Ağıllı insanlar gündəlik həyatlarında göstərdikləri davranışlarla özlərini göstərirlər. Onların vərdişləri və bənzərsiz strukturları onları digər insanlardan fərqləndirir. Elmi baxımdan zəka təkcə bir neçə problemi həll edə bilməkdən ibarət deyil. Sosial həyatınızda göstərdiyiniz bəzi davranışlar zəkanızla əlaqəli ola bilər. Moderator.az ağıllı insanların ümumi xüsusiyyətlərini təqdim edib. 1- ASANLIQLA UYĞUNLAŞA BİLİRLƏR Ağıllı insanlar çevik düşüncə tərzinə malikdirlər. Uğurlu olmaq üçün onlara müxtəlif mühitlər də lazımdır. Bu insanlar çətin şərtlərin öhdəsindən asanlıqla gələ bilirlər və olduqları yerə asanlıqla uyğunlaşa bilirlər. Psixoloji tədqiqatlar da bu fikri dəstəkləyir. Kəşfiyyat sizin öz davranışınızı dəyişdirmək və ya ətrafınızla daha effektiv mübarizə aparmaq üçün ətrafınızda dəyişiklik etmək bacarığınızdan…
Author: Admin
“Facemark” təsisçisi Rafiq Hunaltay həm də başqa sahələrdə fəaliyyət göstərir: “Bu günün Marketinqi” kitab seriyasının müəllifi, ölkədə keçirilən bir çox mühüm tədbirlərin, forumların təşkilatçısı, sahibkar. Elə bu ünvanlara sahib olan biri ilə söhbət də geniş olub. https://youtu.be/XL2H2IXtZjM
Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edilib. Liman.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edəcək, dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən nikahın və qohumlar arasında nikahın…
Lənkəran rayonunda kəndlərin birində maraqlı hadisə yaşanıb. Liman.az qaynarinfo-ya istinadən xəbər verir ki, həmin kənddə mağazadan nisyə məhsul götürən sakinlərin 11 min manatdan çox borcu bağlanıb. Bu da kənd sakinlərinin sevincinə və heyrətinə səbəb olub. Sakinlər xeyirxah insanın kimliyini mağaza sahibindən soruşublar. Lakin mağaza sahibi də onun kim olduğunu bilmədiyini deyib. Sahibkar bildirib ki, mağazaya bir nəfər daxil olaraq kənd sakinlərinin nə qədər borcunun olması ilə maraqlanıb. Həmin şəxs borc dəftərini hesablatdırdıqdan sonra həmin vəsaiti ödəyib və mağazanı tərk edib. Qeyd edək ki, hadisə bir neçə ay əvvəl baş verib.
“Ölkə.Az” biznesdə asan satışın yolları, yeni satış metodları, satışda yol verilən yanlışlar və s. kimi suallarla bağlı “SAT Group”un satış təlimçisi, “Aslanov Group” MMC-nin təsisçisi Sarvan Aslanovdan müsahibə alıb. “Satışda yol verilən ən vacib yanlışlardan biri çox danışmaqdır. Məsələn, psixoloqlar, həkimlər məsələni necə həll edir? 40 dəqiqəlik konsultasiyanın yarım saatını siz danışırsınız, 10 dəqiqəsini onlar danışır. Sadəcə sizə suallar verirlər. Burada əsas məsələ az danışmaqdır. 1980-90-cı illərdə satış haqqında yazılan kitabların birində qeyd olunub ki, satış stolüstü tennis oyununa bənzəyir. Orada belə bir qayda var: ilkin zərbəni vuran şəxs o qədər sürətli atış edir ki, qarşı tərəf yalnız ona cavab…
Texnologiya günümüzün ayrılmaz bir parçasına çevrilib. Vaxtımızın çoxunu komputer və telefon ekranlarına baxaraq keçiririk. Bu isə sağlamlığımıza, əsasən də gözlərimizə mənfi təsir göstərir. Rəqəmsal əsrdə göz yorğunluğu bir çox insanlar üçün ümumi problemə çevrilib. Kompüter ekranlarına, mobil cihazlara və digər rəqəmsal displeylərə sərf etdiyimiz saatlar gözlərimizin bulanıq görməsinə və ağrımasına səbəb olur. Liman.az Sfera.az-a istinadən bildirir ki, iş saatlarında göz yorğunluğunu azaltmaq üçün bəzi praktik məsləhətlərə riayət etmək lazımdır. Bu yorğunluğu aradan qaldırmağın ən sadə və təsirli üsullarından biri 20-20-20 qaydasına riayət etməkdir. Hər 20 dəqiqədən bir 20 saniyəlik fasilə verərək 20 fut (təxmini 6-7 metr aralığındakı məsafə) uzaqlıqdakı bir…
Müxtəlif brendlər üzərindən aparılan araşdırmalar nəticəsində təhlükəsiz, yüksək keyfiyyətli hesab edilə bilən yağların siyahısı tərtib edilib. Həmin siyahıda yüksək keyfiyyətli yağların adı açıqlanıb. Bəs satışdakı keyfiyyətsiz yağlar hansılardır? Liman.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, yağ insan orqanizmi üçün enerji mənbəyi olmaqla yanaşı, kimyəvi tərkibi yağ turşularından ibarət olan məhsuldur: “Bu məhsul yeniyetməlik, gənclik dönəmlərində insan orqanizmində daha çox rol oynayır. Çünki bu müddətdə istifadə olunan yağ insanın immunitetinin güclənməsinə, həzm sisteminin qan dövranının normal olmasına, eyni zamanda, mərkəzi beyin sisteminin düzgün inkişaf edib çalışmasına təsir edir”. Vətəndaşlar yağ alarkən…
İlon Mask bu gecə yenə inqilabi bir elektromobil təqdim etdi – Tesla Cybercab! Bu elektromobil sükan və pedallara sahib deyil. 2 nəfərlik tam avtonom idarəetmə ilə şəhər nəqliyyatının ən təhlükəsiz vasitələrindən biridir. Üstəlik qiyməti də 20,000 – 30,000 dollar arası olacaq. 2027-ci ildə ən gec istehsala başlanacaq. Hazırda prototipdir. Rəydə videosunu bölüşəcəm. Həqiqən Tesla-nın əlində olan əməliyyat sistemi, proqram təminatı və texnologiya dünyanın heç bir avtomobil şirkətində yoxdur. © Texnobloger Fərid Pərdəşünas səhifəsi. Liman.az
“Anadangəlmə xəstəliklərlə doğulan uşaqların sayında artımın bir çox səbəbi ola bilər və bunlar həm genetik, həm də ətraf mühit amillərinə bağlıdır. Statistikada 20 faiz artımın müşahidə olunması geniş miqyasda nəzərdən keçirilməli bir vəziyyətdir”. Liman.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a infeksionist Aytən Ziyadova anadangəlmə xəstəliklərin sayının artması ilə bağlı açıqlamasında deyib. Bildirib ki, aşağıdakı faktorlar bu artıma təsir göstərə bilər: Genetik amillər: Genetik xəstəliklər irsiyyət yoluyla ötürülə bilər. Ailə daxilində olan müəyyən genetik xəstəliklər və ya valideynlərin qohumluğu bu riskləri artırır. vakansiyalar Ana və atanın yaşı: Valideynlərin yaşı artdıqca, xüsusilə anaların yaşı 35-dən çox olduqda, uşaqda anadangəlmə xəstəliklərin yaranma…
Bizneslə bağlı maarifləndirici fəaliyyəti ilə tanınan “MarketinqTalks” qonağı Oba marketlər şəbəkəsinin Marketinq kommunikasiyaları şöbəsində rəhbəri Aynur Qaraqurbanlı olub. O, marketinq kommunikasiyalarında edilən səhvlər, atılan uğurlu addımlar, təməl addımlar, istifadə edilən alətlər, hədəf kütləsi və bir çox məqamdan bəhs edib. https://youtu.be/TPAyEmbfZZ4

