Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Bakıda “TEI Forum 2026”nın təqdimatı keçirilib

Bakıda “TEI Forum 2026”nın təqdimatı keçirilib

23/03/2026 14:14
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Bakıda regionun ən iddialı iqtisadi platformalarından biri hesab edilən “TEI Forum 2026” (Trade, Export, Innovation) Forumunun rəsmi təqdimat mərasiminin keçirilib.

Tədbirdə dövlət rəsmiləri, xarici ölkələrin diplomatik korpus nümayəndələri, millət vəkilləri və nüfuzlu iş adamları iştirak ediblər.

Tədbir zamanı forumun gələcək perspektivlərinin geniş şəkildə müzakirə edilib. Tədbirdə Forumun Təşkilat Komitəsinin rəhbər heyəti – Founder Club-un rəhbəri Ruslan Dəmirov, S.I.G.N LTD şirkətinin təsisçisi və Təşkilat Komitəsinin sədri Elmir Hacıyev, BMG International şirkətinin təsisçisi və maliyyə innovasiyaları üzrə ekspert, iqtisadçı Orxan Məmmədzadə, həmçinin İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” portalının rəhbəri dosent İsa Qasımov təqdimatlarla çıxış ediblər.

Təqdimat mərasimində Maksat Mamitkanov, Alim Bayel və Baxrom Əşrəfxanov kimi diplomatların iştirak etdiyi və onların Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarət və ixrac əlaqələrinin genişləndirilməsi baxımından forumun strateji əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, millət vəkilləri Razi Nurullayev, Vüqar Bayramov, Müşfiq Məmmədli və Müşviq Cəfərov forumun qanunvericilik və iqtisadi islahatlar kontekstində roluna toxunublar.

Təqdimatda bildirilib ki, əsas forum 30-31 oktyabr tarixlərində keçiriləcək və bunun Azərbaycanın qonşu və tərəfdaş ölkələrlə iqtisadi əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edəcək. “TEI Forum 2026” yalnız ticarət platforması kimi deyil, həm də Azərbaycanın qlobal tədarük zəncirinə inteqrasiyasını sürətləndirən katalizator kimi çıxış edəcək.

Forumun əsas hədəfləri sırasında yerli məhsulların xarici bazarlara çıxışının asanlaşdırılması və “Made in Azerbaijan” brendinin təşviqi, ticarət və logistika sahəsində innovativ texnologiyaların tətbiqi, eləcə də xarici investorlarla yerli sahibkarlar arasında birbaşa dialoq mühitinin yaradılması yer alır.

Tədbir iştirakçıları forumun Azərbaycanın qeyri-neft sektorunun inkişafına birbaşa töhfə verəcək. Ölkənin tranzit və logistika mərkəzi kimi strateji mövqeyi innovativ ticarət modelləri ilə birləşərək yeni iş yerlərinin yaradılmasına və iqtisadiyyatın diversifikasiyasına şərait yaradacaq.

Təqdimat mərasimi çərçivəsində çoxsaylı yerli və xarici iş adamlarının iştirakı ilə B2B görüşlərin keçirildiyi və gələcək əməkdaşlıq protokollarının ilkin müzakirəsinin aparılıb.

TEI Forum 2026” ticarət, ixrac və innovasiya sahələrini birləşdirən iri regional platforma olmaqla, dayanıqlı iqtisadi artımın təmin edilməsi üçün dövlət və özəl sektor arasında effektiv tərəfdaşlığın gücləndirilməsini hədəfləyir.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Lent

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13
Lent

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27
Lent

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Bakıda “TEI Forum 2026”nın təqdimatı keçirilib

23/03/2026 14:14

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.