İş yerində müsbət xüsusiyyətlər nümayiş etdirmək, iş tapma şansınızı artıra bilər və karyera irəliləyişi üçün yol aça bilər. Təcrübə dəyərli olsa da, ideal işçi olmaq üçün digər xüsusiyyətlər də bərabər əhəmiyyətlidir. Həmkarlarınızla müsbət, etibarlı bir komanda üzvü olmaq önəmlidir. Valyuta.az işəgötürənlərin üstünlük verdiyi ən çox rast gəlinən xüsusiyyətləri təqdim edib. Fədakarlıq Bu şəxslərin işi ilə bağlı həvəsi çoxdur. İşə ümumi olaraq müsbət yanaşmadadırlar. İşlə bağlı hər hansı bir tədbirə vaxtında gəlirlər. Tapşırıqları çevik yerinə yetirirlər. Onlar məqsəd yönümlüdür və yaxşılaşdırılması lazım olan hər hansı bir xüsusiyyəti gücləndirməyə meyllidirlər. Özünə Güvən Özünə güvən və məhsuldarlıq tez-tez yaxşı bir ikili təşkil edir.…
Author: Admin
Görkəmli gülüş ustasının həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edirik. 1913-cü ildə Bakıda anadan olan Əliağa Ağayev anasını 2 yaşında olanda itirib. Onun 5 yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilib. Ailədə üç qardaş olublar. Qardaşı Mirzəağa repressiya qurbanı olub. *** Valideynlərini erkən yaşlarında itirən Əliağa 7-ci sinfi bitirən kimi gəmi təmiri zavodunda çilingər kimi işə düzəlir ki, çörəkpulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır. Səhnədə tərəf-müqabili olan gənc aktrisa Cəvahir İsgəndərova ilə ailə həyatı qurur. Onların münasibətindən xəbər tutan Ağadadaş Qurbanov bir gün Əliağanı yanına çağırır. Deyir, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə…
Filmdə deyildiyi kimi, ölü gələr, diri gedər. Harada? Yox, hamam deyil. Deyəcəyəm… Həyəcanlandım, dərs otağına yenicə daxil olmuşdum, elə bildim ki, həyəcanımı atmaq, inkişaf etmək üçün gəldiyim yerdə ilk dəqiqələrdən auditoriyanın önünə çıxacağam. Həyəcanımın səbəbi səhnədə qoyulan stul idi. Yanılmışdım… Nələr oldu, nələr? 2 ay ərzində sanki bağçadan başlayıb doktoranturada yekunlaşdıq. Danışmaqla, ümumiyyətlə, arası olmayandan, səsi çıxmayandan tutmuş, yaxşı danışıb da, korrektələrə ehtiyacı olana qədər. Elə bilirəm ki, hamının şəxsi inkişafında xeyli dəyişiklik oldu. Obrazlı desək, lal körpələr idik, dil açdıq, hissiyatsız idik və ya az emosional idik, formaya düşdük. Söhbət “Karnegi Klub”dan və bizim əziz ustadımız Nəcəf müəllimdən gedir.…
Leyla Gök Brend kommunikasiya strategiyaları üzrə mütəxəssis “Teknoloji İletişimi Akademisi”nin təsisçisi Müasir iş dünyasında media əlaqələri yalnız kommunikasiya və ictimaiyyətlə əlaqələr fəaliyyətləri kimi deyil, strateji məqsədlərin bütöv əksi kimi qəbul edilir. Davamlı uğur və sosial etimad yaratmaq üçün şirkətlərin media ilə qurduğu bağ brendin reputasiyasına, müştəri sədaqətinə və investor marağına birbaşa təsir edir və böhran zamanlarında şirkətin etibarını qorumağa kömək edir. Bu kontekstdə media ilə əlaqələri brendlərin gələcəyini dəstəkləyən bir rıçaq kimi nəzərdən keçirmək olar. Etibarlılıq və reputasiya idarəetməsi korporativ davamlılığın elementidir Qlobal bazarlarda inam və reputasiya strateji qərarların təsirini birbaşa formalaşdıran amillər kimi önə çıxır. Media təkcə şirkətlərin uğurlarını…
Hikmət Əliyev ERA Konsultasiya və təchizat şirkətinin təsisçisi, Biznesin inkişafı üzrə ekspert Bizneslə məşğul olursunuz və ya yeni başlamaq fikrindəsinizsə, bunu bilmək lazımdır: biznes yolu qəddardır, risklər, rəqabət və sonsuz çətinliklərlə doludur. Ancaq həqiqət budur: bizneslərin əksəriyyəti uğursuzluğa düçar olur – potensialı olmadığı üçün deyil, sahiblərinin uzaqgörənliyi, nizam-intizamı və ya düzgün strategiyası olmadığı üçün. Daim biznesə atılanların düşündüyü uğursuzluğun və ya uğurun səbəbi nədir? Əslində, uğursuzuluğun səbəbini bildikdə elə uğurun yolunu da öyrənmiş oluruq. Bəs nədir bu səbəblər? Azərbaycan mühitində bizneslərin uğursuzluğuna səbəb olan əsas faktorlar və necə qarşısını almaq barədə izahlar: 1. Zəif Maliyyə İdarəçiliyi Azərbaycanda kiçik bizneslərin ən…
Xalq artisti Əbülfət Əliyev haqqında maraqlı faktları təqdim edirik. Əbülfət Əliyev 1926-cı il dekabr ayının 30-da Şuşa şəhərində anadan olub. 7 yaşında atası Əsəd kişini itirib. Anası Mülayim xanım övladları ilə Füzuliyə köçüb. Təxminən 4 il burda qaldıqdan sonra Ağdamda yerləşməli olublar. Bacısı Məhbubə xanım bu barədə deyir: “Bu dünyada bizim də başımız çox müsibətlər çəkib. XX əsrin 30-cu illərində atamı incidiblər. Evimizi satışa qoyub, nəyimiz var, yığışdırıb aparıblar. Anam danışırdı ki, çox qiymətli bədənnüma saatı, şifoneri, hətta yorğan-döşəyi belə götürdülər. Anam təkcə tikiş maşınını verməyib ki, bəs mən uşaqlarımı necə saxlayacağam? Atam Allah adamı olub. O qədər ilahiyyata bağlı…
Avropaya getmək planları qurur, lakin meneceri olan dostunun “Green Card” qazanması onu ABŞ variantı haqqında da düşündürür. Elə həmin il müraciət edir və ilk cəhdində qalib olur. 2017-ci ildə ABŞ-a köçür. Bu gün isə ABŞ-da texnologiya sahəsində öz şirkəti var. Söhbət ABŞ-da “iTechman Smart Solution” şirkətinin təsisçisi olan azərbaycanlı Turqut Əliyevdən gedir. Valyuta.az Turqut Əliyevin “Green Card” qazanması, Amerikada iş həyatı ilə bağlı müsahibəsini təqdim edib. Qeyd edək ki, T.Əliyev Azərbaycanda “Kimya-biologiya təmayüllü Respublika liseyi”ndə oxuyub. 2009-2013-cü illərdə Azərbaycan Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsində bakalavr təhsili alıb. – Turqut bəy, ilk olaraq “Green Card” qazanmamışdan öncə Azərbaycandakı fəaliyyətinizdən danışaq. Hansı sahədə…
Türkiyəli alimlərin 2021-ci ildə ölkənin 81 vilayətindən olan 4 min insanın tüpürcək və DNT nümunəsi üzərində apardığı araşdırma sosial mediada geniş müzakirələrə səbəb olub. Bilkənd Universitetinin alimləri türklərin bioloji baxımdan ən çox yaxınlığı olan ölkə və millətin adını açıqlayıblar. Araşdırmalara görə, Anadolunun üç qitə – Asiya, Afrika və Avropa arasında körpü rolunu oynaması səbəbindən filogenetik baxımdan müxtəliflik olduğu ortaya çıxıb. Eyni zamanda türklərin əsasən İtaliyanın Toskana şəhərində yaşayanlarla sıx bioloji bağlılığı aşkarlanıb. Türklərlə ən çox bənzərliyi olanlar arasında ikinci xalq isə ispanlardır. Alimlər bu bənzərliyin Neolit dövründə Avropaya köç edən Anadolu xalqları ilə əlaqəli olduğunu söyləyirlər. © Kult
Amerikalı psixoloq Mark Travers “Forbes” ilə söhbətində ən çətin anlardan sağ çıxmağınıza kömək edəcək dörd təsirli üsulu paylaşıb. 1. Zehinli olmağı məşq edin və indiki vaxta diqqət yetirin Zehinlilik, narahatlığınız damdan keçsə belə, özünə nəzarəti itirməməyə kömək edir. Tədqiqatlar göstərir ki, müntəzəm zehinlilik məşqləri beynin stresə reaksiyasını dəyişə bilər. Sadə üsulları sınayın: tənəffüsünüzə, bədən hisslərinizə diqqət yetirin və diqqətinizi gördüyünüz, hiss etdiyiniz, eşitdiyiniz, qoxuladığınız və daddığınız şeylərə yönəldərək 5-4-3-2-1 üsulundan istifadə edin. Bu üsullar sizi indiyə qaytarmağa və gələcək hadisələrlə bağlı narahatlığı azaltmağa kömək edəcək. 2. Şəxsi stressin idarə edilməsi protokolu hazırlayın Stresin idarə edilməsinə fərdi yanaşma yaratmaq qəfil çağırışlara…
“Azercell Telekom” “Paycell” çərçivəsində göndərilən konturlara görə xidmət haqqını 50 faiz artırır. Artım dekabrın 10-dan etibarən qüvvəyə minəcək. Fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələrin abunəçilərinin (korporativ abunəçilər daxil olmaqla) istifadəsi üçün nəzərdə tutulmuş “Paycell” xidməti çərçivəsində göndərilən balans payı üçün aşağıda xidmət haqları aşağıda qeyd olunan qaydada tətbiq ediləcək: Balans payı (AZN) Xidmət haqqı (AZN) 0,20 0,04 (əvvəl 0,02) 0,50 0,10 (əvvəl 0,05) 1,00 0,20 (əvvəl 0,10) 2,00 0,40 (əvvəl 0,20) 5,00 1,00 (əvvəl 0,50) Bundan əlavə, Fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid nömrələrin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulan “Buraxılmış zəng” xidmətinin aylıq abunə haqqı 0,60 AZN olaraq təyin…

