Author: Admin

Alimlər dağların təkcə litosfer plitələrinin toqquşmasından sonra yarana bilməyəcəyini “gördülər”. Alimlər planetdə kifayət qədər qəribə bir proses aşkar ediblər ki, bu proses zamanı yer qabığı ortada, böyüyən dağ silsilələrinin altında yerləşən təbəqəyə “damlaya” bilər. “Litosfer damcısı” And dağlarının altında, Mərkəzi Asiyada, Kanadanın qərb sahillərində, həmçinin ABŞ-da, Sakit okeanın şimal-qərbində baş verir. Bundan əlavə, geoloqlar Türkiyənin Anadolu yaylasında da oxşar prosesin baş verdiyini aşkar ediblər. Liman.az Qaynarinfo-ya istinadən xəbər verir ki, əldə edilən məlumatların Venera və ya Mars kimi planetlərdə dağların və hövzələrin necə qurulduğuna aydınlıq gətirə bilər, burada Yerdəki kimi relyef formaları yaratmaq üçün bir-birinə çırpılan heç bir hərəkətli tektonik…

Daha çox

İllinoys ştatının Şimal-Qərb Universitetinin amerikalı alimləri duş başlıqları və diş fırçalarında elmə məlum olmayan son dərəcə müxtəlif viruslar aşkar ediblər. Liman.az sfera.az-a istinadla xəbər verir ki, tədqiqat Frontiers in Microbiomes (FIMB) elmi jurnalında dərc olunub. “Tapdığımız virusların sayı sadəcə dəhşətdir. Haqqında çox az bildiyimiz və əvvəllər heç vaxt görmədiyimiz bir çox viruslar kəşf etdik”, – deyə elmi rəhbər Erica M. Hartmann bildirib. Mütəxəssislərin fikrincə, onlar 600-dən çox müxtəlif virus aşkar ediblər. Alimlər vurğulayıblar ki, tədqiqat zamanı toplanmış mikroorqanizmlər arasında bakteriofaqlar və ya sadəcə olaraq faqlar üstünlük təşkil edir – mikrobların içərisində yoluxan və çoxalan virus növləri. Onlar insan sağlamlığı üçün…

Daha çox

Sərfəli qiymətləri ilə tanınan mobil operator “Nar” Azərbaycanda təhsil, informasiya və kommunikasiya texnologiyaları sahəsində irəli sürülən layihələrə dəstək olmaq məqsədilə “NETTY” mükafatı ilə ənənəvi əməkdaşlığını davam etdirir. Bu gündən etibarən, müsabiqədə qeydiyyat netty.az/az/registration səhifəsi üzərindən açıq elan edilir. Elm, təhsil və innovasiya, səhiyyə, idman və turizm, məlumat və xəbərlər kimi geniş spektri əhatə edən 9 nominasiyada vebsaytlar, tətbiqlər və sosial media layihələri müsabiqədə iştirak üçün təqdim edilə bilər. Qeyd edək ki, hər il “Nar”-ın baş tərəfdaşlığı ilə keçirilən “NETTY” Milli İnternet Mükafatı 20 ilə yaxındır ki, internetin Azərbaycan seqmentində həyata keçirilən müxtəlif layihələri tanıdır və mükafatlandırır. “NETTY” mükafatı ilə tərəfdaşlıq “Nar”ın Korporativ…

Daha çox

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bu gün Maştağa qəsəbəsindəki psixiatriya xəstəxanasında məcburi müalicəyə göndərilərək cəzadan azad edilməsi cəmiyyətdə böyük əks-səda yaratdı. İnsanların bu qərarla bağlı sualları yaranıb. Anlaqsız olmaq nə deməkdir? Bu kimi insanlar sağalırlarmı? Sağalırlarsa, anlaqsız olduqları dövrdə törətdikləri cinayətə yenidən baxılırmı? Bu kimi suallar sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Suallara cavab tapmağa çalışdıq. Hüquqşünas Emil Aslanov Oxu.Az-a açıqlamasında bildirdi ki, müttəhim cinayəti törədən zaman anlaqsız olubsa, sonradan o, məsuliyyətə cəlb oluna bilməz. “Əgər anlaqsız vəziyyətdə olduğu üçün cinayət məsuliyyətindən azad edilibsə, o zaman sonradan sağalsa belə, məsuliyyətə cəlb olunmur. Çünki cinayəti törədən zaman anlaqsız olub. Lakin…

Daha çox

Samuxda vəzifəli şəxsə xəsarət yetirilib. Liman.az “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında Samux şəhərinin ərazisində baş verib. Vətən müharibəsi qazisi, Lək kənd sakini 2000-ci il təvəllüdlü Fərhad Ruhlan oğlu Abdullayev xuliqanlıq zəminində rayon icra başçısının müavini Tahir Qarayevin əlinə çəliklə vurub. O, daha sonra Samux Rayon İcra Hakimiyyətinə məxsus “Haval” markalı 51-AC-001 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq şüşəsini sındırıb. Məsələ ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Hüquq şöbəsinin müdiri Azər Nəsibov sorğumuza cavab olaraq bildirdi ki, hadisə ötən gün saat 11 radələrində Samux şəhər Şəhidlər Kompleksində aparılan təmir zamanı qeydə alınıb: “Fərhad Abdullayev…

Daha çox

Bernard Arnault “Dior”, “Sephora”, “TAG Heuer”, “Givenchy” və bir çox başqa brendlərin sahibi olan “LVMH” lüks qrupunun sədridir. Arnault bir neçə il ərzində bu imperiyanı qurub və bununla da Jeff Bezos və Elon Musk kimi nəhəngləri geridə qoyaraq dünyanın ən zəngin adamı olub. Bernard Arnault olduğu yerə sadəcə dəbdəbəli brendlər almaqla çatmayıb, o, çox çalışıb, yaxşı vərdişlərini inkişaf etdirib, səhvlərindən dərs alıb. Bu, onun həyatda irəliləməsinə, zirvədə qalmasına kömək edən bəzi qaydalar yaratdı. Arnault, yaradıcılığı və səbri inkişaf etdirməyin (problemləri həll etmək və ya ilk problemdə təslim olmamaq üçün zəruri olan) çox vacib olduğunu deyir. Lakin bir müsahibədə hər kəsin…

Daha çox

Nazirlər Kabineti “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edib. Liman.az xəbər verir ki, qərara əsasən, qadın valideynlik hüququndan məhrum edildiyi və ya nikaha xitam verildiyi üçün uşağın (uşaqların) kişinin himayəsinə verildiyi, habelə qadının xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti və qadının ölüm haqqında şəhadətnaməsinin surəti olduqda “Pensiya” altsistemi tərəfindən əmək pensiyasının ödənilməsi avtomatik olaraq dayandırılacaq. Qeyd edək ki, qüvvədə olan qərara əsasən, indiyə qədər bu, ananın ölüm haqqında şəhadətnaməsinin və ya analıq hüququndan məhrum edilməsi barədə məhkəmə qərarının surəti təqdim edildiyi…

Daha çox

“Dünyanın əksər ölkələrində gəzəndə deyirik ki, “Bura necə təmizdir, necə gözəldir, insanlar necə mədənidirlər. Yerə heç nə atmırlar”. Bu elə bilirsiniz ki, birdən-birə belə olub? Yox, hər ölkənin özünəməxsus bir tarixçəsi var. Almaniyanı Hitler güllələyə-güllələyə Almaniya elədi. İndi alman dəqiqliyi deyilən bir anlayış var. Digər ölkələrdə yüksək cərimələr, ictimai qınaqlar var. Bu illərlə davam edib”. Liman.az xəbər verir ki, bunu aparıcı İlkin Həsəni sosial şəbəkədəki paylaşımında deyib. O, tullantıların ətraf mühitə atılmasına görə cərimələrin artırılmasına etiraz edənləri anlaya bilmədiyini qeyd edib: “Bir insan necə zibilin kənara atılmasına görə cərimənin artırılmasına etiraz edə bilər? Bu cərimənin artmasına necə sevinməmək olar? Necə…

Daha çox

“Yaz ayları idi. Polad hərbi formada deyildi, kostyum geyinmişdi. O vaxtadək tanımamışam onu. Bizim uzaq qohumluğumuz olub. Polad da mənim kimi Qəbələnin Vəndam kəndindən olsa da, Sumqayıtda böyümüşdü. Həm də hərbçi idi, kəndə çox az gəlirdi. Ailəsi onu evləndirməyə qərar verəndə məni məsləhət görüblər. Deyiblər ki, belə bir yaxşı ailənin yaxşı qızı var. Valideynlərimə də bildirdilər. İki ailə qərar verdi ki, əvvəlcə bizi görüşdürsünlər”. Liman.az xəbər verir ki, bunu “Azərbaycan” qəzetinə müsahibəsində Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xanımı Ofelya Salmanova həyat yoldaşı ilə bağlı xatirələrini danışarkən deyib. “İndiki kimi telefon, sosial şəbəkə yox idi ki, şəkillərimizi bir-birimizə göstərsinlər. Polad…

Daha çox

İş dünyasından universiteti bitirib gələn tələbələrin işçi olaraq bazara hazır olmadıqları ilə bağlı tez-tez şikayətlər eşidirik. Hətta yüksək qiymətlərlə universiteti bitirənlər belə, iş tapmaqda, yaxud iş tapanlar işin icrasında, bazara ayaq uydurmaqda problemlə üzləşə bilirlər. Bəs bu problemi yaradan səbəb nədir? Valyuta.az bu mövzu ətrafında Bakı Mühəndislik Universiteti Texnoparkının direktoru, İnnovasiya Ekosistemi Oyunçuları Assosiasiyası idarə heyətinin sədri İsa Qasımovla söhbətləşib. – İş dünyasından tez-tez belə narazılıqlar eşidirik ki, universiteti bitirib gələn kadr iş həyatına hazır olmur, işi işdə öyrədirik. Universiteti bitirib gələn kadr iş həyatına nə dərəcədə hazır olmalıdır? – Ali təhsil müəssisəsini bitirən, istehsalat praktikası keçən tələbə ixtisası üzrə…

Daha çox