Bir sıra hallarda işçilərin əmək müqaviləsinə xitam vermək, onları işdən uzaqlaşdırmaq qadağan edilib. Liman.az xəbər verir ki, sözügedən mövzu ilə bağlı Modern.az-a hüquqşünas Turan Abdullazadə danışıb: “Əmək Məcəlləsinə əsasən, insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır. Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından imtina etmək və ya əmək müqaviləsinə xitam vermək yolverilməzdir. Əlilliyi olan şəxsin…
Author: Admin
17 oktyabrda İsrail Müdafiə Qüvvələri (IDF) tərəfindən öldürülən Yəhya Sinvarın bioqrafiyası Yəhya Sinvar 29 oktyabr 1962-ci ildə Qəzza sektorunun cənubundakı Xan-Yunis qaçqın düşərgəsində doğulub. Onun valideynləri 1948-ci il Ərəb-İsrail müharibəsindən sonra əl-Məcdəl (hazırda İsrailin Aşkelon şəhəri) şəhərindən düşərgəyə köçürülüblər. O, BMT-nin Yaxın Şərq Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyi tərəfindən təşkil olunan məktəbdə təhsil alıb. Yəhya Sinvar ilk dəfə 1982-ci ildə hələ tələbə olarkən, ikinci dəfə 1985-ci ildə İsrail polisi tərəfindən həbs edilib. Azadlığa buraxıldıqdan sonra 1987-ci ildə birinci fələstin intifadası zamanı HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin rolunu öz üzərinə götürən “Məcd” təşkilatını yaradıb. O, İsraillə əməkdaşlıqda şübhəli bilinən fələstinlilərin…
Liman.az Şəkərli diabet və qan şəkərinin səviyyəsi ilə bağlı digər xəstəliklərdən əziyyət çəkən insanlar müəyyən pəhrizə riayət etməlidirlər. Lent.az yazır ki, insanlar şəkər səviyyələrini idarə etmək qabiliyyətinə malik qidalar haqqında mütləq bilməlidirlər. Bəs, bu qidalar hansılardır? Onları təqdim edirik: Brokoli Brokolini doğramaq və ya çeynəmək şəkəri azaldan xüsusiyyətlərə malik aktiv tərkib hissəsi olan sulforafanı əmələ gətirir. Bu məhsul insulinə həssaslığı artırır, qan şəkərinin səviyyəsini və oksidləşdirici stress markerlərinin səviyyəsini azaldır. Brokoli çiy və ya yüngül buxarda bişirilərək yeyilməlidir. Dəniz məhsulları Balıq və digər dəniz məhsulları zülal, sağlam yağlar, vitaminlər, minerallar və antioksidantlarla zəngindir. Onların hamısı qanda qlükoza səviyyəsini normal vəziyyətə…
Liman.az Yazar Cavid Ağa Bunu bu gün bir Məmlük mənbəsini oxuyanda gördüm. Belçikanın Gent universiteti “Mamluk Prosopography” (https://ihodp.ugent.be/mpp) adlı bir layihə başladıb. Layihə son orta əsr Misir Məmlüklərinin yazdığı tarixi mənbələri bir yerə toplayıb ordakı şəxslərin digər şəxslərlə əlaqələrini araşdırma məqsədi güdür. Şirvan haqqında maraqlı iki mənbə gördüm. Tərcümə edirəm: 1. İbn Tağrıberdi, Nücum, Hicri 869: “Sultan Xəlil ibn İbrahim, Şamaxı məmləkəti və onun ətraf bölgələrinin sahibi, keçən il vəfat etdi. Zənn edirəm ki, Şamaxı şəhərində. Onun ölüm xəbəri uzaq məsafədən ötrü gec gəlib çatdı. Təxminən qırx il hökmranlıq etdikdən sonra öldü. O, status baxımından Şərqin ən hörmətli padşahlarından biri,…
Liman.az Fəlsəfəşünas Emin İmanlı Ağqoyunlu hökmdarı Uzun Həsənin tərcümə etdirdiyi Quranı paylaşıb. “Bəqərə” surəsinin ilk beş ayəsi 1. Ənəllahu ələm.* 2. Şul kitab yoxdur güman onun içində; yol göstərməkdir saqınıcılara. 3. Onlar ki, inanırlar görünməz nəsnəyə, dəxi durururlar namazı, dəxi ondan ki, ruzi verdik onlara, nəfəqə verirlər; 4. dəxi onlar ki, inanırlar ona ki, endirinildi sənin dəpə, dəxi ona ki, endirinildi səndən iləri, dəxi qiyamət gününü onlar gümansız bilirlər — 5. şunlar doğru yol üzərədir Çələbilərindən,** dəxi şunlar qurtulmuşlardır. * Mənəm bilən Allah. ** Rəbb O qeyd edib ki, bəzi klassik tərcümələrdə maraqlı bir ənənə var, belə ki, bəzi surələrin…
Türkiyəli məşhurların bir paylaşımdan qazandıqları məbləğləri təqdim edirik: Kişilər arasında rekord Kıvanç Tatlıtuğ və Burak Özçivitə məxsusdur. Kıvanç Tatlıtuğ: 1 post və 1 hekayə: 2,5 milyon TL Burak Özçivit: 1 post və 1 hekayə: 2,5 milyon TL Barış Arduç: 1 post və 1 hekayə: 2 milyon TL Mert Ramazan Demir: 1 post və 1 hekayə: 2 milyon TL Barış Kılıç: 1 post və 1 hekayə 1.750 min TL Qadınlarda isə siyahıya Hande Erçel və Gökçe Bahadır liderlik edir. Hande Erçel: 1 post və 1 hekayə: 3 milyon TL Gökçe Bahadır: 1 post və 1 hekayə: 3 milyon TL Fahriye Evcen:…
“Arıqlamaq istəyən insanlar çörəyi ehtiyatla istifadə edirlər. Onlara elə gəlir ki, çörək məhsullarında çoxlu kalori var və bu kalori dərhal yağa çevrilir. Ancaq çörəyin miqdarında istifadəsi gözəl bədən quruluşuna zərər vermir”. Liman.az oxu.az-a istinadən bildirir ki, bu barədə rusiyalı diyetoloq Natalya Kruqlova bildirib. Onun sözlərinə görə, çörəyi çəki azaltma dövründə yemək olar. “Bu məhsulu sağlam çəkini saxlayarkən də istifadə etmək olar. Ancaq yaxşı olar ki, insan tam taxıllı çörək seçsin. Bu cür un daha çox bitki zülalları, qida lifləri, vitaminlər və mikroelementlər ehtiva edəcək. Kalori baxımından taxıl çörəyi və rafinə edilmiş undan hazırlanmış çörək arasında böyük fərq yoxdur. Lakin toxluq…
Nəşrə hazırladığımız “Elm tarixi və müsəlman alimlər” kitabından bir hissə. Xatırladım ki, müəllif Cim Xəlili müsəlman deyil, dinsizdir. Lakin bu obyektiv araşdırması heyranedicidir. “Avropa elminin ən müəzzəm təkanlarından birinin daha əvvəlki müsəlman alimlərinin kəşfləri ilə bağlı olduğunun aşkar dəlilini görmək üçün Şimali İtaliyadakı Padua Universitetindəyəm. Astronom dr. Luiza Picotti ilə bir yerdə 18-ci əsrin rəsədxanasına qalxırıq. O mənə yuxarıda elm tarixindəki ən önəmli kitablardan birini göstərməyi söz verib. Bu kitab 1543-cü ildə polyak astronom Nikolay Kopernik tərəfindən yazılan “De Revolutionibus Orbium Celestium” əsəridir. Bu kitabın əhəmiyyəti çox böyükdür. Bu kitabda Kopernik ilk dəfə dünya da daxil olmaqla bütün planetlərin günəş…
Səhər və ya axşam çimmək? Hansı vaxtın sizin üçün daha yaxşı olduğunu düşünürsünüzsə, o zaman mütəxəssislərin verdiyi arqumentləri oxuyun. Cavab şəxsi üstünlüklərlə bağlıdır. Bütün müsbət və mənfi cəhətləri yoxlayın və məlumatlı qərar verin. Həyat tərziniz duş qəbul etdiyiniz vaxtla bağlıdır. Bəzi insanlar axşama üstünlük verir və yatmazdan əvvəl bunu edirlər. Aramızda elə insanlar da var ki, səhər oyandıqdan sonra günün qalan hissəsində özünü təravətli hiss etməyi xoşlayır. Ona görə də səhərlər duş qəbul edirlər. Mütəxəssislər tərəfindən təqdim olunan bu ehtimalların hər biri üçün arqumentlər var. Onların sayəsində şübhələriniz aradan qalxmalıdır. Səhər duş qəbulu: Bəzilərimiz gününü məhsuldar keçirmək üçün erkən oyanan…
Bütün ölüm hadisələrinin 65%-i ürək-damar patologiyasından baş verir. Liman.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib. O bildirib ki, hansı bölgədə hansı patologiyanın çox olmasına nəzər salmalıyıq: “Səhiyyə Nazirliyində bu statistika var. Bölgələr üzrə səhiyyə xəritəsi yoxdur. Amma Səhiyyə Nazirliyində olan məlumatlar əsasında hansı bölgədə hansı xəstəliyin daha çox yayılmasına baxmaq olar”.

