Ermənistanın işğal etdiyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ayrılmaz hissəsi olan Xankəndi şəhərinin adı mətbuatda müxtəlif cür yazılır. Bəzi mənbələr yönlük halda “Xankəndinə”, çıxışlıq halda “Xankəndindən”, digərləri “Xankəndiyə” və “Xankəndidən” kimi göstərirlər. Belə formalar yazı əhlində çaşqınlıq yaradır. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyevanın fikrincə, “Xankəndiyə” yazılışı doğrudur. Professor fikrini belə əsaslandırıb: “İkinci növ təyini söz birləşməsi əsasında əmələ gələn mürəkkəb sözlər sadə söz kimi hallanır. Bu zaman sonu -ı⁴ mənsubiyyət şəkilçisi ilə işlənən mürəkkəb sözlər yönlük halda -ya, -yə şəkilçiləri ilə, sonu -sı⁴ mənsubiyyət şəkilçili sözlər isə -na, -nə şəkilçiləri ilə işlənir. Məsələn: “Xankəndiyə”, “Xankəndidə”, “yeralmasına”,…
Author: Admin
Azərbaycan Animasiya Assosiasiyası sosial media hesabında rəssamı Elçin Hami Axundov olan “Cırtdan-pəhləvan” (1981) filminin səhnə təsvirini (raskadrovka) paylaşıb. Paylaşımda “Azərbaycan animasiyası” kitabına istinadən çex rejissor-animator Karolina Çijkovanın sözlərindən sitat gətirilib. “Rəsmli cizgi filmlərindən yaxşı tanıdığımız çex Krteçek (Köstəbək) obrazı tipik nümunədir. Onun təsviri ilkin kitab illüstrasiyaları ilə asanlıqla müqayisə olunur. Bu illüstrasiyalara illər keçdikcə əlavələr edilir, lakin dəyişməz təsviri yanaşma saxlanılır. Belə ki, Krtek çex cizgi filminin, daha dəqiqi isə bütün çex animasiya filminin ikonasına çevrilir. Lakin bir neçə il öncə, müəllifin, Zdenyek Millerin ölümündən sonra, bu personajın müəllif hüquqlarının bir hissəsi başqa şəxsin əlinə keçir. Çox keçməmiş Krtek 3D…
Bu ilin Ramazan ayı boyunca ilahiyyatçı Hacı Şahin Həsənli “Ramazan sevinci” adlı proqramla Xəzər TV-nin efirində çıxış edəcək. Bu barədə din xadimi öz hesabında məlumat verib. Proqram aprelin 2-dən etibarən hər gün həftəiçi saat 11:25-də, şənbə və bazar isə saat 15:15-də yayımlanacaq. Məlumata görə, ilahiyyatçı mübarək aya aid müxtəlif mövzulara toxunacaq.
Azərbaycan Animasiya Assosiasiyası rəssamı E. H. Axundov. olan “Cırtdan – Pəhləvan” (1981) filminin eskizini sosial media hesabında paylaşıb. Ekran əsərində Cırtdanın başına gələn əhvalatlardan, xeyirlə şərin mübarizəsindən bəhs olunur. Film Azərbaycan xalq nağıllarının motivləri əsasında yaradılıb. Ekran işinin rejissoru Bəhmən Əliyevdir. Applikasiya filmidir. Bu film 2018-ci ildə “Peri Film” MMC şirkəti tərəfindən xüsusi olaraq Animafilm 1-ci Azərbaycan Beynəlxalq Animasiya Festivalı üçün Buta Film kinostudiyası, rejissor İlqar Nəcəf və prodüser Vidadi Rüstəmovun ad texniki dəstəyi ilə azərbaycan dilində səsləndirilib. Prodüser: Rəşid Ağamalıyev Səs rejissoru: Hüseyn Həsənov Səsləndirdilər: Kəmalə Rövşən, Elçin Hami Axundov.

