Author: Admin

Xəbər saytlarının yazdığı kimi, aktyor və “Survivor” tarixinin məşhur iştirakçılarından olan rəqqas Hasan Yalnızoğlu vəfat edib. 50 yaşlı Yalnızoğlu 15 oktyabrda Bakırköy Dövlət Xəstəxanasında mədəaltı vəzi xərçəngindən dünyasını dəyişib. Liman.az xəbər verir ki, Hasan Yalnızoğlunun adı 16 oktyabrda son 24 saat ərzində “Google” axtarış platformasının Azərbaycan seqmenti üzrə ən çox axtarılan şəxs olub. Hasan Yalnızoğlu kimdir? – Vikipediya Əslən Fındıklı, Rizədən laz ailəsindən olan Yalnızoğlu 6 yaşında gimnastika ilə məşğul olub və çox sevdiyi futbolla da maraqlanıb. Sonrakı illərdə üzgüçülükdə uğur qazanıb. Ailəsinin məhəllə dəyişməsi və şərait olmaması səbəbindən çox sevdiyi gimnastika və üzgüçülükdən uzaq düşüb. Orta təhsilini Pendikdə alıb.…

Daha çox

Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov vəfat edib. O, oktyabrın 16-da infarkt keçirib və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib, Milli Qəhrəman Mübariz İbrahimovun atasına dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Qeyd olunub ki, göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı səylərinə baxmayaraq onun ölüm faktı qeydə alınıb: “Oktyabrın 16-sı saat 09:00-da Ağakərim İbrahimov ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına təcili tibbi yardım vasitəsilə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş hipotenziya, miokard infarktı, kardiogen şok diaqnozu təyin edilib. Dərhal bütün zəruri reanimasiya tədbirləri həyata keçirilib. Göstərilən bütün tibbi yardımlara və həkimlərin çoxsaylı…

Daha çox

Mən, Samir Mirzə-zadə 1991-ci ildə Bakı şəhərində doğulmuşam. 2008-2012-ci illərdə Azərbaycan Kooperasiya Universitetinin Maliyyə-kredit fakültəsində təhsil almışam. Hələ universitet illərimdə mix.az, tac.az və s. kimi saytlarda materiallarım yer alıb. Qrup yoldaşlarımızla birgə sayt açıb işlətmişik. Hərbi xidmətdə bir neçə dəfə kitabçada məqalələr yazmışam və tərxis olunandan sonra bu yöndə fəaliyyət göstərəcəyim haqda düşünmüşəm. 2013-cü ildə hərbi xidmətdən gəldikdən 8 ay sonra peşəkar saytların birində işə başlamışam. Burada admin kimi fəaliyyət göstərsəm də, qısa zamandan sonra redaktor kimi işləmişəm. Həmin dövrdə mənə baş redaktor vəzifəsi təklif olunsa da, məsuliyyətinə və bu sahədə yeni olduğuma görə bunu qəbul etməmişəm. “Bizim Yol”, “Minval.İnfo”,…

Daha çox

İsrailin təhlükəsiziliyini daha etibarlı şəkildə təmin edilməsi adı altında bölgədə həyata keçirdiyi hərbi əməliyyatların coğrafiyasını genişləndirməsi, Yaxın Şərq böhranının həllinə deyil, əksinə, bölgədəki oyunçular arasında ciddi fikir ayrılığı yaratmağa və böhranın dərinləşməsinə xidmət etməkdədir. Qərbin Yaxın Şərqdəki əsas aktorlarının İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlardan fərqli olaraq Livanda “Hizbullah”a qarşı əməliyyat zamanı tamamilə fərqli bir mövqe sərgilədiyini görürük. Xüsusən də Fransa və Avropa İttifaqına üzv bəzi ölkələri İsrailin Livanda “Hizbullah”a qarşı əməliyyatlar aparmasına qarşı çıxıb İsrail ordusunu Livan ərazisini tərk edib atəşkəs əldə edilməsini tələb edirlər. Aİ-nin doqquz cənub ölkəsi imzaladıqları birgə bəyanatda Silahlı Qüvvələr də daxil olmaqla Livana və xalqına…

Daha çox

Futbol üzrə milli komandamızın Estoniya ilə son səfər oyununda kapitanı olmuş “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov 16 oktyabrda ailə həyatı qurur. Tanınmış futbolçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun böyük qardaşı Musa Qurbanovun qızı ilə izdivaca girir. Liman.az Sports.az-a istinadən xəbər verir ki, toy mərasimi “Sapfir” Şadlıq Sarayında keçiriləcək. Qeyd edək ki, “İnter”dəki çıxşları ilə tanınan Abbas Hüseynov Gəncədə doğulub. Musa Qurbanov isə əslən Zaqatala rayonundandı və 1993/94 mövsümündə Azərbaycan çempionatının bombardiri kimi adını futbol tariximizə yazdırıb. Musa və Qurban Qurbanov qardaşları 1-ci Liqada mübarizə aparan “Zaqatala” Futbol Klubunun qeyri-rəsmi sahibləri kimi tanınır.

Daha çox

Universiteti bitirən gənc İT mütəxəssislər əsgərliyi yenidən digər universitetdə davam etdirəcəklər. Liman.az xəbər verir ki, bu barədə İKT üzrə mütəxəssisi Osman Gündüz Müdafiə Nazirliyinin hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq etməsi ilə bağlı qərarını şərh edərkən bildirib. “Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır. Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər. Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar”, – ekspert bildirib. O.Gündüzün sözlərinə görə, bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir.…

Daha çox

İşğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşdığı torpaqlar kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə veriləcək. Liman.az-ın xəbərinə görə, bu, “Torpaq icarəsi haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək. Torpaqları işğaldan azad edilmiş kənd və qəsəbələrin sakinləri icarəyə götürə biləcəklər. İcarəyə götürən şəxsin həmin kənd və qəsəbənin sakini olması kimi bir məcburiyyət də yoxdur. Dəyişiklik eyni zamanda əhalinin məşğulluğunun da təmin olunmasına hədəflənib.İşğaldan azad edilmiş mümbit torpaqların kənd təssərrüfatı potensialı var.…

Daha çox

Qidalanma cinsi istəyə əhəmiyyətli təsir göstərə bilər. Liman.az Sfera.az-a istinadən xəbər verir ki, spirt və şəkər libidoya mənfi təsir göstərir. Bu qidalar testosteron istehsalını maneə törədir və cinsi əlaqəyə olan marağınızı itirir. Həmçinin qida rasionunda işlənmiş qidaların və yarımfabrikatların miqdarını minimuma endirmək lazımdır. Fast food və yüksək işlənmiş qidalar şəkər və trans yağlarda yüksək ola bilər ki, bu da sağlamlığınıza və libidoya mənfi təsir göstərə bilər. Soya məhsullarından çox istifadə etməmək tövsiyə edilir, çünki soyada fitoestrogenlər – qanda testosteron səviyyəsini azaldan maddələr var. Libidoya zərərli qidaların digər kateqoriyası kimi yağlı ətin adını çəkmək olar. Yağlı ətin tərkibində çoxlu miqdarda doymuş…

Daha çox

“MarketingTalks”da People Brand Agentliyinin rəhbəri Emin Quluzadə qonaq olub. Verilişdə strategiyadan söhbət açılıb. Söhbətdə ən çox yerli təcrübələrə toxunulub. Marketinq strategiyasının əməliyyat effektivliyi ilə səhv salınmasına, sahibkarların bu məsələni gözardı etməsinə, mövcud biznesdə strategiyanın dəyişməsindən bəhs edilib. https://youtu.be/Nf96FNp5o_A

Daha çox

Azərbaycanın “YONCA” adlı aqrar startapı Özbəkistan bazarına çıxmağa hazırlaşır. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına YONCA (//yonca.az) mobil tətbiqinin layihə rəhbəri Elmin İskəndər deyib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə araşdırmalar aparılır və əlaqələr qurulur. “Özbəkistan bazarı daha böyük istifadəçi kütləsinə malikdir. Söhbət təqribən 5 milyon fermerdən gedir. Düşünürük ki, artıq növbəti ildən bizim platforma Özbəkistan fermerlərinə əlçatan olacaq”, – E.İskəndər deyib. Qeyd edək ki, bir çox funksiyanı özündə birləşdirən “YONCA” mobil tətbiqi sırf fermer təsərrüfatlarına aid bir platformadır. Fermerlər bu mobil tətbiq vasitəsilə Kənd Təsərrüfatı Nazirliyinə müxtəlif müraciətlər ünvanlaya, peyk üzərindən əkin sahələrinin müşahidəsini apara, gübrə satışı məntəqələrinin yerləşdiyi…

Daha çox