Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Bu gün Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Ordubad rayonunda yerləşən yeni tibbi cihazlarla və həkimlərlə təmin edilmiş Ailə Sağlamlıq Mərkəzlərinə Ordubad Rayon İcra Hakimiyyətinin başçısının müavini və ictimaiyyət nümayəndələri ilə vətəndaşlara göstərilən tibbi xidmətlərə baxış keçirilmişdir. Səfər çərçivəsində Dəstə, Vənənd, Dırnıs, Sabirkənd və Tivi Kənd Ailə Sağlamlıq Mərkəzlərinin fəaliyyəti ilə yaxından tanış olunub.Baxış zamanı səhiyyə naziri Samiq Sadıxov mərkəzlərdə quraşdırılmış müasir tibbi avadanlıqlar, tibbi xidmətlərin təşkili və yaradılmış şərait barədə kənd sakinlərinə ətraflı məlumat verib. Nazir vurğulayıb ki, əhaliyə göstərilən ilkin səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə işlər mərhələli şəkildə davam etdiriləcəkdir.

Kənd sakinləri yaradılan şərait və göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilən ən mühüm layihələrdən biri Ailə Sağlamlıq Mərkəzlərinin yaradılması və onların maddi-texniki bazasının gücləndirilməsidir. Dövlət Proqramının icrasına uyğun olaraq Səhiyyə Nazirliyi tərəfindən mərkəzlərin zəruri tibbi avadanlıqlarla təmin edilməsi məqsədilə genişmiqyaslı satınalmalar həyata keçirilib.

Bu çərçivədə Ailə Sağlamlıq Mərkəzlərinə 27 ədəd portativ rentgen aparatı, 27 ədəd hematoloji analizator, 27 ədəd sidik analizatoru, 27 ədəd qanda üç aylıq şəkərin miqdarını ölçən cihaz, 27 ədəd portativ EKQ aparatı, 27 ədəd portativ ultrasəs cihazı, 100 ədəd Ailə Həkimi Çantası və digər vacib tibbi ləvazimatlar təhvil verilib. Əlavə olaraq Ailə Sağlamlıq Mərkəzlərində vaksinasiya prosesinin həyata keçirilməsi, peyvəndləmə prosesinin tam avtomatlaşdırılması, həmçinin peyvəndlərin düzgün saxlanılması məsələlərinin daha etibarlı və effektiv şəkildə həyata keçirilməsi məqsədilə Smart soyuducular alınaraq mərkəzlərə təhvil verilmişdir. Həyata keçirilən bu tədbirlər kənd yaşayış məntəqələrində əhaliyə göstərilən ilkin tibbi xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasına xidmət edir.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Hamı üçün

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12
Hamı üçün

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48
Hamı üçün

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.