Sosial layihələrə xüsusi önəmlə yanaşan “Nar” “Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər üçün dizayner modelyer ixtisası üzrə peşə təlimlərinə start verir. Mobil operatorun dəstəyi ilə həyata keçirilən layihənin məqsədi nitq və eşitmə məhdudiyyətli şəxslərin gələcək karyeralarına və maddi sərbəstliklərinə töhfə verməklə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Layihə çərçivəsində 18-40 yaş arasındakı nitq və eşitmə məhdudiyyətli şəxslərə 3 ay boyunca zəngin təcrübəyə malik dizayner modelyer tərəfindən peşə təlimləri tədris ediləcək. Bu təlimlər iştirakçıların peşə bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların özünə inamlarını da artırmağa kömək edəcək. Təlimi uğurla başa vuranlara Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzi tərəfindən…
Author: Admin
Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür. Liman.az bu münasibətlə şairin ən məşhur şeirini təqdim edir. Bir xeyli zamandır getdi, gəlmədi, Əhdi peymanına qurban olduğum! İstədi can verdim, qədir bilmədi, O şirin canına qurban olduğum! Dedim: ayrılığa yoxdur tavanım, Ayrılıb getməsin sərvi-rəvanım! Bir daha dönməzmi yosma tərlanım, Adma, sanma qurban olduğum! (O təmiz qanına qurban olduğum!) Mən hey göyə baxdım, göy mənə baxdı, Göylərə baxmaqdan gözlərim axdı! Şimşək oldu, ancaq bir dəfə baxdı, Baxdı qurbanına qurban olduğum! Könül vermək istər bir müjdə yenə, Sevgili yurdumun gözəllərinə! Şerimə can verib, göylərdən enə, O haqq divanına qurban olduğum! O mənim şerimin…
2024-cü il Ədəbiyyat üzrə Nobel mükafatının qalibi yazıçı Han Kanq oldu. Bəs Han Kanq kimdir və bu mükafata hansı əsərlərinə görə layiq görülüb? Kulis.az yeni Nobel mükafatçısı, yazıçı Han Kanq haqqında məqalə yazıb. Han Kanq 27 noyabr 1970-ci ildə Cənubi Koreyanın Quanqju şəhərində anadan olub. Atası Han Seunq-von Cənubi Koreyada tanınmış yazıçıdır. Ailəsi 10 yaşında ikən Seula köçüb. Ədəbi mühitdə böyüdüyü üçün kiçik yaşlarından yazı və ədəbiyyata marağı formalaşıb. Han Kanq Yonsei Universitetində Koreya Ədəbiyyatı üzrə təhsil alıb. Bu dövr onun yazı tərzinin formalaşmasında və mədəni mövzulara olan marağında mühüm rol oynayıb. Universitet təhsilindən sonra özünü yazıçılığa həsr edib. Yaradıcılıq…
Qeyd olunur ki, “yadplanetlilər məsələsində” alimlər maksimum ehtiyatlı davranırlar. BBC və NASA tərəfindən maliyyələşdirilən layihələr üçün sənədli filmlər üzərində çalışmış, eyni zamanda aparıcı sənədçi olan və Yer üçün təhlükə yaradan asteroidləri izləyən komandaya rəhbərlik edən Saymon Holland, yadplanetlilərin varlığının yaxın həftələrdə rəsmi olaraq açıqlana biləcəyini söyləyib. Bu barədə Lent.az beynəlxalq “Daily Mail” nəşrində yer alan məqaləyə əsasən yazıb. Hollandın sözlərinə görə, çinli alimlər də analoji kəşf ediblər və yerdən kənar kəşfiyyatın mövcudluğunu ilk elan edənlər ola bilərlər. O, bəşəriyyətin bu barədə məlumatı Mark Zukerberqin dəstəklədiyi “Breakthrough Listen” özəl təşəbbüsü sayəsində əldə etdiyini izah edib. Bu proqramın məqsədi Yerdən kənarda yadplanetli…
Yeni bir işdə ilk gün əksər insanlar üçün həm həyəcan verici, həm də bir qədər narahatlıq doğuran bir təcrübədir. Yeni mühitə girmək, yeni insanlarla tanış olmaq və fərqli iş mədəniyyətinə uyğunlaşmaq hamı üçün asan olmaya bilər. Ancaq bu prosesdə diqqət etməli olduğunuz bir neçə əsas məqamla işdəki ilk gününüzü daha rahat və məhsuldar keçirə bilərsiniz. Hazır olun İlk iş gününə hazır olmaq, narahatlığınızı azaltmağın ən təsirli yollarından biridir. Bir gün əvvəl nə geyinəcəyinizə qərar verin. Geyiminizin iş yerinizin mədəniyyətinə uyğun olduğundan əmin olun. Həmçinin işə necə gedəcəyinizi və gediş-gəlişin nə qədər çəkəcəyini planlaşdırın. Marşrutu yoxlamaq sizi vaxt itkisindən xilas edəcək.…
Tarixçi alim Zaur Əliyev 14-cü əsrə aid xəritədə Azərbaycan adının əks edildiyini təsdiqləyən xəritə yayımlayıb. Liman.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında qeyd edib. Alim bildirib ki, təqdim edilən xəritəni Məhəmməd əl-İdrisi Sisiliya kralı II Rocer üçün hazırlayıb: “Bu xəritə 1619-cu ildə latın dilinə çevrilib, 1928-ci ildə Konrad Miller xəritəni ingilis dilinə tərcümə edib və bu günə qədər Konqresin kitabxanasında saxlanılır. Xəritənin orijinalı isə 1325-ci ildən etibarən Fransada qorunur. Hazırda Fransa Milli Kitabxanasındadır. Xəritədə Cənubi və Şimali Azərbaycan torpaqları açıq göstərilir. Bu xəritə “Azərbaycan adını Stalin yaradıb” deyənlərə növbəti cavabdır”.
Bu ilin 9 ayında “Yelo Bank”ın depozitlərinin həcmi 841 milyon 526 min manat təşkil edib. Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 450 milyon 497 min manat və ya 34,8 % azdır. 2023-cü ilin sonunda bankın depozit portfelinin həcmi 1 milyard 292 milyon 23 min manat təşkil edib. Bu ilin 9 ayında “Yelo Bank”da fiziki şəxslərin depozitlərinin həcmi 637 milyon 497 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 66 milyon 70 min manat və ya 11,5% çoxdur. 2023-cü ilin sonunda bankda fiziki şəxslərin depozitlərin həcmi 571 milyon 427…
Fiziki fəaliyyət təkcə arıqlamağa deyil, həm də əlavə səy və məhdudiyyətlər olmadan formada qalmağa kömək edə bilər. Gündəlik fiziki fəaliyyət ürək-damar sisteminə müsbət təsir edir, immunitet sistemini gücləndirir və əhval-ruhiyyəni yaxşılaşdırır. Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aktiv qalmağın ən asan və ən sərfəli yolu gəzməkdir. Sağlam qalmaq üçün gündə 10 min addım atmaq lazım olduğuna dair ümumi bir inanc var. Bəs arıqlamaq üçün neçə addım lazımdır? Gündəlik gəzinti maddələr mübadiləsini yaxşılaşdırır, yağların yandırılmasını sürətləndirir və çəkiyə nəzarət etməyə kömək edir. Bununla belə, nəzərəçarpacaq çəki itkisinə nail olmaq üçün tək gəzmək kifayət deyil. Nəticələrə nail olmaq üçün kalori çatışmazlığını…
Ölkə xaricində təhsili araşdıranda, universitetlərdən birinin sualı onu düşündürür: Sizin üçün ən dəyərli şey nədir və niyə? Deyir ki, bu suala cavab tapmaq üçün kiçik bir böhran da keçirir. Düşünür ki, onun üçün dəyər pul qazanmaqdır, yoxsa nələrisə dəyişmək, məhsul yaratmaq, onu bazara çıxarmaq? Nəticədə ilk startapını Azərbaycanda yaradır, ABŞ-a köçdüyündə isə orda da startap yönündə davam edir. Söhbət ötən il 1,5 milyon dollar investisiya alması ilə gündəmə gələn “Tailbox” startapının həmtəsisçisi Bayazid Malikovdan gedir. Valyuta.az B.Malikov ilə karyerası və layihəsi ilə bağlı söhbətləşib. – Bayazid bəy, orta məktəb illərindən danışaq. Ən çox hansı fənləri oxumağa marağınız var idi? – Riyaziyyat, fizika,…
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bəzi ərazilərdə maşın saxlamağı qadağan edib. Liman.az bu barədə agentliyə istinadən xəbər verir. Qurum bəyan edib ki, paytaxtda avtomobillərin sayı artdıqca maşını saxlamaq üçün yer tapmaq çətinləşir. Mövcud problemin həlli istiqamətində mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb. Parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcüd parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb. Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov…

