Author: Admin

Şuranın rəhbər vəzifələrinə təyinatlar olub Liman.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Bank Ekspertlər Şurasının təsis yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun təqdimatı ilə Bank Ekspertlər Şurasının sədri, sədrin müavinləri və katibi vəzifələrinə təyinatlar təsdiqlənib. Belə ki, “Paşa Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Hikmət Sadıqov Bank Ekspertlər Şurasının sədri, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Ruslan Quliyev və Expressbank” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Samir Nəsibov Şuranın sədrinin müavinləri, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İcra aparatının üzvü Ziya Mustafa isə Şuranın katibi vəzifələrinə təyinat alıblar. Yığıncaqda yeni təyinatlarla yanaşı Bank Ekspertlər Şurasının Əsasnaməsi qəbul olunub, Şuranın fəaliyyət istiqamətləri ilə də…

Daha çox

Son illər “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutan insanların sayı artıb. Bu kimi təşkilatların kredit faizləri və şərtləri zaman-zaman vətəndaşlar tərəfindən etirazla qarşılanırdı. Ödənişlərin qaytarılmasında ciddi problemlər yaranırdı. Artıq məsələ ciddi nəzarət olunacaq və bank olmayan kredit təşkilatlarının fəaliyyəti “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası” əsasında təşkil olunacaq. Bundan sonra “Azpulmat” və “Manato” kimi bank olmayan kredit təşkilatları ən çox 500 manat kredit verə biləcəklər və gündəlik faiz dərəcəsi maksimum 0,3 faiz ola bilər. Yəni 500 manat kredit üçün aylıq 45 manat faiz hesabalana bilər, çox yox. Borcun qaytarılma müddəti də 45…

Daha çox

Türkiyənin “Haber 7” portalı dünyanın ən ucaboy liderləri ilə bağlı araşdırma aparıb. Siyahı belədir: İtaliya Baş naziri Corciya Meloni – 1.58 m Banqladeş Baş naziri Şeyx Hasina – 1.65 m Şimali Koreya lideri Kim Çen In – 1.66 m Pakistan Baş naziri Şahbaz Şərif – 1.68 m Braziliya Prezidenti Lula da Silva – 1.68 m Özbəkistan Prezidenti Şavkat Mirziyoyev – 1.68 m İsveç Baş naziri Ulf Kristersson – 1.70 m Danimarka Baş naziri Mette Frederiksen – 1.70 m Almaniya Kansleri Olaf Şolz – 1.70 m Hindistan Baş naziri Narendra Modi – 1.70 m Rusiya Prezidenti Vladimir Putin – 1.70 m…

Daha çox

“Süni intellekt” söhbət botları, insanların qorxu və əsəb kimi mənfi emosiyalarını yüngülləşdirməkdə təsirli ola bilər. Yeni bir araşdırmaya görə, bu botlar emosional rahatlıq təmin etmək üçün gündəlik yazmağa alternativ ola bilər, lakin tənhalıq hissini azaltmaqda kifayət qədər təsirli deyil.   Sinqapurlu psixologiya tədqiqatçısı Meylan Hu (Meilan Hu), yeni tədqiqatında “süni intellekt” söhbət botlarının insanların emosiyalarını ifadə etmələrinə kömək edib-etməyəcəyini araşdırıb. “PsyPost” nəşrinə verdiyi müsahibədə Hu bildirib: “Süni intellekt söhbət botları artıq insana bənzər cavablar verəcək qədər inkişaf edib. Bu isə məni düşündürdü ki, onlar insanların duyğularını idarə etmələrinə kömək edəcək bir alternativ kimi istifadə edilə bilərmi?” “Applied Psychology: Health and…

Daha çox

Dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib gələn 35 şirkətin rəhbəri Fəqani Rəhimov həbs edilib. İş adamı külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. İbtidai istintaqın son günlərində onun barəsində 2025-ci il yanvarın sonuna kimi həbs qətimkan tədbiri seçilib. Fəqani Rəhimov hələ iki il əvvəl Gədəbəydə tarixi abidənin qarşısında hotel tikdirməsi ilə gündəmə gəlmişdi. Həmin vaxt tikintinin qanunsuz aparılması ilə bağlı iddialar səslənirdi. Onun şirkətləri ətrafında aparılan istintaqla bir neçə vəzifəli şəxsin də qanunsuzluqlarının üstü açılıb. Şirkətlər vasitəsilə dövlət əmlakını mənimsəyən vəzifəli şəxslər müəyyən edilib.  F.Rəhimov qanunsuz işlərinin çoxunu “İnşaat-F” MMC vasitəsilə həyata keçirib. Məsələn,…

Daha çox

Bakıdakı məşhur “Buta Palace” sarayında toyu olmuş bəy-gəlin boşanıb. Boşanma haqda xəbəri vəkil İsrafil Əlili “Facebook” hesabında ictimailəşdirib. O bildirib ki, ər-arvadın birgə yaşayışı cəmi 1 ay sürüb. Vəkil sözügedən boşanma zamanı tərəflərdən birinin vəkili olub. O qeyd edib ki, bəy-gəlinin “Buta Palace”dakı toyunda təkcə zalın bəzədilməsinə 100 min manatdan çox xərc çəkilibmiş: “Toyda iştirak edən müğənnilərə verilmiş pullara Yeni Yasamalda ikiotaqlı təmirli mənzil almaq olardı. Toy maşını üçün 3-4 saatlıq icarə haqqı bir vəkilin 3-4 ay davam edən boşanma üçün aldığı xidmət haqqından daha çox idi. Gəlini məşhur stilist Anar Ağakişiyev bəzəmişdi. Ona da 4 rəqəmli pul vermişdilər. Di…

Daha çox

Heyvan saxlayan yazıçıların qəribə xüsusiyyətlərini təqdim edirik. Antik Roma şairi Vergili milçək saxlayırmış. Hətta milçəyinin cənazəsinə bu günün pulu ilə təxminən bir milyon dollar xərcləyib. Cənazədə orkestr ifa edib, balaca məzar qoyulub. Romantizm cərəyanının ən məşhur simalarından olan fransız şair Cerard de Nerval xərçəng saxlayırmış. Onu tez-tez Paris küçələrinə gəzintiyə çıxararaq: “Xərçənglər əla ev heyvanıdırlar, dənizin sirlərini bilən, hürməyən, sakit və ciddi məxluqlardır”, – deyirmiş. Nerval 1841-ci ildə ağlını itirib. **** Viktoriya dövrünün şairi Elizabet Barrett Brauninqin Fluş adlı qızılı ispan iti varmış. Fluş sonralar Virciniya Vulfun yazdığı “bioqrafiya”nın mövzusu olub. Brauninq itin xatirəsinə “Fluşa” adlı şeir yazıb, hətta xəstələndiyi…

Daha çox

Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe ilə bağlı yeni detallar məlum olub. “Müsavat” yazır ki, Türkiyə mətbuatında M.Q.Ş. kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Qəhrəman Şamil oğlu Məmmədovdur. Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur. Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır. Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb. Məlumata görə, o, əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə…

Daha çox

İtaliyanın “MAIRE” Fondu enerji keçidi ilə bağlı məlumatlılıq səviyyəsini müəyyən etmək üçün Azərbaycanda araşdırma aparıb. Keçirilən sorğularda iki min respondent iştirak edib. Fondun baş direktoru araşdırma ilə bağlı İlaira Katastini AZƏRTAC-ın suallarını cavablandırıb. – Bakıda keçirilən COP29-da hansı məqsədlə iştirak edirsiniz? – Mən keçən il apardığımız araşdırma ilə bağlı COP29 çərçivəsində təqdimat keçirmək üçün Bakıdayam. Enerji keçidi ilə bağlı səriştə və bacarıqların yaradılmasının əhəmiyyəti və təcili olması barədə ölkələrin (onların sayı ümumilikdə on ikidir) məlumatlılıq səviyyəsini öyrənmək məqsədilə Azərbaycanda və Qazaxıstanda olmuşam. Keçən il biz on ölkə ilə bağlı araşdırma aparmağa başladıq. Bunlar İtaliya, Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb…

Daha çox

Tədqiqatçı Rəzzaq Xansuvar ÖlkəAz-a açıqlamasında bildirib ki, şəxslər birbaşa Milli Arxiv İdarəsinə müraciət etsə də, dərindən məlumat ala bilməyəcəklər: “2011-ci ildən biz bir qrup tədqiqatçı ilə birlikdə bu işlə məşğuluq. Hətta bölgələr və soy şəcərələri haqqında kitab da çap etmişik. Yəni soy ağaclarının araşdırılması, DNT analizlər və s. soy-köklə bağlı nə varsa, onu bizim qrup araşdırır. Biz bunu təkcə Azərbaycan arxivindən araşdırmırıq. Əcdadlarınızın miqrasiya xəttinə baxırıq – lazımdırsa, Osmanlı, Rusiya və ya İran arxivlərinə – biz soy şəcərəsini qura bilək. Bu 16-17-ci əsrləri də əhatə edə bilər. Bu baxır sizin əcdadlarınız haqqında orada hər hansı bir informasiya olub-olmamasına. Minimum xanlıqlardan əvvələ…

Daha çox