Author: Admin

Danimarkaya təhsil üçün getdiyində Avropa təhsilli biri kimi Azərbaycana qayıdıb yaxşı bir işə başlamaq planı olur. Lakin universitetin son ilində təcrübə üçün işlədiyi şirkət ona qalmağı təklif edərkən, bu şansı dəyərləndirir. Deyir ki, bir il işləyim, sonra baxarıq. Bir il işləyir, daha yüksək vəzifə təklif edilir, belə-belə davamı gəlir və 15 ildir Danimarkada yaşayır, karyerasını bu ölkədə davam etdirir. Söhbət Danimarkada qlobal mebel istehsalçısı olan “Tvilum” şirkətində baş satınalma kateqoriya meneceri işləyən azərbaycanlı Elçin İbrahimovdan gedir. E.İbrahimov Bakıda qonaq olduğu günlərdə Valyuta.az-ın suallarını cavablandırıb. – Elçin bəy, müsahibədən öncə söhbət zamanı dediniz ki, mən də şəkiliyəm. Şəkidə böyümüsünüz? – Ata tərəf…

Daha çox

İş həyatına başladıqdan 2 il sonra karyerasında rəhbər vəzifələrə keçid edib. Deyir ki, liderlik xüsusiyyətləri ailədə hamıda var. “İnsanları arxamızca gəlməyə inandıra bilirik” deyə bildirir. Eyni zamanda disiplinlidir. “Əgər söhbət işdirsə, mənim üçün dost-tanışla yadın fərqi yoxdur. Əksinə dost-tanışımsansa, dediyimi hamıdan əvvəl etməlisən” – deyən valyuta.az-ın müsahibi Azərbaycanda fəaliyyət göstərən ən böyük fintek şirkəti olan “United Payment”in icraçı direktoru Edqar Abdullayevdir. Edqar Abdullayev karyerasında keçdiyi yol və bugünkü fəaliyyəti ilə bağlı sualları cavablandırıb. Qeyd edək ki, E.Abdullayev daha öncə “Azercell”, “Paşa Bank”, “Azərconnect” kimi şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. – Edqar bəy, tarix üzrə təhsil almısınız, amma universitetdən sonra telekom sahəsində…

Daha çox

Yeni cərimələr haqqında qısa və ətraflı: – Ətrafa siqaret atmağa görə 50 manatdan 300 manata qaldırıldı. – Məişət tullantılarını kənar yerlərə atılmasına görə 300-5000 manat arası, – Qatar vaqonlarından çölə zibil atmağa görə 500 manat, – Dəmir yoluna əşya atmağa görə cərimə 30 manatdan 200 manata qaldırıldı, – Gəmilərdən zibil atmağa görə cərimə 300 manat, – Avtomobildən çölə zibil atmağa görə 200-4000 manat arası cərimə. Qeyd: qanunlar hələ qüvvəyə minməyib. Yaxın zamanda qüvvəyə minəcək. Artıq Milli Məclisdə I oxunuşda qəbul olunub.

Daha çox

15 ilə yaxın kolxozda sürücü işləyir. Sonra qərar verir ki, bir məkan açıb işlətsin. Əlində istədiyi yeri açmaq üçün pul olmasa da, dost-tanışdan borc götürür və başlamaq üçün bir yer ala bilir. Söhbət 2005-ci ildən gedir, 19 il keçib. Deyir ki, biznesi 15-16 ildəkindən çox son 2-3 ildə – torpaqlarımız işğaldan azad olunandan sonra inkişaf edib. Söhbət Valyuta.az-ın müsahibi Füzulidə yerləşən “Vətən bağı” yolüstü restoranının sahibi Vətən Quliyevdən gedir. – Vətən bəy, siz Füzulidən qaçqın düşənlərdən idiniz? – Mən 1960-cı ildə Füzuli rayonunun Üçüncü Mahmudlu kəndində anadan olmuşam. Füzuli işğal olunanda, bizim kəndimiz də alındı, qaçqın olduq, çox çətinliklər gördük. Füzulidən…

Daha çox

PR və Marketinq fərqlənir? Uğurlu PR kampaniyası necə olmalıdır? Süni intellekt PR-çını əvəz edə bilərmi? Kimlər PR menecer ola bilər? Bu və digər sualları cavablandırması üçün “MarketingTalks” işinin peşəkarı olan Afət Yaqubovanı qonaq çağırıb. Afət xanım öz karyera yolunda qazandığı təcrübələrdən danışıb. Aparıcılar onu dinləyərkən yaranan sualları ünvanlayıb. Aldıqları cavablar sizə də faydalı olacaq. https://youtu.be/JfBj3vkPAjc Liman.az

Daha çox

7 yaşı olanda ehtiyatsız davranışı nəticəsində benzin çəni partlayır, dostu dünyasını dəyişir, o isə komaya düşür. 7 gün sonra komadan ayılır. O hadisədən sonra tək görünüşü deyil, həm də həyatı dəyişir. 7 yaşından mübarizə aparır və bu gün 20 illik çətin yol keçib. Müəllim olmaq arzusu olur, amma o hadisədən dolayı ixtisas seçimi də dəyişməli olur. Karyera planlarını reallaşdırmaq üçün əlindən gələni edir. Fərqliliyinin ona arzularını reallaşdırmaqda mane olmadığını düşünür. Söhbət Valyuta.az-ın müsahibi Ülkər Süleymanovadan gedir. Qeyd edək ki, Ülkər hazırda “Bank VTB”də proqramçı olaraq çalışır. – Ülkər xanım, necə bir ailədə böyümüsünüz? – 1996-cı ildə Şəki rayonu Aşağı Göynük kəndində…

Daha çox

Avstraliyadakı təhsili başa vuranda, “Amazon” şirkətindən iş təklifi gəlir, amma “yox” deyir. O zaman üçün karyerasına kiçik şirkətlərlə başlamağın önəmli olduğunu düşünür. Zamanla bir yol keçir və hazırda dünyanın ən böyük şirkətlərindən birində çalışır. Bu gün də əvvəlki fikrindədir və başlanğıcı doğru etdiyini düşünür. Valyuta.az-ın müsahibi “Google” şirkətinin Avstraliyanın ən böyük şəhəri Sidneydə yerləşən ofisində saytın etibarlılığı üzrə mühəndis (site reliability engineer) vəzifəsində çalışan azərbaycanlı Bəxtiyar Fərəyevdir. B.Fərəyev daha öncə Sidneydə “eBay”da və müxtəlif şirkətlərdə, startaplarda çalışıb. Qeyd edək ki, B.Fərəyev telekommunikasiya mühəndisliyi üzrə İstanbul Texniki Universitetində bakalavr, Koç Universitetində magistr təhsili alıb. Avstraliyanın Sidney Universitetində kompüter mühəndisliyi üzrə ikinci…

Daha çox

Nərgiz Hacıyeva ABŞ-nin Miçiqan Universitetinin nüfuzlu və yüksək UM “Weiser” fəxri post-doktoral təqaüdünə layiq görülən ilk və yeganə azərbaycanlı xanım siyasi alimdir. O, artıq həmin universitetdə tələbələrə dərs deməyə başlayıb. Nərgiz Hacıyeva 1993-cü ildə Gəncə şəhərində anadan olub. Ata tərəfi Cavad xan nəslindəndir. O, bakalavr təhsilini Bakı Dövlət Universitetində alıb, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Valyuta.az-ın Nərgiz Hacıyeva ilə müsahibəsini təqdim edirik: – Nərgiz xanım, beynəlxalq münasibətlər üzrə təhsil alanda diplomat olmaq fikriniz var idi? – Bəli, diplomatlıq sahəsinə marağım 6-cı sinifdən başlayıb. O zamanlar tarixi filmlərə olan marağım bu sahəyə olan sevgimi daha da artırdı. Universitetə…

Daha çox

Artıq bir neçə ildir ki, Bakıda yararsız və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, o cümlədən şəhərin ümumi görünüşünə xələl gətirən yaşayış evlərinin sökülərək yeniləri ilə əvəz olunması prosesi aparılır. Yaşadığı bina plana düşən bəzi vətəndaşlar onlara verilən ödənişlə razılaşsalar da, bəziləri bununla qane olmurlar. Nəticə etibarilə həmin mənzildən çıxmayan sakinə görə, binanın plana düşməsinə baxmayaraq, söküntü işlərinə başlanılmır. Maraqlıdır, bəs görəsən, yaşadığı binanın sökülməsi üçün verilən ödənişlə razılaşmayan sakin məhkəmə qərarı ilə mənzilindən çıxarıla bilərmi? Mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandıran hüquqşünas Pərviz Hacıyev bildirib ki, bu məsələdə tərəflər arasında razılıq əldə olunmalıdır: “Konstitusiyanın 13-cü maddəsinə…

Daha çox

“Arsenal”, “Real Madrid”, “Fənərbağça” kimi klublarda oynamış dünyaca məşhur futbolçu Mesut Özil “Qarabağ” tərəfindən Azərbaycana dəvət olunub. Liman.az xəbər verir ki, dünya çempionu oktyabrın 11-də “Qarabağ”ın qonağı olacaq. Özil komandanın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək. Tədbir saat 16:30-da başlayacaq. Qeyd edək ki, karyerası ərzində “Şalke”, “Verder”, “Real”, “Arsenal”, “Fənərbağça” və “Başakşəhər”də oynamış 36 yaşlı futbol veteranı Almaniya millisi ilə 2014-cü ildə dünya çempionu olub.

Daha çox