Əməkdar artist Hicran Mehbalıyeva haqqında maraqlı faktları təqdim edirik. Hicran Paşa qızı Mehbalıyeva 11 mart 1954-cü il tarixində dünyaya gəlib. 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib. *** Akademik Milli Dram Teatrına dəvət olunan Hicran Mehbalıyeva sənətdən gedənə kimi burada çalışıb. O, həmçinin AzTV-nin bir sıra əyləncəli verilişlərində, Yeni il proqramlarında iştirak edub. *** O, “Xoşbəxtlik qayğıları”, “Evləri köndələn yar”, “İşgüzar səfər”, “Qonşu qonşu olsa” televiziya tamaşalarında, “Bədbəxtliyin astanasında” kimi filmlərdə müxtəlif səpgili obrazlar canlandırıb. *** Müğənnilik fəaliyyəti ilə də məşğul olan sənətçi…
Author: Admin
Bizim 9 mayda ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. “Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Moskvada keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışında deyib. Dövlət başçısı, həmçinin bildirib: “Bizim 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verməyə davam edəcək”.
Oktyabrın 8-də Moskvada MDB dövlət və hökumət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub. “Liman.az” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Sanksiya siyasətinin, ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusən də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-1” kanalına Rusiyaya tətbiq edilən sanksiyalarla bağlı suala cavab verərkən bildirib. “Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”, – dövlət başçısı vurğulayıb. İlham Əliyev ABŞ-nin Azərbaycana qarşı sanksiyalar siyasətini tənqid edib. Dövlət başçısı 1992-ci ildə Azərbaycan ərazilərinin Ermənistanın işğalı…
9 oktyabr 2020-ci il. Vətən müharibəsinin 13-cü günündə bir sıra tarixə yazılan hadisələr baş verdi. Yerli kütləvi informasiya vasitələrinin xəbər axışını demək olar müharibə ilə bağlı məlumatlar təşkil edirdi. Elə xarici media orqanları da Vətən Müharibəsindən yazırdı… Musavat.com Vətən müharibəsinin 13-cü gününün xronikasını təqdim edir: Həmin günü Müdafiə Nazirliyi məlumat yaydı ki, gecə ərzində həyata keçirilən hərbi əməliyyatlar zamanı Ordumuzun atəş zərbəsi nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının qərargah binası dağıdılmışdı. Nəticədə binada olan 10-cu dağatıcı diviziyanın qərargah rəisi ağır yaralanmış, alayın artilleriya rəisi, xeyli sayda hərbi qulluqçu məhv edilmişdi. Gün ərzində və gecə ümumilikdə düşmənin 13 ədəd T-72…
Çox tez-tez gündəmə gətirilən, amma hələ də tam şəkildə həll yolunu tapmayan əsas məsələlərdən biri də uşaqpuludur. Sözügedən problemin həlli ilə bağlı hansı yeniliklər gözlənilir? Mövzu ilə bağlı Sonxeber.az-a iqtisadçı ekspert Natiq Cəfərli danışıb. Ekspert açıqlamasında ölkədəki uşaqların sayını nəzərə alaraq bildi ki, o qədər uşaqa vəsaitin ayrılması büdcə üzərində böyük maddi yük yarada bilər: “Ümumi adı el arasında “uşaqpulu” adlanan məsələ artıq uzun illərdir həm müzakirə olunur, həm də ciddi bir gözlənti yaradır. Hökumətin mövqeyi bundan ibarətdir ki, müxtəlif sosial lahiyələr çərçivəsində uşaqlara vəsaitlər yönəldilir. Yəni, imkansız ailələrə yardımlar, sosial müavinətlərin verilməsi, valideyinini itirmiş uşaqların saxlanılması üçün, əngəlli insanlar…
Filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Sevda Ramiz qızı Rzayeva Bakı Avrasiya Universiteti rektorunun əmri ilə BAAU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru vəzifəsinə təyin edilib. Liman.az modern.az-a istinadən xəbər verir ki, S.Rzayeva yeni təyinatadək BAAU-da Tərcümə kafedrasının müdiri vəzifəsində çalışıb. S.Rzayeva 1994-1998-ci illərdə Ali Diplomatiya Kollecinin Beynəlxalq münasibətlər fakültəsində bakalavriat, 1999-2001-ci illərdə Bakı Avrasiya Universitetinin Dilşünaslıq ixtisası üzrə magistr dərəcəsini alıb. 2001-ci ildə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun dissertanturasına qəbul olub. 2007-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı…
Slovakiyanın Baş naziri Robert Fitso ölkədə media fəaliyyətinə nəzarət üzrə milli idarə yaradılmasını təklif edib. “Report” xəbər verir ki, onun sözlərindən “Novinky” xəbər portalı sitat gətirib. “Vətəndaşların yalan məlumatı düzəltmək hüququ olmalıdır, cavab hüququ olmalıdır (haqqında yanlış məlumat verilən vətəndaşın eyni nəşrdə cavab verə bilməsini nəzərdə tutur – red.), çünki heç bir Aİ ölkəsində Slovakiyadakı kimi mediada qarışıqlıq yoxdur”, – Fitso deyib. Onun fikrincə, jurnalistika ilə yalnız bu sahədə sertifikatlı mütəxəssislər məşğul olmalıdır və onlar funksiyalarına vicdansız jurnalistlərin cəzalandırılmasını daxil edəcək bir strukturda birləşməlidir. “Siz tamamilə istədiyinizi edirsiniz və buna görə heç bir məsuliyyət daşımırsınız”, – Fitso jurnalistlərə deyib. Baş…
Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür. 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib. Döyüşlər zamanı Azərbaycan Ordusu oktyabrın əvvəllərində cənub cəbhəsində irəliləyərək düşmənin gözləmədiyi istiqamətə – Hadruta yönəlib. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyatlardan biri olub. Çünki Azərbaycan Ordusu məhz Hadrutun azad olunmasından sonra Şuşaya doğru istiqamət alıb. Ona görə də Şuşanın azad olunmasında Hadrut döyüşlərinin çox böyük rolu olub. Çünki düşmən Azərbaycan hərbçilərini Şuşada başqa istiqamətdən gözləyirdi. Beləliklə, oktyabrın 7-dən etibarən ağır döyüşlər başlayıb və ayın 9-da Azərbaycan…
Avropanın elektromobillər üçün akkumulyatorların istehsalı üzrə lider şirkətləri yaxın gələcəkdə Çinlə rəqabətdə məğlub ola bilərlər. Musavat.com xəbər verir ki, Bloomberg agentliyi bu qənaətə gəlib. Agentlik bildirir ki, İsveçin “Northvolt AB” kimi akkumulyator istehsalçısı şirkətlər bizneslərini inkişaf etdirərkən strateji səhvlərə görə problemlərlə üzləşə bilərlər. Məhsul istehsalının eyni vaxtda artması və maya dəyərinin aşağı salınması şirkətin keyfiyyət itkisinə və əməliyyat uğursuzluğuna səbəb olub. İsveçli akkumulyator istehsalçısının itkiləri 2022-ci ildən 2023-cü ilə qədər üç dəfə artaraq 1,03 milyard dollara çadıb. Nəticədə şirkət bir neçə zavodunu bağlamağa və işçi qüvvəsinin 20 faizini ixtisar məcbur olub. Bu vəziyyət Northvolt AB-ni həssas vəziyyətdə qoyur və 2023-cü…

