Author: Admin

“Fənərbağça” futbol klubunun baş məşqçisi Joze Mourinyonun İstanbuldakı həyat tərzi Britaniya mətbuatının gündəminə çevrilib. Liman.az DailyMail-ə istinadən xəbər verir ki, Mourinyo Boğazdakı hoteldə yaşayır. Bu, ən ucuz suitlərin gecəlik qiyməti 1000 funt sterlinqdən başlayan bir hoteldir. “Fənərbağça” rəhbərliyi şəhərin ən yaxşı evlərindən birini kirayə verməyə hazır idi, lakin Mourinyo onun işinin öhdəsindən gəlmək üçün hotel həyatını seçib. Mourinyonun bişirə biləcəyi yeganə şey omletdir. Bəzən hoteldən bir neçə yüz metr aralıda, Beşiktaşın izdihamlı küçələrində sevimli kababxanasına gedir. Hotel işçiləri zarafat edir ki, o, şam yeməyinə həmişə eyni şeyi – toyuq şorbası, ardınca marqarita pizzası, dondurma və qazlı su sifariş edir. Foto…

Daha çox

1. Keçmişlə bağlı peşmanlığı buraxın Bir çoxumuz keçmişdə baş verənlər haqqında düşüncələrə qapılır, edilən səhvlər və əldən verilmiş fürsətlərdən narahat oluruq. Bununla belə, keçmişlə bağlı təəssüflər nəinki reallığı dəyişdirmir, həm də indiki anı yaşamağa mane olur. Unutmamalıyıq ki, keçmişi dəyişdirmək olmaz. Sizin edə biləcəyiniz tək şey keçmiş səhvlərinizdən dərs almaq, gələcəkdə onları təkrarlamamaq üçün daha güclü və müdrik olmaqdır. Düşüncələrinizi daim keçmişə qaytarmaq, irəliləməyə mane olan bir yükü könüllü olaraq sürükləmək deməkdir. Keçmiş ilə vidalaşın və gələcəyiniz üçün nə edə biləcəyinizi fikirləşin. 2. Gələcəklə bağlı narahatlığı dayandırın Sabah nə olacağı barədə narahat olmaq, stresin ən çox yayılmış səbəblərindən biridir. Psixoloqlar…

Daha çox

Ankarada dəniz məhsulları restoranının sahibi olan iki qardaş menyularına ahtapot dönəri daxil ediblər. Onlar əvvəlcə ahtapotları qaynar suda saxlayıb, sonra isə xüsusi kərəyağlı sous ilə hazırlayırlar. Qardaşlar bu təcrübənin uğurlu nəticə verdiyini bildiriblər: “Həmişə araşdırma aparırıq, ‘Başqa nə edə bilərik?’ deyə düşünürük. Əvvəlcə özümüz dadırıq, sonra müştərilərimizə təqdim edirik. Çox müsbət reaksiyalar alırıq. Bu dəfə də ağlımıza “ahtapottan döner” ideyası gəldi”. © Milli.Az

Daha çox

“Azercell Telekom” bəzi tarif paketlərinin qiymətini artırır. Bahalaşma dekabrın 2-dən etibarən tətbiq ediləcək. Belə ki, fakturasız (SimSim) xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş tarif və xidmətlər daxilində dəyişikliklər aşağıdakılardır: – “Bölgə” tarif paketi çərçivəsində bölgələrdə ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək (əvvəl 0,06 AZN). – “Azercellim” tarif paketi çərçivəsində ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,08 AZN xidmət haqqı tətbiq ediləcək (əvvəl 0,06 AZN). -“GəncSim” tarif paketi çərçivəsində ölkədaxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,10 AZN xidmət haqqı tətbiq ediləcək (əvvəl 0,09 AZN). -“Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətlərinə…

Daha çox

Fəxri Ağayev Peşəkar idarəçi Tanıdığım fərqli sahələrdən bütün uğurlu insanlar birləşdirən xüsusiyyətlərdən biri də DİSİPLİNDİR. Sözdə yox – dəmir kimi disiplin. Məqsədlərimizə gedən yolu dənizdə qayıq içində gedən insanın vəziyyətinə bənzədirəm. Bəzən külək məqsədlərimiz istiqamətindədir. Bu halda motivasiyamız yüksək olur və yoldan zövq alırıq. Amma əksər hallarda külək əks istiqamətdə və bizi məqsədlərimizdən uzaqlaşdırır. Bu durumda biz çarəsiz və taqətsiz qalıb baş verənləri izləsək, geriyə gedəcəyik. Bunun üçün də insan kürəkləri əlinə alır və var gücü ilə məqsədlərinə tərəf kürək çəkməyə başlayır. Yorulur, canı ağrıyır, amma o hər gün, durmadan, stabil şəkildə irəli doğru gedir. 10 il sonrakı həyatımızın keyfiyyəti,…

Daha çox

Şiriniyyat həvəskarları qida rasionlarına daha bir sevimli qida əlavə etmək üçün səbəb var. Bu, tünd şokoladdır. “Health” jurnalı tünd şokoladın insan orqanizmi üçün faydalarına dair araşdırma nəticələrini dərc edib. Birincisi, bu məhsulun əsas sirri flavonoidlərdir – bədəni sərbəst radikalların dağıdıcı təsirindən qoruyan güclü antioksidantlardan ibarətdir. Bu birləşmələr oksidləşdirici stresə aktiv şəkildə müqavimət göstərir, xərçəng və ürək xəstəlikləri ehtimalını azaldır. İkincisi, alimlər tünd şokoladın ürək və qan damarlarının fəaliyyətinə təsirinə xüsusi diqqət yetiriblər. Bu məhsulun müntəzəm istifadəsi koronar arteriyalarda aterosklerotik çöküntüləri azaltmağa kömək edir və bununla da işemiya, infarkt və insult riskini azaldır. Bundan əlavə, şokolad xolesterol səviyyəsini normallaşdırmağa kömək edir…

Daha çox

Miqren şiddətli baş ağrılarına səbəb olan xroniki nevroloji xəstəlikdir. Bu ağrılar adətən bir tərəfdən lokallaşdırılır və çırpınma, sancma və ya yanma hissi ilə müşayiət olunur. Bu xəstəlikdə baş ağrıları ürəkbulanma, qusma, işığa və səsə həssaslıq kimi digər simptomlarla da baş verə bilər. Miqren növləri: Auralı və aurasız miqren Bu xəstəlik iki əsas növə bölünür: Auralı Miqren və Aurasız Miqren. Bu tip xəstəliklər baş ağrısının xüsusiyyətlərinə və onu müşayiət edən simptomlara görə təsnif edilir. Aura ilə miqren, adətən “aura” adlanan müəyyən simptomlarla müşayiət olunan bir baş ağrısı növüdür. Ən çox görülən aura simptomları görmə pozğunluğu, işığın yanıb-sönməsi, ziqzaq xətləri və ya…

Daha çox

“Dəyərli dostlar, qürur hissi ilə sizə Xocalı qurbanlarına həsr olunmuş “Kölgəsiz Adamlar” animasiya filmimizin tizerini təqdim edirəm. Ümid edirəm ki, yarımçıq qalmış bu layihə tezliklə tamamlanacaq. Soyqırıma məruz qalmış millətimin səsi ola biləcək bu layihə üçün əlimizdən gələni etmişik, lakin bundan artığına gücümüz çatmır”. Liman.az xəbər verir ki, bu sözləri tanınmış rejissor Elçin Ağazadə sosial media platformasında yazıb. “Filmimiz bu yaxınlarda türk ölkələri üçün animasiya filmləri tədbirində nümayiş üçün seçilib, lakin təəssüf ki, maddi imkanlar üzündən bu fürsətdən yararlana bilmədi… Hazırda layihəni tamamlayıb işıq üzü görməsi üçün sponsorlar və ya qrant dəstəyi axtarırıq. Ümid edirəm ki, illərdir göz nurunu bu…

Daha çox

“Alkoqolizmin ilk əlamətləri ölçü hissinin itməsidir”. Medicina.az yazır ki, bu barədə Lenta.ru-ya rusiyalı psixiatr-narkoloq, narkoloji müalicə və psixiatriya klinikasının rəhbəri Ruslan İsayev məlumat verib. “Birinci mərhələdə nə xəstənin özü, nə də yaxınları, bir qayda olaraq, problemi görmürlər. Bu mərhələdəki insan sosial cəhətdən aktiv olur, işə gedir və ya təhsil alır, səhərlər baş ağrıları hiss etmir. Lakin tədricən insan ölçü hissini itirir və daha çox spirtli içki qəbul etməyə başlayır. Bu, alkoqol asılılığının ilk mərhələsinin başlanğıcını göstərir”, – həkim bildirib. Psixiatr alkoqolun dozasının tədricən artırılması, insanın içmək üçün yeni səbəb gözləyərək yaşaması, həmçinin alkoqoldan istifadə etmədikdə narahatlıq və aqressiyanın yaranması kimi…

Daha çox

Azərbaycanda “Coca-Cola” şirkətində 8 il işlədikdən sonra düşünür ki, fərqli bacarıqlara ehtiyacı var. Bunun üçün isə komfort zonanı tərk etmək lazım idi. 28 yaşın komfort zona üçün tez olduğu qənaətinə gəlir və istiqamətini də dəyişir, ölkəni də. Söhbət “Amazon”un Avropanın 10 ölkəsi üzrə marketinq rəhbəri Nərmin Fərzəliyevadan gedir. Valyuta.az Nərmin Fərzəliyeva ilə karyera yolu ilə bağlı söhbətləşib. N.Fərzəliyeva 2009-2013-cü illərdə Azərbaycan Universitetində biznesin idarə olunması üzrə bakalavr təhsili alıb. – Nərmin xanım, biznesin idarə edilməsi üzrə təhsil almısınız. Bu ixtisas seçimi necə edilmişdi? – Bakıda, adət-ənənələrinə bağlı, təhsilə önəm verən sadə Azərbaycan ailəsinin kiçik övladı olaraq anadan olmuşam. Azərbaycanda qızlara qarşı…

Daha çox