Author: Admin

“Atıq toylarımızda gözəl geyinənlər yox, gözəl soyunanlar çox pul qazana bilir”. Bunu şairə Nazilə Səfərli deyib. O bildirib ki, toy sahibləri soyunmayan “ulduz”u ailəsinin şənliyinə buraxmır: “Toy sahibləri öz istəyi ilə dəvət etdiyi “ulduz”un geyimindən xəbardardır. Odur ki, soyunanlara pis baxmayın. “Gözəl soyunmaq” toy üçün nəzərdə tutulan uniformadır, yaraşan da soyunur, yaraşmayan da. Elə deyilsə, onda niyə toya hamı açıq-saçıq geyimdə gedir?” © Qaynarinfo

Daha çox

Rəqsanə Məmmədova Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Yeni yaranan kiçik bizneslərin reklam büdcələrinin məhdud olması geniş yayılmış problemlərdən biridir. Lakin müasir texnologiyalar, metodologiyalar və rəqəmsal platformalar kiçik biznes sahiblərinə öz işlərini tanıtmaq üçün unikal və büdcəsiz imkanlar təklif edir. 1. Reels videoları Kiçik biznes sahibləri “Instagram” və “TikTok” üçün 9:16 formatında videolar çəkib sosial şəbəkələrdə yerləşdirə bilərlər. Bu formatda çəkilən qısa videolar alqoritmlər tərəfindən daha çox göstərilir və böyük kütləyə ödənişsiz çatmaq mümkündür. Burada əsas məqam, videoların maraqlı və müntəzəm olmasıdır ki, izləyicilərin diqqətini çəksin və onların daim izlədiyi səhifəyə çevrilsin. 2. “Google My Business”dən qeydiyyatdan keçmək “Google…

Daha çox

Azərbaycan Yazıçılar Birliyində yazıçı-publisist Vəsimə İsmayılqızının Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunan “Zəfər kitabı” seriyasından çapdan çıxmış “Zəfər Kitabı. Şuşa”, “Zəfər Kitabı. Goranboy” və “Zəfər Kitabı. Beyləqan” nəşrlərinin təqdimatı olub. Liman.az xəbər verir ki, hər üç nəşrin məsləhətçisi Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov çıxışında bu kitabların Vətən müharibəsindən bəhs etdiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Zəfərin əbədiləşdirilməsində əhəmiyyətindən söz açıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm Qələbə nəticəsində torpaqlarımız işğaldan azad olunub, ərazi bütövlüyümüz bərpa edilib və Azərbaycan yeni tarix yazıb. Kitabların redaktorları Əməkdar müəllim İsgəndər Səklikov və AMEA-nın Abbasqulu ağa Bakıxanov…

Daha çox

Liman.az Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-Yorkda anadan olmuş amerikalı biznesmen, televiziya xadimi və siyasətçidir. O, 2017-2021-ci illər arasında ABŞ-ın 45-ci prezidenti olub. Tramp daşınmaz əmlak sektorunda uğurlu layihələrə imza atan və ailəsinin tikinti şirkətini genişləndirərək özünə imperiya quran işadamı kimi tanınır. Donald Tramp Fred Tramp və Meri Enn MakLeod Trampın beş övladından biridir. Onun atası uğurlu daşınmaz əmlak sahibkarı olub və Trampın karyerasında mühüm rol oynayıb. Gənc yaşlarında nizam-intizam problemlərinə görə hərbi məktəbə göndərilən Tramp orada daha nizamlı bir həyat sürməyə başlayıb. Pensilvaniyadakı Uorton məktəbində iqtisadiyyat üzrə təhsil alıb və 1968-ci ildə oranı bitirib. Tramp iş dünyasına atasının…

Daha çox

Kulis.az Elnur Musayevin tərtib etdiyi “Azərbaycan yazıçılarının repressiya illərinə dair xatirələri”ndən bir hissəni təqdim edib. Süleyman Rüstəm deyərdi ki, Moskvada oxuyurdum. Bir gün evimizdən teleqram aldım: “Təcili Bakıya gəl, atanı tutublar!” Bərk dilxor oldum: “Bu kişi elə şərəşur adam deyil, görəsən, onu yenə kim tora salıb?! Yox, burda ciddi bir iş var!” Tez Bakıya gəldim. Evimizdə hamı kədərli idi. Bacılarım ağlayırdılar. Anam dedi ki, düşmənlər atanı gepoya (xalq arasında o zaman daxili işlər orqanına belə deyirdilər) şeytanlayıblar. – Niyə şeytanlayıblar?! – Deyiblər ki, atanın bir küpə qızılı var, qızılı versin, buraxaq. Mən Mircəfər Bağırovun qəbuluna getdim. Bağırov məni qəbul elədi. Atamın tutulmasından…

Daha çox

Mərhum aktyor Fərman Abdullayevin – əfsanəvi Fərman Şəkilinin həyat və yaradıcılığı haqqında Aliyənin yazısını təqdim edirik. Fərman Abdullayev Şəkidə doğulub. Şəkili olduğundan ona “Fərman Şəkili” deyiblər. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb, uzun müddət Şəki Dövlət Teatrında çalışıb. Tamaşaçılar onu ABA televiziyasında yayımlanan uşaq verlişindəki Şurum-Burum obrazı ilə tanıyıb və seviblər. Klounada sənətini ilk dəfə o, Azərbaycana gətirmişdi. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib, hərbi salam verirdilər. Azərbaycan pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvələrində oynanılan “Dahi” adlı pantomim pyesin müəllifi olub. Fərman Şəkili təyinatla Şəki teatrına…

Daha çox

Liman.az Kreditlə alış-veriş müasir dövrdə hər keçən gün daha da aktuallaşır. Bu gün istənilən sahədə alış-verişdə kredit sistemi tətbiq edilir. Lakin maliyyə idarəetməsi ilə bağlı ən çox səhvlər də məhz kreditlə alış-veriş zamanı olur. Necə yanaşmalıyıq, nələri kreditlə almalıyıq, nələri yox? Maliyyəçi, biznes konsultant Vüsal Səlimov Valyuta.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, kreditlə nəyisə almaq əslində daha baha almaq anlamına gəlir: “Çünki kreditlə alındıqda, həm faiz ödənişləri, həm də əlavə xərclər yarana bilir. Hətta bəzən şəxs alacağı məhsula əsl qiymətindən daha çox pul ödəyir. Əgər alacağı məhsul vacib deyilsə, onu gec də olsa maksimum nağd almağa çalışmalıdırlar. Amma tendensiya odur ki,…

Daha çox

Liman.az Ağız qoxusu niyə olur? Dişlərdəki yemək qalıntıları: yeməkdən sonra dişlərdə və ağız boşluğunda yemək qalıntıları qala bilər. Yeməkdən sonra ağız düzgün təmizlənmədikdə mikroorqanizmlər inkişaf edərək ağız qoxusu yaradır. Diş xəstəlikləri: diqqət edilməyən ağız gigiyenası dişlərin çürüməsinə, mikroorqanizmlərin ərp yaratmasına, diş ətrafında iltihablanmaya və infeksiyalara, beləliklə ağız qoxusuna səbəb olur. Boğaz və badamcıq infeksiyaları: bakteriya səbəbilə yaranan  boğaz və badamcıq infeksiyası ağız qoxusuna səbəb olur. Uzun müddət ac qalmaq: bədən uzun müddət ac qalanda keton adlı elementləri qana çatdırır. Bu proses zamanı ketonlar pis qoxulu kimyəvi maddələrə çevrilərək nəfəs yolu ilə bədəndən xaricə atılır. Bu səbəblə uzun müddət ac qalmaq…

Daha çox

ABŞ-də süpürgəçi qadının adı məktəbə verilib. Bu, Missuri ştatında baş verib. Belə ki, 30 ildir həmin məktəbdə çalışan Kloden Uilsonun adı təhsil müəssisəsinə verilib. Bu, 64 yaşında təqaüdə yollanan qadın üçün böyük sürpriz olub. Məktəb heyəti, eləcə də şagirdlər tərəfindən çox sevilən Kloden Uilson burada çalışdığı müddət ərzində, eyni zamanda, məktəbin avtobus sürücüsü, həyətyanı sahəsini biçən, santexnik kimi də fəaliyyətləri olub. Kloden FOX TV-yə açıqlamasında bildirib ki, “onlara bir az pul saxlamaq üçün nə edə bildimsə, etdim. Biz o qədər də böyük məktəb deyilik. Biz bir komandayıq. Bütün bunlar uşaqlar üçündür”. Svedeborq Məktəb Şurasının administratorunun köməkçisi Mark Sasfi deyib ki,…

Daha çox