Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

Ər arvadına 360 min verməyə məcbur oldu – Azərbaycanda

13/12/2024 10:35
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Hüquq professoru Fərhad Mehdiyev bəzi gəncləri evliliyə yanaşmasına görə tənqid edib.

Liman.Az xəbər verir ki, hüquqşünas fikirlərini bir boşanma faktı üzərində izah edib:

“Təzəlikcə gənc bir cütlük boşanma şərtlərini razılaşdırmaq üçün mediatorun xidmətinə müraciət edib. 4 illik birgə həyatdan və 1 uşaqdan sonra xanım evlilikdən bezmişdi və həmin özünü xoşbəxt görmürdü. Xanım oğlanın evlilik müddəti ərzində aldığı 2 evə şərikliyini irəli sürməklə, ondan iki evdəki “payına” uyğun olaraq 360 min manat almaqla boşanmağı tələb edirdi. Oğlan da qəbul elədi.

Evliliyə bu cür yanaşma əsl biznes adamın yanaşmasıdır.

İlinə 90 min qazanmaq, ayına da 7500 azn + yemək və qalma xərcləri + alış-veriş xərcləri deməkdir. Yəni xanım yaxşı biznesvumendir. Oğlan isə ziyandadır. O, evlənməyib illik eskort çağırsaydı, hər il yeni eskortla görüşmək şərti ilə illik xərci 90 min deyil, 20-30 min xərci çıxardı.

Oğlan qızı çox istəyirdi və evləri də onun adına almışdı. Deyirdi ki, “atamdan belə görmüşəm, o hər şeyi anamın adına alırdı”. Amma bu səfər oğlan bu səhvi üçün çox peşman idi.
Oğlanın 31, qızın 29 yaşı vardı.

Yazdıqlarım sizə biraz ədəb-ərkana zidd gələ bilər, amma reallıq budur. Mənəviyyat, qanacaq, vicdan və ədaləti aradan götürüb, qanun və pul söhbəti araya girirsə, bunun nəticəsində də hər şey pula konvertasiya olunursa, o zaman hər əşyanın və xidmətin də bazar dəyəri müzakirə olunur.

Ailə quranda həyat yoldaşı ilə, yoxsa sizə uğurlu “start-up” kimi baxan biznes insanı ilə ailə qurub-qurmadığınızı yaxşı ölçüb-biçin”, – deyə o yazıb.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

SEÇİLMİŞ

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30
Düşündürən

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18
ƏSAS MANŞET

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00

Tural Abasquliyev deputatın yerinə federasiya rəhbəri seçilib

25/09/2025 21:26

Azərbaycanda nə qədər vətəndaşa əlillik statusu verilib?

08/09/2025 14:23

“CineMastercard” kinoteatrında “Cadu 4: Son Ayin” filminin öncədən nümayişi baş tutdu

08/09/2025 14:02

Milyonçu biabırçı hərəkətinə görə üzr istəyib – Video

06/09/2025 19:22

Azərbaycanlı üzgüçü dünya çempionu olub

25/08/2025 09:30

10 illik həbsdə kitablar oxuyub azadlıqda biznes qurdu – Müsahibə

23/08/2025 09:18

Yaxşı gələcək qurmağın 7 yolu – “PayPal”ın təsisçisinin məsləhətləri

23/08/2025 09:07

Türk animasiya filmi “Akıllı Tavşan Momo: Büyük Takip” – yalnız CineMastercard-da!

20/08/2025 15:53

Türkiyədə güclü zəlzələ: 30-a yaxın yaralı

11/08/2025 08:44

Vaşinqtonda Birgə Bəyannamə imzalanıb – TAM MƏTN

09/08/2025 01:00
Facebook X (Twitter) Instagram Pinterest
© 2025 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.