Rəqsanə Məmmədova Rəqəmsal marketinq və biznesin inkişafı üzrə menecer Advent təqvimləri son illər ərzində Azərbaycanda məşhurlaşmağa başlayıb. Brendlər bu təqvimlərdən istifadə edərək yeni müştərilər cəlb edir, satışlarını artırır və müştəri loyallığını gücləndirir. Amma bəzən bəzi brendlər advent təqvimlərin daxilinə satılmayan və ya işlək vəziyyətdə olmayan məhsullarını əlavə edirlər. Yəni yüksək tələbatdan sui-istifadə edirlər. Amma belə hallar brendlərə ziyan vura bilər. Uzunmüddətli düşünən şirkətlər üçün təkrar satış çox önəmlidir. Təkrar satışı təmin etmək üçün müştəri məmnuniyyətini qorumaq lazımdır. Əgər müştəri aldığı məhsuldan razı qalmasa, nəinki təkrar satışlar olmayacaq, həttə brendə qarşı neqativ fikir formalaşacaq. Nəzərə alsaq ki, advent təqvimlər əsasən hədiyyə…
Author: Admin
İran xarici işlər naziri Abbas Araqçi Suriyada baş verən son hadisələr və Əsəd rejiminin süqutu ilə bağlı çox maraqlı açıqlamalar verib. Ölkə.Az xəbər verir ki, iranlı nazirin sözlərinə görə, Suriya ordusunun başlayan bu hərəkata qarşı çıxa bilməməsi, nəinki Əsədi, bütövlükdə hamını təəccübləndirdi. Əsədin təəccübü və şikayəti “Doha sammitində olarkən regionun mühüm ölkələri olan Səudiyyə Ərəbistanı, İraq, Misir və İordaniyanın xarici işlər nazirləri orada iştirak edirdi və onlarla birgə görüş keçirdik. Orada hər kəsin sualı Suriya ordusunun niyə bu qədər tez geri çəkildiyi və müqavimətinin niyə bu qədər qısa olması idi və inkişafın bu sürəti hamını təəccübləndirmişdi. Bəşər Əsədin özü də…
Gündəlik qazancını düşünən sahibkar uğurlu biznes qura bilməz. Müştərilərə edilən yatırım zamanla artıqlaması ilə geri qayıdır. Müştəri məmnuniyyəti. Xidmət sektoru. Biznesdə zəruri olan tələblər. Biznes mühitində rəqabət Bazarda brend ola bilmək. Məhsula fokuslanmaq. Unikal bazar təklifi. Biznes mühiti nə ilə fərqlənməlidir? Qonaqlar: Nəcəf Allahverdiyev Rəşad Cəbrayılov https://youtu.be/vbWf2prc3Mg
Dosent İsa Qasımov BMU Texnoparkının direktoru, ”Yeni Fikir” MMC nin təsisçisi Yeni ideyaların formalaşması və ortaya çıxması mövcud ilə qismən və ya tamamilə razılaşmamaqdan irəli gəlir. Bu fikri başqa cür belə də ifadə edə bilərik: “Qarşılaşılan problemi daha fərqli və asan yollarla həll etmək marağı yeni ideyaların formalaşmasına zəmin verir”. Əsas məsələ isə bundan sonra başlayır. Belə ki, çox insan bu cür ideyaları, sadəcə olaraq, səsləndirməklə kifayətlənir. Az sayda insanlar isə, bu cür fikirlərin üzərində işləyir. Fikrimcə, bu isə daha çox (dərin) maraq və disiplindən irəli gəlir. Sual oluna bilər ki, “üzərində işləmək dedikdə nəyi nəzərdə tutursunuz?” Əvvəlcə, onu deyim…
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ölkələr ilə ticarət dövriyyəsinin həcmi 39 milyard 378 milyon 678 min ABŞ dolları olub. Bunun 22 milyard 742 milyon 283 min dolları ixracın, 16 milyard 636 milyon 394 min dolları idxalın payına düşüb. İxracda əsas yeri İtaliya tutub. Belə ki, bu dövrdə Azərbaycandan İtaliyaya 9 milyard 128 milyon 881 min dollar dəyərində məhsul ixrac edilib. Ən çox məhsul idxal olunan ölkə isə Çin olub. Çindən idxal olunan məhsullara 3 milyard 1 milyon 209 min dollar vəsait xərclənib. Azərbaycanın məhsul ixrac etdiyi beş əsas ölkə ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz: Ölkələr Məbləğ (min ABŞ…
Bir çox insanlar İslamda səhv anladığı məsələlərdən biri də qüslun alınma qaydasıdır. Hər gün bu əməllərə görə, bəlkə də, dünyada milyonlarla ton su israf olur. Adam var, bir qüsl almağa görə 100-150 litr su işlədir. Həyətdə su çəni yarımçıq olanda, deyir yox, bu su mənə çatmaz. Adamlar var ki, qüslu varsa 40 dəqiqə, 1 saat hamamdan çıxmır. İslam peyğəmbəri (s) qüsl almağa görə 3 litr su təyin edib. Hamının fikrində risalədə oxuduğu bir cümlə qalıb. Dəstəmaz və qüsl alarkən, gərək, iynə ucu boyda da quru yer qalmasın. Həmən o iynə ucu kəliməsi hər gün minlərlə ton suyu israf edir, insanların…
Pareidoliya adlanan bir möcüzə Beynimizin təsadüfi görüntülərə bir mənəviyyat qatmaq səyi, insan təxəyyülünün ucsuz-bucaqsız oyunu. Sənətdə fırçanın bir təsadüfi zərbəsində, dində müqəddəs bir fiqurun gözləntilərində, gündəlik həyatımızda isə buludların arasında gördüyümüz tanış simalarda bu fenomen bizə xitab edir. Hər kəs öz baxışında bir dünya kəşf edir, beynin bu möcüzəli oyununa fərqli mənalar yükləyir. Hər şəkil, hər xəyal və hər kiçik fiqur, əslində, insan varlığının görünməyən cizgilərini çəkən bir fırçadır. Pareidoliya insan beyninin qeyri-müəyyən və təsadüfi vizual və ya akustik stimulalara qarşı tanış və anlamlı obyektlər və ya səslər tanıma qabiliyyətidir. Bu fenomen, xüsusilə qeyri-şəffaf, simmetrik və ya strukturlaşdırılmamış formalar üzərində…
Vəfat edən şəxsin kredit borcunu kim ödəyir? Məsələ ilə bağlı ekspert Emin Kərimov milliaz-a bildirib ki, vəfat edən şəxsin kredit borcu, ümumiyyətlə, onun vərəsələrinə və ya əmlakına bağlıdır. Əgər ölmüş şəxsin mirası varsa və vərəsələr mirası qəbul edərsə, borclar da bu mirasla birgə qəbul edilir. Yəni, vərəsələr həm mirası, həm də borcları qəbul etmiş sayılır. Əgər şəxsin əmlakı mövcud deyilsə və ya borc daha çoxdursa, vərəsələrdən heç biri borcu ödəmək məcburiyyətində deyil. Bu halda borclar ödənilməz qala bilər. “Əgər vəfat edən şəxsin həyat sığortası varsa, bu, borcun ödənilməsində kömək edə bilər. Həyat sığortası poliçəsi mövcud olduqda, sığorta şirkəti tərəfindən ödənişlər…
Bəzən ətrafımızda nədən danışırıqsa, telefonda onun reklamını görürük. Bu, bir çoxlarımızın başına gəlib. Bəzi insanlar bu kimi haldan narahat olduğu halda, bəzilərinə isə belə reklamları görmək əksinə onlara kömək etdiyini bildirirlər. Bəs həqiqətən də telefonlar bizi dinləyir? Məsələ ilə bağlı rəqəmsal marketing mütəxəssisi Nazim İbrahimov milliaz-a bildirib ki, çox sayda istifadəçi bu cür hadisələrlə qarşılaşdıqda telefonlarının bizi dinlədiyini düşünür. “Ancaq əslində, telefonlar avtomatik olaraq danışıqlarımızı dinləmir. Telefonlardakı səsli köməkçilər (məsələn, Siri, Google Assistant) yalnız müəyyən açar sözləri eşitdikdə aktivləşir. Bəzən bu köməkçilər yanlışlıqla aktivləşə bilər və telefonun mikrofonu dinləməyə başlaya bilər. Lakin bu, adətən istifadəçinin icazəsi ilə baş verir”. Reklamları…
1. Elon Musk (Tesla, SpaceX, Twitter) “Risk almaqdan qorxmayın, uğursuzluq təcrübənin bir hissəsidir”. 2. Jeff Bezos (Amazon) “Böyük qərarlar təmkinli düşüncələrlə, amma təkrar-təkrar edilir”. 3. Bill Gates (Microsoft) “Yalnızca gələcəkdə uğurlu olmaq deyil, dünyada iz buraxmaq daha vacibdir”. 4. Warren Buffett (Berkshire Hathaway) “Yalnız tanıdığınız işlərə investisiya edin”. 5. Mark Zuckerberg (Meta/Facebook) “Gözəl işlər yalnız bir məqsədi yerinə yetirmək üçün olur”. 6. Larry Ellison (Oracle) “Dünyanı dəyişdirmək üçün əzmkar olmaq lazımdır”. 7. Larry Page (Google) “Həmişə yüksək məqsədlər qoyun, çünki kiçik məqsədlər uğur gətirməz”. 8. Sergey Brin (Google) “İnnovasiya və yeni texnologiyalar dünyanı irəlilətmək üçün vacibdir”. 9. Steve Ballmer (Microsoft) “Hər şey insanlara bağlıdır, bu səbəbdən yaxşı iş…

