Author: Admin

PR və Marketinq fərqlənir? Uğurlu PR kampaniyası necə olmalıdır? Süni intellekt PR-çını əvəz edə bilərmi? Kimlər PR menecer ola bilər? Bu və digər sualları cavablandırması üçün “MarketingTalks” işinin peşəkarı olan Afət Yaqubovanı qonaq çağırıb. Afət xanım öz karyera yolunda qazandığı təcrübələrdən danışıb. Aparıcılar onu dinləyərkən yaranan sualları ünvanlayıb. Aldıqları cavablar sizə də faydalı olacaq. https://youtu.be/JfBj3vkPAjc Liman.az

Daha çox

7 yaşı olanda ehtiyatsız davranışı nəticəsində benzin çəni partlayır, dostu dünyasını dəyişir, o isə komaya düşür. 7 gün sonra komadan ayılır. O hadisədən sonra tək görünüşü deyil, həm də həyatı dəyişir. 7 yaşından mübarizə aparır və bu gün 20 illik çətin yol keçib. Müəllim olmaq arzusu olur, amma o hadisədən dolayı ixtisas seçimi də dəyişməli olur. Karyera planlarını reallaşdırmaq üçün əlindən gələni edir. Fərqliliyinin ona arzularını reallaşdırmaqda mane olmadığını düşünür. Söhbət Valyuta.az-ın müsahibi Ülkər Süleymanovadan gedir. Qeyd edək ki, Ülkər hazırda “Bank VTB”də proqramçı olaraq çalışır. – Ülkər xanım, necə bir ailədə böyümüsünüz? – 1996-cı ildə Şəki rayonu Aşağı Göynük kəndində…

Daha çox

Avstraliyadakı təhsili başa vuranda, “Amazon” şirkətindən iş təklifi gəlir, amma “yox” deyir. O zaman üçün karyerasına kiçik şirkətlərlə başlamağın önəmli olduğunu düşünür. Zamanla bir yol keçir və hazırda dünyanın ən böyük şirkətlərindən birində çalışır. Bu gün də əvvəlki fikrindədir və başlanğıcı doğru etdiyini düşünür. Valyuta.az-ın müsahibi “Google” şirkətinin Avstraliyanın ən böyük şəhəri Sidneydə yerləşən ofisində saytın etibarlılığı üzrə mühəndis (site reliability engineer) vəzifəsində çalışan azərbaycanlı Bəxtiyar Fərəyevdir. B.Fərəyev daha öncə Sidneydə “eBay”da və müxtəlif şirkətlərdə, startaplarda çalışıb. Qeyd edək ki, B.Fərəyev telekommunikasiya mühəndisliyi üzrə İstanbul Texniki Universitetində bakalavr, Koç Universitetində magistr təhsili alıb. Avstraliyanın Sidney Universitetində kompüter mühəndisliyi üzrə ikinci…

Daha çox

Nərgiz Hacıyeva ABŞ-nin Miçiqan Universitetinin nüfuzlu və yüksək UM “Weiser” fəxri post-doktoral təqaüdünə layiq görülən ilk və yeganə azərbaycanlı xanım siyasi alimdir. O, artıq həmin universitetdə tələbələrə dərs deməyə başlayıb. Nərgiz Hacıyeva 1993-cü ildə Gəncə şəhərində anadan olub. Ata tərəfi Cavad xan nəslindəndir. O, bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Valyuta.az-ın Nərgiz Hacıyeva ilə müsahibəsini təqdim edirik: – Nərgiz xanım, beynəlxalq münasibətlər üzrə təhsil alanda diplomat olmaq fikriniz var idi? – Bəli, diplomatlıq sahəsinə marağım 6-cı sinifdən başlayıb. O zamanlar tarixi filmlərə olan marağım bu sahəyə olan sevgimi daha da artırdı. Universitetə…

Daha çox

Artıq bir neçə ildir ki, Bakıda yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək yeniləri ilə əvəz olunması prosesi aparılır. Yaşadığı bina plana düşən bəzi vətəndaşlar onlara verilən ödənişlə razılaşsalar da, bəziləri bununla qane olmurlar. Nəticə etibarilə həmin mənzildən çıxmayan sakinə görə, binanın plana düşməsinə baxmayaraq, söküntü işlərinə başlanılmır. Maraqlıdır, bəs görəsən, yaşadığı binanın sökülməsi üçün verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzilindən çıxarıla bilərmi? Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran hüquqşünas Pərviz Hacıyev bildirib ki, bu məsələdə tərəflər arasında razılıq əldə olunmalıdır: “Konstitusiyanın 13-cü maddəsinə…

Daha çox

“Arsenal”, “Real Madrid”, “Fənərbağça” kimi klublarda oynamış dünyaca məşhur futbolçu Mesut Özil “Qarabağ” tərəfindən Azərbaycana dəvət olunub. Liman.az xəbər verir ki, dünya çempionu oktyabrın 11-də “Qarabağ”ın qonağı olacaq. Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq. Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder”, “Real”, “Arsenal”, “Fənərbağça” və “Başakşəhər”də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub.

Daha çox

“Məndən soruşurlar ki, Azərbaycan qadını haqda nə deyə bilərsiniz? Həmişə deyirəm ki, ən dəyərsiz, özünə hörmət qoymayan, yer üzündəki canlılardan ən aşağı hesab olunan bir varlıqdır. Bəzilərinin aşağı varlıq kimi qəbul olunmamasının səbəbi atasının imkanlı olmasıdır”. Bu sözləri “Yeni Sabah”a tanınmış psixoloq Samirə Bağırova cəmiyyətdə gündən-günə artan qadın qətlləri ilə bağlı danışarkən bildirib və fikirlərinə belə davam edib: “Bir neçə ay öncə hündür mərtəbəli binadan atılan qızın hadisəsinə insanların “özü günahkardır, yəqin nə isə zibili olub” kimi şərhlər bildirməsi və bir il ərzində baş verən qadın qətllərinin sayı onu göstərir ki, ölkəmizdə hələ islamdan öncə qızları diri-diri tonqala atma rutinləri…

Daha çox

Ötən gün Bakıda keçirilən Təhsilin İnkişafı Forumu daha çox elm və təhsil naziri Emin Əmrullayevin verdiyi açıqlamalarla yadda qaldı. Nazir əvvəlcə diqqəti Azərbaycanın ali məktəblərindəki tədris prosesinə yönəltdi: “Universitetlərdə lazımsız dərslər keçirilir”. Elm və təhsil nazirinin digər açıqlaması isə daha səs-küylü idi. Emin Əmrullayev ilk dəfə mötəbər kürsüdən Azərbaycanda saxta alimlərin olduğunu dilə gətirdi. Nazir açıq şəkildə bəyan etdi ki, fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülən adamların heç də hamısı əsl alim deyil: “Alimin elmi nəticələri olmalıdır”. Yenisabah.az bildirir ki, son illər Azərbaycanda alim olmaq sanki dəbə çevrilib. Hər il yüzlərlə insan fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülür. Amma onların…

Daha çox

Honkonqda streptokokk inferksiyası epidemiyası təhlükəsi artır. “Medicina” xəbər verir ki, infeksiya mənbəyi çirkli höfzələrdən tutulan balıq və balıq məhsulları ola bilər. İmmunoloq, professor Nikolay Kryuçkov bildirib ki, B qrup streptokokk infeksiyasına 90 nəfər yoluxub. Artıq 4 xəstə həyatını itirib. B qrup streptokokk əvvəllər də alovlanmışdı. 2015-ci ildə Sinqapurda da aktivləşmişdi. Vəziyyəti ələ almaq mümkün oldu. ölkədə çay balıqlarının çiy qəbul edilməsi, bəzi qidalar qadağan olundu. Bu infeksiya Asiya ölkələri üçün xarakterikdir. “İnsan hətta balığı bölərkən, təmizləyərkən də yoluxa bilər. Əgər dəridə cızıq, yara varsa, streptokokk ordan keçə bilər. Əgər vaxtında müalicəyə başlanılsa, sağalmaq mümkündür. Dərmanı xüsusi antibiotiklərdir. Balığı kəsərkən mütləq…

Daha çox

Azərbaycan xalqının çay ənənəsi milli mədəniyyətin vacib səciyyəsidir. Keçən il bu mövzuda elmi tədqiqat, monoqrafiya çapdan çıxıb: “Azərbaycanda çay mədəniyyəti”. Müəllifi tarix elmləri doktoru İlhamə Gülbala qızı Məmmədovadır. Bu mövzu davamlı diqqətdə olmalıdır. Nə üçün bəzi xalqlarda şərab, araq, qəhvə, pivə ünsiyyət vasitəsi sayılır, bizdə bu missiya çaya həvalə olunub? Şübhəsiz ki, bu seçim xalqın mental fitrəti ilə bağlıdır. Azərbaycanlılar ünsiyyəti qarşılıqlı hörmət və izzət, yüksək amallar əsasında qurmağa üstünlük verir. Alkoqol “dostluğu” isə mənəvi meyarları laxladır, lüzumsuz ifadələr (bəzən hətta söyüş) dilə gətirir… Ümumiyyətlə, üç-dörd nəfər ünsiyyət üçün masa arxasına əyləşəndə simvolik bir izhara, “göstərgəyə” ehtiyac duyulur. Məsələn, diplomatlar…

Daha çox