələrin xaricdən tədarükü ilə bağlıdır. Satıcıların sözlərinə görə, əvvəllər ehtiyat hissələri ən çox Rusiya və Gürcüstandan idxal edilirdi.…

Daha çox

1918-ci ildə Polşa yenidən müstəqil bir dövlət oldu. Gənc respublikanın rəhbəri Yuzef Pilsudskinin ilk addımlarından biri ölkənin müstəqilliyi uğrunda mübarizənin qəhrəmanı general Yuzef Bemin cənazəsini vətəninə gətirmək oldu. Türkiyədə vəfat etmiş sərkərdənin cənazəsi böyük təntənə ilə vətəninə – Polşanın Tarnov şəhərinə köçürüldü və burada dəfn mərasimi üçün tədbir hazırlandı. Ancaq yerli keşiş sonradan İslamı qəbul etdiyi üçün sərkərdənin külünün kilsə qəbiristanlığında basdırılmasını qadağan etdi. Polşa rəhbərliyi buna çözüm tapdı: Bemin meyitinin olduğu sərdabə yerə toxunmadan, 6 sütun üzərində yerləşdirildi. Bu yer 100 ildən çoxdur ki, Polşa vətənpərvərləri üçün müqəddəs məkandır, amma Yuzef Bemin cənzaəsi hələ də torpağa basdırımayıb, sütunlar üzərində…

Daha çox

Xalq arasında “cənnət meyvəsi” adlandırılan nar özünəməxsus dadı və sağlamlığa faydaları ilə sevilərək yeyilən bir meyvədir. Dənələri mirvariyə bənzəyən nar qida dəyəri baxımından da çox zəngindir. Turş-şirin dadı və yuvarlaq xarici səthi ilə diqqət çəkən nar qışda vazkeçilməz meyvələr arasındadır. Bir kasa narın tərkibində 93 kalori, 2,30 qram protein, 20,88 qram karbohidrat və 0,14 qram yağ var. Hər gün bir kasa nar istehlak etmək orqanizm üçün çoxlu faydalar təmin edir. Liman.az Türkiyə mediasına istinadla xəbər verir ki, nar qan təzyiqini normada saxlayır. Əgər dəyişən qan təzyiqi və hipertoniya ilə qarşılaşırıqsa, nar istehlak edə bilərik. Yüksək təzyiqli insanlar üzərində aparılan tədqiqatlar…

Daha çox

Alimlər ölmüş orqanizmin hüceyrələrinin hətta ölümdən sonra da fəaliyyət göstərə biləcəyi “üçüncü vəziyyət” aşkar ediblər. Liman.az xarici mediaya istinada xəbər verir ki, Vaşinqton Universitetinin tədqiqat qrupu ölü hüceyrələrin özlərini hərəkət etdirə, bərpa edə və çoxalda bilən yeni həyat formalarına çevrildiyini açıqlayıb. Alimlər ölüm-dirim xaricində “üçüncü vəziyyət” adlandırdıqları yeni bir vəziyyət kəşf ediblər. Ənənəvi olaraq həyat və ölüm bir-birinə zidd anlayışlar kimi qəbul edilsə də, ölü orqanizmlərin hüceyrələrindən yeni çoxhüceyrəli həyat formalarının yaranması bu qavrayışı dəyişə bilər. Cəmiyyətdə ölüm orqanizmin fəaliyyətinin dönməz şəkildə dayandırılması kimi qəbul edilir. Bununla belə, orqan donorluğu kimi təcrübələr göstərir ki, müəyyən orqanlar və hüceyrələr ölümdən sonra…

Daha çox

İnsanlar təzyiqin ölçülməsi zamanı bir sıra səhvlər edirlər. Oxu.Az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə “Johns Hopkins” Tibb Mərkəzindən olan amerikalı tədqiqatçılar izah veriblər. Onların sözlərinə görə, arterial təzyiq ölçülən zaman əlin vəziyyəti nəticələrə əhəmiyyətli dərəcədə təsir edə bilər. Bunu eksperimentlər sübut edib. Məlum oldu ki, dəqiq göstəricilər əldə etmək üçün müəyyən qaydalara riayət etmək lazımdır. Tədqiqatda 18-80 yaş arası 133 könüllü iştirak edib. Təzyiq ölçülməzdən əvvəl iştirakçıların sidik kisələrinin boş olmasına diqqət edilib, onlar iki dəqiqə gəziblər və beş dəqiqə oturublar. Sonra hər birinin təzyiqi 30 saniyə intervalla bir neçə dəfə ölçülüb. Alimlər aşkar ediblər ki, əgər tonometr…

Daha çox

Saqqız çoxdan həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsul haqqında bir çox miflər və yanlış fikirlər mövcuddur. Bəzi insanlar əmindirlər ki, saqqız diş plombları üçün təhlükəlidir və heç bir faydası yoxdur. Bu, həqiqətən belədirmi? Oxu.az-ın lenta.ru-ya istinadən verdiyi məlumata görə, rusiyalı tibb elmləri doktoru Oles Şevçenko bu məsələyə aydınlıq gətirib və saqqız haqqında üç əsas mifi təkzib edib. Onun sözlərinə görə, ən populyar yanlış fikirlərdən biri saqqızın plombların düşməsinə səbəb olması ilə bağlıdır. “Əgər plomb düzgün qoyulubsa, saqqız ona zərər verməyəcək. Əgər dişin bərpası keyfiyyətsiz aparılıbsa, plomb istənilən mexaniki təsirdən – saqqız və ya bərk qida olsun – zədələnə bilər.…

Daha çox