Author: Admin

2 avqust – Milli Kino Günü münasibətilə CineMastercard kinoteatrında xüsusi təklif olacaq: bütün Azərbaycan istehsalı filmlər cəmi 5 AZN-ə! Bu, yerli kino sənayesini dəstəkləmək və azərbaycanlı rejissorlara məxsus parlaq əsərlərin dadını çıxarmaq üçün əla fürsətdir. Aksiya yalnız bir gün – 2 avqust 2025-ci il tarixində keçərlidir və kinoteatr repertuarındakı bütün Azərbaycan filmlərinə şamil edilir. Proqramda: “Tağıyev: Çar” – Neft sənayeçisi, milyonçu, mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatına həsr olunmuş dörd seriyalı filmin ikinci hissəsi. Film XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda və Azərbaycanın bölgələrində baş verən mühüm tarixi hadisələri əhatə edir. Layihə miqyasına görə Azərbaycan kinematoqrafiyası üçün…

Daha çox

Вокалист оригинального состава британской хэви-метал группы Iron Maiden Пол Марио Дэй умер на 70-м году жизни. Как передает Oxu.Az, об этом сообщил журнал Billboard. Дэй присоединился к коллективу в конце 1975 года по приглашению басиста Стива Харриса. Первый состав Iron Maiden просуществовал всего 10 месяцев. Вокалист покинул рок-команду из-за обвинений в том, что ему не хватает энергии и харизмы. В течение своей музыкальной карьеры Дэй выступал, в том числе в составе групп More, Wildfire и Compilation.

Daha çox

Məşhur bloger Kabi Leym Məkkəyə gedib. Dünyaca tanınmış sima ziyarətgaha getməsi ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib. “Mən, sadəcə, əlhəmdulillah demək istəyirəm. Allah mənə hər şey verdi. Ən əsası davam etməyim və xəyallarıma çatmağım üçün güc bəxş etdi. Həyatda bir çox mübarizələrlə üzləşmişəm və hər şey qeyri-mümkün görünəndə inancım məni ayaqda saxladı. Şükürlər olsun, Allahım, tək ümidim olduğun üçün”, – deyə, Kabi bildirib. Liman.Az

Daha çox

Psixologiya elmi riyaziyyat kimi dəqiq deyil. Mütəxəssislərin pasiyentə yanaşma tərzi müxtəlif ola bilər. Şou xarakter alanda isə məlum olur ki, həmin şəxsin (psixoloqun) dərin bilgiləri yoxdur. Psixoloji məsələlər şou formata çevrilməməlidir. Mütəxəssislər müxtəlif proqramlara dəvət olunub orada çıxış edə bilərlər. Psixologiyanın nə qədər gərəkli, lazımlı, dərin bir elm olduğunu göstərmək üçün o platformalarda iştirak etmək olar. Psixologiyanın səthi, absurd olduğunu göstərəcəyiksə, əlbəttə ki, bu yolverilməzdir. Bu sözləri tanınmış psixoloq İlqar Kamil “Künc-bucaq” verilişində müsahibəsi zamanı bildirib. “Təbii ki, elə proqramlar var ki, siz nə qədər dərib bilgiyə sahib olursunuz olun, auditoriya sizdən üzdə getməyi, səsli olmağı tələb edir deyə, maksimum…

Daha çox

Dünyanın hər küncü kəşf sevərlərə fərqli bir macəra təklif edir, amma bəzi yerlər qadınları öz qapılarından uzaq saxlayır. Tarixi əhəmiyyət, dini inanc və ya mədəni ənənələr səbəbindən qadınların girməsi qadağan olunan bu yerlər maraqlı hekayələri ilə diqqət çəkir. Bəziləri müqəddəs sayılan sahələri qorumaq üçün, bəziləri isə qədim qaydaları saxlamaq məqsədilə qadınların girməsinə icazə vermir. 1. Band-e-Amir Milli Parkı, Əfqanıstan   Əfqanıstanın Bamiyan bölgəsində yerləşən Band-e-Amir Milli Parkı, ölkənin ən böyük kanyonlarından biri hesab edilir. Lakin 2023-cü ildə Taliban hökuməti qadın ziyarətçilərin parka girişini qadağan etdi. Qadağanın səbəbi olaraq “əxlaq” qaydaları göstərildi. Talibanın idarə etdiyi Əfqanıstanda qadınların ictimai sahələrə çıxışı getdikcə məhdudlaşır.…

Daha çox

Xalq şairi Ramiz Rövşənin ən məşhur şeirlərindən bəziləri: Ayrılıq Yenə bu şəhərdə üz-üzə gəldik, Neyləyək, ayrıca şəhərimiz yox. Bəlkə də, biz xoşbəxt ola bilərdik, Bəlkə də, xoşbəxtik, xəbərimiz yox. Aradan nə qədər il keçib görən, – Tanıya bilmədim, məni bağışla. Mən elə bilirdim, sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla! “Ölmədim” deyirəm, nə bilim axı, – Bəlkə də, mən sənsiz ölmüşəm elə, Qəbirsiz-kəfənsiz ölmüşəm elə. Bəlkə də, biz onda ayrılmasaydıq, Nə mən indikiydim, nə sən indiki, – Ayrıldıq, şeytanı güldürdük onda; Bu ilin bu ayın bu günündəki, Elə bu küçənin bu tinindəki məni də, səni də öldürdük onda. …Sağımız-solumuz adamla…

Daha çox

Eminqueyin “Alçaldılmışlar və təhqir olunmuşlar” yazısını təqdim edirik. Pəncərədə səhər axşama, gündüz gecəyə çevrilir. Saatın ritmləri üstündə tik tok, tik, tok, tik, tok, TikTok… Necə ki tik-toklara qulaq kəsilmək insanı saatın əqrəblərindən qoparıb başqa bir dünyaya aparır, TikTok da eyni mərama xidmət edir. İnsan zamanəni dolayıb barmağına sərir, zaman yoxa çıxır. Bayağılığın leytmotivi: Azər zahirən və daxilən Nə var bu pəncərədən o yanda, bəlkə də, içində?! Mənimlə eyni ölkədə doğulan, eyni havanı udan, eyni dildə danışan azərbaycanlı – mən onu yaxşı tanıyıram. O, bu pəncərədən o yanda içində yarım qalmış “mən”lərini axtarır. Və onun yarım qalmış mənləri Azər Zahidin “Təkərdə”…

Daha çox

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 2 ədəd yanğınsöndürən nəqliyyat vasitəsi gətirilib. Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, yanğınsöndürən nəqliyyat vasitələrinin idxalına 876 min 80 ABŞ dolları (1 milyon 489 min 336 manat) vəsait xərclənib. Bu dövrdə yanğınsöndürən nəqliyyat vasitələrinin bir ədədi Çindən, bir ədədi isə Avstriyadan alınıb. Çindən alınan yanğınsöndürən maşının qiyməti 66 min 640 dollar (113 min 288 manat), Avstriyadan alınan yanğınsöndürən maşının qiyməti 809 min 440 dollar (1 milyon 376 min 48 manat) təşkil edib.

Daha çox

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kafe və restoranların dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 12,3% artaraq 2 milyard 93,7 milyon manat olub. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib. Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquq şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 13,8 faiz artaraq 1061,4 milyon manat olub.

Daha çox

21 il əvvəl sıfırdan bir biznes qurur və bu gün artıq premium sektorda fəaliyyət göstərirlər. “Four Seasons”, “Zoopark”, “Şuşa Qalası”, “Dreamland”, “Boulevard Hotel”, “Heydər Əliyev” parkları və s. kimi layihələrdə şirkətinin adı var. Deyir ki, bu gün MDB və Orta Şərqdə “İDEA”nın rəqibi yoxdur. Söhbət “Made in Azerbaijan” brendi olan “İDEA”nın təsisçisi İbrahim Alısoydan gedir. Valyuta.az-ın qonağı olan İbrahim Alısoy iş qurarkən keçdiyi yolla bağlı sualları cavablandırıb. Qeyd edək ki, O, eyni zamanda, Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının Azərbaycan tərəfindən həmsədridir. İ.Alısoy sahibkarlıq sahəsində fərqlənən şəxs olaraq 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. İDEA – Metal və ağacın vəhdətindən kiçik arxitektur…

Daha çox