Author: Admin

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov: Onkoloji xəstəliklə bağlı təklif Növbəti ildən etibarən xəstələr ambulator müalicə, yəni evdə müalicə alarkən lazım olan dərman vasitələri ilə təmin ediləcək. Hansı ki, indiyədək ambulator şəraitdə müalicə alan xəstələr belə bir imkandan istifadə edə bilmirdilər. İnsanlar bütün tibbi müayinələrdən pulsuz keçsə də, son həddə dəqiq diaqnozun qoyulmasında vacib müayinə üsulu sayılan, xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyasının (PET) müayinə üsulu icbari tibbi sığorta təminatına alınmayıb. Bu müayinə üsulunun maliyyə tutumu 1200-1500 manat arasındadır. İstərdim ki, bu müayinə üsulunun gələcəkdə icbari tibbi sığorta hesabına qarşılanması təmin edilsin. İlkin müalicə üçün onkoloji…

Daha çox

Uğurlu biznes qurmaq istəyən sahibkarlar üçün şəxsi brendin formalaşdırılması artıq lüks deyil, zərurətə çevrilib. Biznes sahibinin şəxsi brendi onun işgüzar nüfuzunun və imicinin formalaşdırılması prosesidir. Amma şəxsi brendin necə yaradılmalı olduğunu bilmək hər kəs üçün aydın olmaya bilər. Yəni biznesin sahibi öz brendinin üzərində necə işləməlidir ki, özü də bir brend kimi formalaşsın? Valyuta.az-a danışan PR meneceri Aida Ramiz bildirib ki, şəxsi brendinq təkcə bir söz birləşməsi deyil, biznes mühitində peşəkarlar üçün strateji əhəmiyyət daşıyan vacib alətdir: “Dünya, nəyi danışdığımıza deyil, nəyi həyata keçirdiyimizə diqqət yetirir. Elə bir dövrdə yaşayırıq ki, hər saniyə bizim üçün dəyərlidir, çünki rəqiblərimiz hər keçən…

Daha çox

Xaricdə işləmək təcrübəsi artıq əvvəlki kimi çətin deyil. Beynəlxalq şirkətlər müxtəlif ölkələrdən işə götürə və qısamüddətli təcrübə və ya layihə əsaslı iş formatlarını inkişaf etdirə bilərlər. Xarici dildən daha peşəkar şəkildə istifadə etmək, fərqli iş mədəniyyətlərini yaşamaq və beynəlxalq arenada karyera qurmaq üçün xaricdəki imkanları izləmək lazımdır. Xaricdə işləməyin karyeranıza təsirləri bunlardır: Bir az aşağıda – Hansı ölkə sizin üçün uyğundur? Universal bacarıqların inkişafı Xaricdə işləmək insana problemlərə daha universal prizmadan baxmağa imkan verir. Eyni problemə fərqli həll yollarının hazırlana biləcəyini görən ünsiyyət bacarıqları və xarici dillərdən istifadə xaricdə təcrübə zamanı formalaşan mühüm xüsusiyyətlərdir. Görünür, xaricdə təcrübəsi olan işçilər fərqli…

Daha çox

Azərbaycan vətəndaşları qeyd olunan linklərin üzərinə sıxmaqla şəxsiyyət vəsiqəsinin nömrəsini və tələb olunan digər məlumatları daxil etməklə ölkədən çıxışına məhdudiyyətin tətbiq olunub-olunmadığını öyrənə bilərlər: Ədliyyə Nazirliyi Daxili işlər Nazirliyi Vergilər Xidməti

Daha çox

Jake Paul vs. Mayk Tayson – Mayk Tayson və Cek Pol Hələ aylar öncə boks üzrə keçmiş mütləq dünya çempionu amerikalı Mayk Tayson ilə həmyerlisi bloger və boksçu Cek Polun rinqə çıxacağı barədə anons verilirdi. Bu döyüş barədə məlumat bütün dünyada marağa səbəb oldu. Döyüşün yay aylarında keçirilməsi nəzərdə tutulsa da, Mayk Taysonun səhhətində yaranan problem qarşılaşmanın təxirə salınmasına səbəb olmuşdu. “Qan qusdum” “Bir gün özümü pis hiss etdim və hamama getdim. Bunun necə baş verdiyini xatırlamıram, amma qan qusdum. Hamamın döşəməsinə düşdüm və qalxa bilmədim. Məndə mədə xorası var idi. Həkimlərlə söhbətimi xatırlayıram. Onlardan soruşdum: “Mən öləcəyəm?” Mənə dedilər…

Daha çox

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yaxşı niyyət səfiri olan məşhur ingilis aktyor Teo Ceyms Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) olub. Teo Ceyms  –  Theo James Doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis –  Theodore Peter James Kinnaird Taptiklis – ingilis kino və televiziya aktyoru. Xatırlatma O, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) “İqlim fəaliyyəti üçün qaçqınlar” şəbəkəsinin təqdimat mərasimində iştirak edib. Bu təşəbbüs məcburi köçkün icmalarının qlobal iqlim müzakirələrində səslərinin daha güclü eşidilməsi üçün nəzərdə tutulub. Teo Ceyms çıxışında iqlim dəyişikliyinin təsirinə məruz qalan qaçqınlara daha böyük dəstək göstərilməsini və…

Daha çox

“ABŞ dərin dövləti uzun müddətdir ki, iki strateji plan həyata keçirməyə çalışır. Bunlardan biri Rusiyanı parçalamaq və Çin rejimini devirməkdir. Digər plan isə Yaxın Şərqdə sərhədlərin yenidən cızılmasına nail olmaqdır”. Bunu siyasi təhlilçi Hakkı Öcal “Milliyet” qəzetindəki yazısında qeyd edib. Onun fikrincə, ABŞ bu strategiyanı İsrail lobbisinin dəstəyi ilə həyata keçirir. “ABŞ dərin dövlətinin 11 sentyabr 2001-ci il hücumlarından fürsət kimi istifadə edərək həyata keçirdiyi iki plan var: Birincisi, Rusiya Federasiyasını parçalayaraq Çindəki rejimi bitirmək və Yaxın Şərqdəki natamam xəritəni yenidən cızmaq. Belə rəsmi ifadələri bir kənara qoyub sadələşdirsək, bu iki planı Moskva-Pekin yolunun açılması və “Terroristan”ın qurulması kimi ümumiləşdirə…

Daha çox

2025-ci ildə hansı məhsulların ucuzlaşa biləcəyinə dair proqnozlar müxtəlif iqtisadi amillərə əsaslanır. Əsas təsir edən faktorlar arasında tədarük zənciri problemlərinin aradan qalxması, inflyasiyanın azalması, texnologiyanın inkişafı və yeni istehsal üsullarının tətbiqi durur. Bir neçə əsas kateqoriyada ucuzlaşma ehtimalı yüksəkdir: Elektronika və texnologiya Texnologiya sahəsində irəliləyişlər və rəqabətin artması səbəbindən elektronika məhsullarında, xüsusilə smartfonlar, kompüterlər, televizorlar və digər məişət texnikasında qiymətlərin azalacağı gözlənilir. Yeni modellərin çıxması ilə köhnə modellərin qiymətləri daha da ucuzlaşa bilər. Çip böhranının 2024-2025-ci illərdə tamamilə həll olunacağı təqdirdə, çiplər və əlaqəli texnoloji məhsulların da qiymətləri enə bilər. Enerji məhsulları və elektrikli avtomobillər Elektrikli avtomobillərin qiymətlərinin azalacağı gözlənilir.…

Daha çox

Noyabrın 12-də axşam saatlarında başlayan səfər ayın 14-də yekunlaşıb. Məşhur braziliyalı futbolçu Ronaldinyo Qauço (Ronaldinho) BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana səfərə gəlib. Onu Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və digər rəsmi şəxslər qarşılayıblar. Bakıda yeniyetmə futbolçularla görüşdü Ronaldinyo Azərbaycan klublarının aşağı yaş qruplarından ibarət komandaları ilə görüşüb. 44 yaşlı əfsanə ilə görüşə “Qarabağ”, “Neftçi”, “Sabah” və “Zirə”nin aşağı yaş futbolçuları qatılıblar. Prezidentin nəvəsi Ronaldinyo ilə Prezident İlham Əliyevin nəvəsi Əli Ağalarov COP29-da braziliyalı məşhur futbolçu Ronaldinyo ilə bir araya gəlib. Əli Ağalarov bu barədə öz instaqram hesabında…

Daha çox

“Əmək və məşğulluq” altsistemi  “Əmək və məşğulluq“ altsistemi (ƏMAS) – Əmək münasibətlərinin tənzimlənməsi və məşğulluğun təmin edilməsi proseslərində işəgötürənlər və işçilərin, işsiz və işaxtaranların vahid elektron platformada cəmləşməsinə, insan resursları ilə işin təşkilinə  və bu sahədə şəffaflığın təmin edilməsinə zəmin yaradan elektron platformadır. ƏMAS işçilərlə işəgötürənlər arasında elektron əmək müqavilələrinin bağlanılmasını, rəqəmsal kadr uçotu sisteminin yaradılmasını, əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqini, işəgötürənlərin zərərli iş yerlərinin attestasiyasını, əməyin hesablanmasını və ödənilməsini təmin edir. Ölkə üzrə məşğulluq platformasını, ölkənin məşğulluq xəritəsini və ölkə üzrə məşğul şəxslərin reyestrini özündə ehtiva edir. Vakansiya bankının idarə olunması, fərdi məşğulluq proqramlarının tərtib edilməsi, məşğulluğun…

Daha çox