Close Menu
Liman.azLiman.az
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Facebook Instagram YouTube
Liman.azLiman.az
ƏLAQƏ
  • Düşündürən
  • Hamı üçün
  • Olmaz olsun
  • Örnək
  • Pozitiv
  • Vau
  • Yaradıcılıq
  • Haqqımızda
Liman.azLiman.az
Home » Əsədin İrana xəyanətini sübut edən şokedici sənədlər – Foto

Əsədin İrana xəyanətini sübut edən şokedici sənədlər – Foto

13/12/2024 10:19
Paylaş Facebook Telegram WhatsApp Copy Link

Bəşər Əsədin devrilməsindən sonra tapılan sənədlər Əsəd rejiminin İsraillə bir çox məsələdə əməkdaşlıq etdiyini və gizli əlaqənin olduğunu ortaya çıxarıb.

Ölkə.Az xəbər verir ki, bu barədə məlumatı Suriyadakı jurnalistlər aşkar edib.

Tapılan sənədlərdə “Suriya Ərəb Respublikası”nın rəsmi blankları və kəşfiyyat şöbəsinin möhürləri var.

Sənədlər arasında İsrailin Suriyanı “İran və Hizbullahın hərbi aktivlərinin axınının qarşısını almağa” çağırdığı məktub da var.

Dəməşqlə İsrail arasında gizli əlaqə “Musa” kod adlı agent keçmiş rejimin müdafiə naziri, general-leytenant Əli Mahmud Abbas vasitəsilə həyata keçirilib.

Sənədlərə görə, İsraillə əlaqədən sonra məlumatlar daha sonra Suriyanın Milli Təhlükəsizlik Bürosunun rəisi Əli Məmlükə ötürülüb.

Tapılan bir sənəddə isə 7 may 2023-cü ildə İsrail qüvvələri İranın Əsəd rejimi ilə əlaqəli olan hərbi qüvvələrin məntəqələrini hədəfə alması ilə bağlı məlumat əksini tapıb.

Sənədlər Əsəd rejiminin təkcə İsraildən kəşfiyyat məlumatları almadığını, həm də İranın mövqelərinə qarşı hücumları aktiv şəkildə əlaqələndirdiyini ortaya qoyur.

Sənədlərdə İsrailin Əsəd rejimi ilə məlumat mübadiləsi aparması, xəbərdarlıq və tövsiyələr verməsi, hücumlarla bağlı məlumat verməsi, o cümlədən Əsəd rejiminin İsraillə kəşfiyyat məlumatlarını paylaşdığını və hadisələrin inkişafı ilə bağlı məlumat verdiyini görmək olar.

Paylaş. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email

DİGƏR XƏBƏRLƏR

Liman

Kafe və restoranların gəlirləri 2 mlrd. manatı ötüb

17/12/2024 09:52
Liman

Harvardı atıb Bəşərlə Suriyaya gələn Əsma nələr edib?

12/12/2024 12:16
Düşündürən

Əsədin təəccübü: Restoranda olanlar – Xəbər vardı ki…

11/12/2024 17:11

“Qar Kraliçası” yenidən səhnədə – Fotolar

30/12/2025 01:13

Azərbaycanlı alim barədə vacib arxiv sənədi tapıldı

20/12/2025 00:27

Qriqoris mifi – “Alban katolikosu” olma əfsanəsi

16/12/2025 00:41

Alban hökmdarı Urnayrın xristianlığı dövlət dini kimi təsdiq etməsi əfsanəsi

16/12/2025 00:31

Azərbaycanda ilk! Qazaxıstanın ilk müstəqil orkestri Ne Prosto Orchestra

10/12/2025 01:12

“CineMastercard”da türk komediyası “Yan Yana” – VİDEO

02/12/2025 19:48

Şah İsmayılın məşhur portreti naturadan çəkilib?

27/11/2025 09:03

Ordubadda səhiyyə islahatları: yeni cihazlar, yeni xidmətlər…

26/11/2025 13:06

Hacıqabul Quşçuluq Şirkətinin ərazisində Zəfər Bağı salınıb

10/11/2025 15:53

Azərbaycanda ilk: Satıcısız mağaza və kofe-şop yaradılıb

30/09/2025 17:32
Facebook X (Twitter) Instagram Pinterest
© 2026 by ruNDizayn.

Açar sözü yazın Enter edin. Çıxış üçün Esc edin.